Məhkəmə qərarları › İş №2(060)-3480/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3480/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3480/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı aliment tələbinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları Cavabdeh hər biri üçün 196 manat olmaqla, ümumilikdə 392 manat alimentin tutularaq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onların oğludur. İddiaçı1 2010ci ildən müddətsiz olaraq ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bununla əlaqədar AR Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyin tərəfindən arayış almışdır. Həmin arayışda göstərilir ki, o əmək qabiliyyətsizdir. O 2014-ci ildə ürək xəstəliyi ilə əlaqədar əməliyyət olunmuşdur. Həmçinin onun yoldaşı İddiaçı2 “xroniki pielonefrits” xəstəliyindən əziyyət çəkir və o, da 2019- ci ildə böyrək xəstəliyindən əməliyyət olunub. Cavabdeh ailə qurana qədər onlarla yaşayırdı. Cavabdeh işləyəndə həmişə öz əmək haqqını anasına gətirib verirdi. Hec vaxt onların arasında söz-söhbət olmayıb. Oğlu evlənəndən sonra tamamilə dəyişildi. Oğlu öz ailəsi ilə ayrı təsərrüfat olmaqla, onlarla yaşayırdı. Cavabdeh və onun yoldaşı onlarla yola getmir, onları böyük kimi saymırlar, daimi olaraq evdə söz-söhbət yaranır, onlara qulluq etmirlər, onlara maddi-mənəvi dəstək olmurlar. Ona görə də mən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar.Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında İddiaçı2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirdi ki, iddiaçılar onun valideynləridir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, valideynləri öz valideynlik vəzifələrini faktiki olaraq yerinə yetirmirlər. O, evlənəndən sonra iddiaçılarla mütəmadi olaraq mübahisələri və dava-dalaşları başlamışdır. Hətta valideynləri onu boşanmağa vadar edirdilər. Belə ki, iddiaçılar onun arvadını gəlin kimi qəbul etmirlər. Valideynlərinin yaşadığı evin tikilməsində onun iştrak etməyimə baxmayaraq,onlar Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona kompensasiya verilməsi yolu ilə həmin evdən istifadə hüququma xitam verilməsini xahiş etmişlər. Bundan əlavə, onu da məhkəminin nəzərinə çatdırır ki, X6 Filialının sorğusunun cavabına əsasən İddiaçı1 iş axtaran kimi Məşğulluq alt sistemində qeydiyyata alınmaqla, işsizlik statusu almış və öz istəyinə müvafiq olaraq Özünüməşğulluğun təmin edilməsi üzrə Dövlət Proqramına cəlb edilmişdir. Atası 22 baş xırdabuynyzlu heyvan (keçi) və 400 kq yem ilə təmin edilmişdir. Bunun nəticəsində də, atası evin həyətində heyvandarlıqla məşğul olmaqla əlavə qazanc əldə edir. O, hal hazırda ailəlidir və 2 övladı var. Rəsmi olaraq işləməklə ayda 400 manat əmək haqqı alır. Həmin maaşla ailəsini güclə dolandırır. Ona görə də valideynlərinə aliment ödəməyə maddi imkanı çatmır. Göstərilənlərə əsasən iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası ƏƏSMN 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 935422 saylı arayışının surətindən görünür ki, İddiaçı1 ikinci qrup əlildir. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 10.10.2013-cü ildə nikah bağlanmış, nikahın baxğlanması haqqında kat qeydləri kitabında 750 nömrəsi ilə qeyd edilmişdir. Arvada Ağayeva soyadı verilmişdir. -doğum haqqında şəhadətnamələrin surətindən görünür ki,09.09.2014-c il təvəllüdlü X4 və 29.03.2017-ci il təvəllüdlü X5 atası Cavabdeh anası X1r. -Abşeron Rayon Məhkəməsinin 1(012)-254/2021 saylı, 20.04.2021-ci il tarixli hökmünün surətindəən görünür ki, İddiaçı1 Azərbaycan respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. -Elektron Məhkəmə informasiya Sistemindən çıxaarılmış məlumatlardan görünür ki, Cavabdeh “xxxx” MMC-də detalların yüklədilməsi və boşaldılması üzrə fəhlə işləyir və 400 manat əməmk haqqı alır. İddiaçı1 idə əlilliyə görə 259,78 manat pensiya alır. - X2 26.04.2021-ci il tarixli arayışından görünür ki, cavabdehin məğulluğunun təmin edilməsi məqsədi ilə ona 22 baş xırdabuynuzlu heyvan və 400 kq yem verilmiş, 19.03.2021-İ il tarixli monitorinqin nəticəsinə əsasən heyvanlar onun mülkiyyətinə verilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh ailəlidir, iki övladı vardır və 400 manat əmək haqqı alır. Onun əmək haqqısı valideynlərinə aliment ödənilməsi üçün kifayət deyildir. Həmçinin iddiaçılar heyvandarlıqla məşğul olurlar və İddiaçı1 259 manat pensiya alır. Odur ki, iddiaçıların əmək qabiliyyətinin olmaması iş materialları ilə sübut olunmur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları Cavabdeh hər biri üçün 196 manat olmaqla, ümumilikdə 392 manat alimentin tutularaq onlara verilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 övladları Cavabdeh hər biri üçün 196 manat olmaqla, ümumilikdə 392 manat alimentin tutularaq onlara verilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar