Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3551/2022 14.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat və uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X2 adlı övladları vardır. Cavabdehlə nikahları rəsmi qaydada olmamış evə evliliklərinin ilk 3-4 aylığında cavabdeh onu övladı ana bətnində olan zaman atıb getmiş və övladının 1 yaşı olana kimi bütün hər bir xərci onun valideynləri çəkmişdir. Uşaq dünyaya gələndə ata tərəfdən heç kim olmamışdır. Daha sonra cavabdeh çıxıb gəlmiş və o, övladına görə cavabdehlə barışaraq nikahlarını xx.xx.2020-ci il tarixində rəsmiləşdirmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5792/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Heydərova (Əliyeva) Aygün İbarət qızı arasında xx.xx.2020-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1484 nömrəli akt qeydli nikahın pozulması və boşanmadan sonra birgə nikahdan anadan olmuş 24 yanvar 2020-ci il təvəllüdlü X1 ananın- İddiaçı yanında qalması qət edilmişdir. Həmin məhkəmə proseslərində o, özü iştirak etmədiyindən cavabdeh onun adından danışaraq onun aliment tələb etmədiyini bildirmişdir. Ancaq o, məhkəmədə iştirak etməsə də aliment kəsiləcəyini düşünmüşdür. O, hal-hazırda işsizdir və övladına valideynləri baxır. Qarşı tərəf – uşağın atası heç bir maddi yardım göstərmir. Artıq övladının iki yaşı var və atası övladını cəmi 4-5 ay görmüşdür. Faktiki olaraq 1 ildən çoxdur ki, ayrılmışlar və müxtəlif ünvanlarda yaşayırlar. Cavabdeh ona hörmət qoymur, uşağın, ailənin maddi problemləri ilə maraqlanmır. Cavabdeh rəsmi iş yeri və kifayət qədər qazancı olsa da övladının saxlanılması xərclərində iştirak etməkdən yayınır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, cavabdehin övladlarına baxmadığını, uşaqları ilə maraqlanmadığını bildirdi. Əlavə olaraq bildirdi ki, iddiaçı bir il övladı ilə birlikdə qalmış, digər uşağa isə dayə baxmışdır. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh laqeyd ata olmadığını, ailəsinə kömək etdiyini, uşağın saxlanılması üçün yetəri qədər yardım etdiyini bildirərək, qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi və cəmi 130 manat aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdeh izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5792/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Heydərova (Əliyeva) Aygün İbarət qızı arasında xx.xx.2020-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1484 nömrəli akt qeydli nikahın pozulması və boşanmadan sonra birgə nikahdan anadan olmuş 24 yanvar 2020-ci il təvəllüdlü X1 ananın- İddiaçı yanında qalması qət edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X2 adlı övladları vardır. - İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin Cavabdeh iştirak etməmişdir. - Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 xx.xx.2020-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2020-ci il tarixində Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 9092 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 atası Cavabdehdur. - "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli, 01 №-li arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixindən "xxxx" MMC-də operator vəzifəsində çalışır və onun aylıq əmək haqqı 320 manatdır. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də maşın operatoru, qablaşdıran vəzifəsində çalışır, aylıq əmək haqqı 320 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2020-ci il ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X2 adlı övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulmuşdur. Cavabdeh "xxxx" MMC-də maşın operatoru, qablaşdıran vəzifəsində çalışır və onun aylıq əmək haqqı 320 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bu Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə aliment hissəsində iddia təmin edilməlidir. Məhkəmə xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, eyni zamanda belə nəticəyə gəlir ki, iddianın uşağın 3 yaşına çatanadək 50 manat maddi yardım verilməsinə dair hissəsi mötəbər sübutlar təqdim olunmadığından, habelə cavabdehin kömək göstərməkdən imtina etməsi, eləcə də zəruri vəsaitə malik olması sübuta yetirilmədiyindən təmin edilməməlidir. Beləliklə, məhkəmə, tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqğın yaşını, onun mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduqlarını, cavabdehin müntəzəm gəlirinin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 2.316 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 43,16 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 43,16 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3551/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3551/2022
14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver