Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3549/2025 06.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının qanuni nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığa dair mübahisə barədə iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2015-ci il təvəllüdlü X1 atası olmağı barədə 26 oktyabr 2019-cu il tarixdə 564 qeydiyyat nömrəsi altında qeydiyyata alınan yazının ləğv olunmasının bir vəzifə olaraq Sumqayıt “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulması, cavabdehdən iddiaçının xeyrinə Sumqayıt 1 X5 ilkin Mediasiya Sessiyasının keçirilməsi üçün ödəmiş olduğu mediasiya xərci olaraq 50 (əlli) manatın, kargüzarlıq xərci olaraq 10 (on) manatın və iddia ərizəsinin məhkəməyə verilməsi üçün məhkəmə dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manatın, cəmi 110 (yüz on) manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt Dövlət Texniki Kollecini bilirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmətdə olduğu zaman ağır travma alaraq hərbi xidmətdən azad edilmişdir. Cavabdeh ilə xx.xx.2018-ci il taixdə Sumqayıt «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsində rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 dekabr 2018-ci il tarixdə 3549 saylı nikah qeyd edilmişdir. Birgə nikah münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X3 adlı uşaq anadan olmuşdur. Cavabdehlə ailə quranda onun oğlu, xx.xx.2015-ci il təvəllüdlü Yusifin olmasından xəbəri yox idi və uşaq atasının evində qalırdı. Bir ildən sonra cavabdeh oğlu Yusifi də onlara gətirdi. Uşaq bir neçə il onlarla bərabər qaldı. Cavabdeh oğlu Yusifə soyadını verməyi təkid etdi, əks təqdirdə çıxıb gedəcəyini bildirdi. O, qızından ayrı qalmaması üçün onun təklifini qəbul etmiş və uşağa öz soyadını vermişdir. Bu barədə Sumqayıt «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsi tərəfindən 26 oktyabr 2019-cu il tarixdə AZ-İ 380438 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Halbuki uşağın atasının adı Elnurdur, sağdır, Bakı şəhəri, Lökbatan qəsəbəsində yaşayır. Birgə yaşadıqdan bir neçə il sonra cavabdeh ev almağı bildirdi. Lakin onun buna gücü çatmırdı. Onlar valideynləri ilə birgə yaşayırdılar. Ev söhbətinə görə cavabdehlə ailə münasibətləri günügündən pisləşirdi. Cavabdehin oğlu Yusifin hərəkətləri ona əsəb verirdi, özündən çıxarırdı. Uşaq evdə səs-küy salaraq onu kritik vəziyyətə salırdı. Uşağın hərəkətləri onun səhhətinə mənfi təsir edirdi. Bu da evdə qalmaqala səbəb olurdu. 2024-cü ilin mart ayında cavabdeh hər iki uşağı götürüb atası evinə getdi və nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət etdi. Lerik Rayon Məhkəməsinin 2(048)-334/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların onun yanında qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında nikahın pozulması, uşaqların ananın yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdehdən hər ay uşaqların hər birinə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Nikah məhkəmə qaydasında pozulandan sonra cavabdeh onun qarşısına şərt qoyaraq bildirdi ki, adına mənzil alınsa geri qayıdar. Lakin onun buna maddi gücü çatmır. O, İİ qrup hərbi əlildir, buna görə pensiya alır və aldığım pensiya məbləğini də cavabdehə aliment ödəyir. Atası da İ Qarabağ Müharibəsi əlilidir. Ayrıca ev almağa imkanları yoxdur. Uşaqlardan xx.xx.2015-ci il təvəllüdlü X4 onun doğma övladı deyildir, ona yalnız öz soyadını vermişdir. Uşağın bioloji atası o deyildir. Cavabdehlə nikahda olduğu müddətdə formal olaraq uşağın atası kimi qeyd edilmişdir. O, başqasının övladına aliment ödəməli deyildir. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü Yusifin onun övladı olmamasını, sadəcə sənəd üzərində formal olaraq soyadını və adını daşımasını bilə-bilə ondan aliment tələb etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında videokonfrans vasitəsilə iştirak edən Cavabdeh qeyd etdi ki, iddiaçı və valideynləri bilirdilər ki, Yusifin atası iddiaçı deyildir. Onların niyyəti uşağı öz himayəsində göstərməklə mənzil növbəsinə yazılmaq olmuşdur. Bu mübahisə azyaşlı Yusifin psixologiyasına mənfi təsir göstərir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmiş və ekspert qarşısında xx.xx.2015-ci il təvəllüdlü X1 bioloji atasının İddiaçı olması barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2025-ci il tarixli 9/911 saylı məktubundan görünür ki, İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə şöbəyə gəlmədiyi üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025/00488 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşdə olan AZ-İİ 314369 saylı şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2018-ci il tarixdə nikaha girmişlər. İşdə olan atalığın müəyyən edilməsi barədə AZ-İ saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X1 atasıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə X4 və xx.xx.2019-cu il tarixdə X3 adlı uşaqlar doğulmuşdur. İşdə olan Lerik Rayon Məhkəməsinin 2(048)-334/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların onun yanında qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında nikahın pozulması, uşaqların ananın yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdehdən hər ay uşaqların hər birinə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2018-ci il tarixdə nikaha girmişlər. Atalığın müəyyən edilməsi barədə AZ-İ saylı şəhadətnamə ilə İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X1 atası müəyyən edilmişdir. Birgə nikahdan həmçinin xx.xx.2019cu il tarixdə X3 adlı uşaq doğulmuşdur. Sonradan onların münasibətləri pisləşmiş, Lerik Rayon Məhkəməsinin 2(048)-334/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların onun yanında qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında nikahın pozulması, uşaqların ananın yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdehdən hər ay uşaqların hər birinə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda İddiaçı iddia edir ki, o, xx.xx.2015-ci il tarixdə doğulmuş X1 bioloji atası deyildir. Cavabdeh isə bu faktı qəbul edir, lakin bu mübahisənin uşağın psixologiyasına və sosial statusuna mənfi təsir göstərcəyini bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə görə, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Həmin Məcəllənin 44.3-cü maddəsinə görə uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 187.1-ci maddəsinə görə atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Yusif adlı uşağın onun övladı olmaması ilə bağlı dəlil göstərir, cavabdeh isə bu dəlili qəbul edir. İş üzrə müvafiq ekspertizanın aparılması cavabdehin iştirakı olmaması əsası ilə baş tutmasa da, sonradan cavabdehin iddianı faktiki qəbul etməsi mübahisənin tədqiqat aparılmadan da həll edilməsinə əsas verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə doğulmuş X1 atası olmaması müəyyən edilməli, qalan hissədə iddia təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, iddianın cavabdehdən mediasiya xərci olaraq 50 (əlli) manatın, kargüzarlıq xərci olaraq 10 (on) manatın və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manatın, cəmi 110 (yüz on) manatın tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T ETDİ : İddia qismən təmin olunsun. İddiaçı tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə doğulmuş X1 atası olmaması müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-3549/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3549/2025
06.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver