Məhkəmə qərarları › İş №2(060)-3466/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3466/2022

25.04.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3466/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Kreditor Tələbkar ASC-nin Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin çıxarılması haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: Kreditor Tələbkar ASC Borclu qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” üzrə 17 mart 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart borcluya təhvil verilmiş və onun istifadəsində olmuşdur. Borclu məxsus kart hesabı üzrə 07.12.2021-ci il tarixində müştəri hesabına avtorizasiyasız silinmə daxil olmuş, qeyd olunan əməliyyat üzrə artıq ödənilən vəsait bank tərəfindən geri çəkildiyindən və əməliyyat üzrə artıq ödənilən vəsaitin borclu tərəfindən istifadəsi nəticəsində banka 2.799.51 manat həcmində ziyan dəymişdir. Borclu bankın hesabına 2.799.51 manat məbləğində əsassız varlanmışdır. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, əmr icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizədə Borclu məxsus kart hesabı üzrə 07.12.2021-ci il tarixində müştəri hesabına avtorizasiyasız silinmə daxil olmasını və Borclu bankın hesabına 2.799.51 manat məbləğində əsassız varlanması halı işin sübuta yetirilməli məqamı olmaqla məhkəmə araşdırmasının predmetidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina üçün əsasdır. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Məhkəmə işin hallarına və sadalanan qanunvericilik normalarının tələblərinə əsaslanaraq belə nəticəyə gəlir ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduğuna görə baxılmanın sadələşdirilmiş qaydası yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 279.2.3-cü maddəsinə əsasən kreditorun ərizəsinin qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276 və 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kreditor Tələbkar ASC-nin Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin çıxarılması barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizəçiyə izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Bu halda hazırkı ərizə üzrə ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Qərardaddan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar