Məhkəmə qərarları › İş №2(060)-3454/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3454/2024

29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3454/2024 29.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Bakı şəhəri 1 saylı Körpələr Evinə qarşı uşağın qəyyumluğa verilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Bakı şəhəri 1 saylı Körpələr Evinə qarşı uşağın qəyyumluğa verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X2 nənəsi İddiaçı Fuad qızının qəyyumluğuna və körpələr evindən alınaraq yanına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi barədə ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, sonuncu isə Fərzəliyeva X1 iclaslarında iştirak etmədiyi, həmçinin Komissiya tərəfindən tələb olunan sənədlər təqdim olunmadığı üçün İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsini hazırda məqsəduyğun hesab etməmişdir. Həmçinin ərizəçiyə qeyd edilən məsələyə qanunvericilikdə tələb olunan sənədlər tam tərkibdə şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına təqdim edildikdən sonra yenidən baxıla biləcəyi bildirilmişdir. İddiaçı isə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qeyd etdiyi nöqsanları aradan qaldırmaqla İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməmiş, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət etmiş hesab oluna bilməz. Bu səbəbdən İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Bakı şəhəri 1 saylı Körpələr Evinə qarşı uşağın qəyyumluğa verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Bakı şəhəri 1 saylı Körpələr Evinə qarşı uşağın qəyyumluğa verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkiм Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar