Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3489/2023 14.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun 25 fevral 2008-ci ildə doğulmuş X7, 12 fevral 2011-ci ildə doğulmuş X2 və 29 may 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(060)- 6393/2021 saylı qətnaməsi ilə cavabdehə verilməsi müəyyən olunmuş alimenti ödəməkdən azad edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2008-ci ildə Sumqayıt “Nikah Evində” nikahlarını qeyd etdirərək ailə həyatı qurmuşlar. Bu nikahdan 25 fevral 2008-ci ildə İsmayıl, 12 fevral 2011-ci ildə Binyamin və 29 may 2018-ci ildə İbrahim adlı 3 uşaqları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5753/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, hər üç uşağın cavabdehin yanında qalması müəyyən edilmiş, iddiaçıdan cavabdehin xeyrinə 3 uşağın yetkinlik yaşına çatana kim saxlanması üçün hər ay 450 manat məbləğində alimentin tutulması qərara alınmışdır. İddiaçı çətin də olsa, həmin alimenti vaxtı-vaxtında ödəmişdir. 2021-ci ilin dekabr ayından 25 fevral 2008ci il təvəllüdlü İsmayıl və 12 fevral 2011-ci təvəllüdlü Binyamin adlı uşaqlar cavabdehin onları döyüb-incitdiyinə görə qaçıb iddiaçının yanına gəlmişlər və hazırda da iddiaçının yanında qalırlar. İddiaçı nə qədər desə də, onlar analarının yanında yaşamaq istəmirlər. Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(060)-39/2023 saylı qətnaməsi ilə iddiaçının uşaq tələbi təmin edilmiş, 25 fevral 2008-ci ildə doğulmuş X7 və 12 fevral 2011-ci ildə doğulmuş X2 cavabdehdən alınaraq iddiaçıya verilmişdir. Hazırda uşaqların ikisi iddiaçıda, biri isə cavabdehdədir. Belə olan halda iddiaçı uşaqlar üçün aliment ödəməkdən azad edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, üç uşağın ikisi atanın, biri isə ananın yanındadır. İddiaçı aliment ödənişlərindən digər uşağa münasibətdə də azad olunmasını istəyir. İddiaçının heç bir aliment borcu yoxdur. Tutulan alimenti hər ay vaxtlı vaxtında ödəmişdir. Qeyd olunanlar əsasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1982-ci ildə anadan olmuşdur. Cavabdeh xx.xx.1982-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X7 xx.xx.2008-ci ildə, X2 xx.xx.2011-ci ildə, X6 isə xx.xx.2018-ci ildə anadan olmuşlar. Uşaqların anası Cavabdeh, atası isə İddiaçıdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5753/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında Sumqayıt nikah evində xx.xx.2008-ci il tarixdə bağlanmış, 418 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər cavabdehin yanında qalması, 18 iyun 2021-ci il tarixdən etibarən uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün sabit pul məbləğində üçün hər ay, hər uşağa görə 150 manat, ümumilikdə 450 manat miqdarında alimentin iddiaçıdan tutularaq cavabdehə verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən tərəflər arasındakı nikahın ləğv edilməsi barədə akt qeydi xx.xx.2022-ci ildə, 05 nömrə ilə qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(060)-39/2023 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı uşaq tələbi təmin edilmiş, 25 fevral 2008-ci ildə doğulmuş X7 və 12 fevral 2011-ci ildə doğulmuş X2 cavabdehdən alınaraq iddiaçıya verilmişdir. Məhkəmə idiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsinə əsasən pozulmuş, uşaqlar cavabdehin yanında saxlanmış və uşaqların saxlanması üçün iddiaçıdan cavabdehin xeyrinə aliment tutulmuşdur. Sonradan iddiaçının tələbi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(060)-39/2023 saylı qətnaməsi ilə uşaqların ikisi, 25 fevral 2008-ci ildə doğulmuş X7 və 12 fevral 2011-ci ildə doğulmuş X2 cavabdehdən alınaraq iddiaçıya verilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı 2021-ci ilin dekabr ayından etibarən 25 fevral 2008-ci il təvəllüdlü İsmayıl və 12 fevral 2011-ci təvəllüdlü Binyaminin onunla birlikdə yaşadıqlarını bildirsə də, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minənə qədər həmin uşaqların yaşayış yeri cavabdehin yaşayış yeri hesab edilir. Bu səbəbdən iddiaçı həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehə ödəməli olduğu aliment borcundan azad edilə bilər. Müəyyən edilmişdir ki, həmin qətnamə xx.xx.2023-cü ildə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Bu səbəbdən iddiaçı həmin tarixdən aliment ödəməkdən azad edilməlidir. Eyni zamanda iddiaçı hər üç uşağa görə aliment ödəməkdən azad edilməsini məhkəmədən xahiş etsə də, işin müəyyən edilmiş hallarından görünür ki, 29 may 2018-ci il təvəllüdlü X8 hazırda cavabdehin yanındadır. Belə olan halda iddiaçı həmin uşaq üçün aliment ödəməkdən azad edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq 25 fevral 2008-ci ildə doğulmuş X7 və 12 fevral 2011-ci ildə doğulmuş X1 münasibətdə Cavabdeh aliment ödəməkdən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3489/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3489/2023
14.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver