Məhkəmə qərarları › İş №2(060)-3605/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3605/2020

01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3605/2020 01.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 3075 manat, X1 5360 manat və Cavabdeh3 4210 manat, cəmi 12645 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxxxx 2019-cu il tarixdə ondan 3075 manat, X5 xx xxxxxx 2019-cu il tarixdə 1960 manat, xx xxxxxx 2019-cu il tarixdə 1960 manat və xx xxxx 2019-cu il tarixdə 1440 manat, cəmi 5360 manat pulunu, Cavabdeh3 Samir oğlu xx xxxxxx 2019-cu il tarixdə 1795 manat, xx xxxx 2019-cu il tarixdə 435 manat və xx xxxxx 2019-cu il tarixdə 1980 manat, cəmi 4210 manat pulunu almış və onlardan heç biri həmin məbləğləri geri qaytarmamışlar. Müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayındıqları üçün iddiaçı pulunu geri ala bilmir. Hər üçünə pul məbləğlərini bank hesablarına köçürməklə vermişdir. Cavabdehlər Sumqayıt şəhər X4 işləyirlər. Onların hərəkətləri ilə bağlı DİN-ə ərizə ilə müraciət etdikdə pulu geri almaq üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehlərdən Elvin və Elnur əmioğludurlar, onları uşaqlıqdan tanıyır və ataları ilə dost münasibətləri olub, digər cavabdeh Cavid isə oğlu ilə birlikdə işlədiyinə görə tanımışdır. Bir gün üçü də onun yanına gələrək problemləri olduqlarını, köməyə ehtiyacları olduqlarını bildirdilər. Buna görə də bankdan pul götürərək hər birinin ehtiyaclarına uyğun olaraq Elnura xx xxxxxxxx 2019-cu il tarixdə 3075 manat, Elvinə xx xxxxxx 2019-cu il tarixdə 1966 manat, xx xxxxxx 2019-cu il tarixdə 1960 manat, xx xxxx 2019-cu il tarixdə 1440 manat, Cavidə xx xxxxxx 2019-cu il tarixdə 1795 manat, xx xxxx 2019-cu il tarixdə 435 manat və xx xxxxx 2019-cu il tarixdə 1980 manat pul borc vermişdir. O, əvvəllər də cavabdehlərə borc pul vermiş və qaytardıqları üçün onlara inanmış, bankdan kredit götürərək onlara borc vermişdir. İddiaçı həmçinin xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında göstərdi ki, borcun qaytarılması ilə bağlı özündə apardığı qeydləri nəzərdən keçirmiş və müəyyən etmişdir ki, cavabdehlərdən Cavid 1845 manat ödəyib, 2365 manat borcu qalmışdır. Cavid əvvəllər də ondan borca pul götürüb qaytarmışdır, odur ki, qaytarılmayan borc məbləğini hesablayarkən səhv etmişdir. Bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Eləcə də, digər cavabdeh Elvinin göstərdiklərini əsassız hesab edir, ondan heç vaxt heç bir məbləğdə borc alınmayıb. Elvin borcu qaytarmaqdan yayınmaq üçün belə fikir bildirir. Məhkəmə iclasında iştirak edən cavabdeh Elvin Qədirov izahatında göstərdi ki, iddianı qəbul etmir. İddiaçıya heç bir borcu yoxdur. Əgər o, iddiaçıdan göstərilən məbləğdə borc götürmüş olsaydı aralarında borc müqaviləsi bağlanardı. Lakin belə bir müqavilə yoxdur. İddiaçının ona borcu olmuşdur. Belə ki, o, İddiaçı 10.000 manat borc pul vermişdi. İddiaçı həmin borc məbləğini ona hissə-hissə onun “xxxx” KB-dəki şəxsi hesabına köçürərək qaytarmışdır. İddia ərizəsinə əlavə edilmiş qəbzlər həmin borcun qaytarılması ilə bağlı olan qəbzlərdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. O, təxminən 2017-2018-ci illərdə manqa komandiri işlədiyi müddətdə iddiaçının oğlu Mərdanı tanımış və eşitmişdir ki, Mərdanın atası Sadəddin faizlə borca pul verir. 2018-ci ilin sentyabr ayında Sadəddindən 1000 manat borc almış, həmin borcu bir il müddətinə faizi ilə qaytarmışdır. İddia ərzəsinə əlavə edilmiş qəbzlərdə göstərilən 1795 manat, 435 manat və 1980 manat borc götürmüşdür. Həmin pulları hər ay 495 manat olmaqla 10 müddətində qaytarmışdır. Lakin borcun qaytarılmasını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edə bilmir. Cavabdeh eləcədə göstərdi ki, iddiaçı onun və digər cavabdelərin barəsində DİN-nə şikayət etmiş və həmin şikayət ərizəsində onun borcu 2365 manat göstərilmişdir. Hazırda isə iddiaçı ondan 4210 manat tələb edir. Halbuki həmin şikayət ərizəsi ilə müraciət edilən vaxtdan sonra o, iddiaçıdan borc pul almamışdır. Bu hal iddiaçının göstərdiklərinin doğru olmadığını göstərir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərmişdir ki, iddiaçı iş yoldaşı Mərdanın atasıdır. Onun faizə pul verməsi barədə məlumatı vardı. O, Saddədin Səmədovdan 3075 manat borc götrmüş və hissə-hissə həmin pulu əlbəəl olaraq qaytarmışdır. Sadəddin həmin pulu ona bank hesabına köçürmək yolu ilə vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 3075 manat pulu Cavabdeh1 “xxxx” İKB ASC-də olan 4-331201-1 saylı bank hesabına köçürmüşdür. xx.xx.2019-cu il tarixli №746562 saylı, xx.xx.2019-cu il tarixli №747318 saylı və xx.xx.2019-cu il tarixli №750378 saylı qəbzlərdən görünür ki, İddiaçı cəmi 5360 manat (1960 manat+1960 manat+1440 manat) pulu X2 “xxxx” KB ASC-də olan AZ38UBAZ**********1010AZN001 saylı bank hesabına köçürmüşdür. xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli №747868 saylı və xx.xx.2019-cu il tarixli №748716 saylı qəbzlərdən görünür ki, İddiaçı cəmi 4210 manat (1795 manat+435 manat+1980 manat) pulu Cavabdeh3 “xxxx” KB ASC-də olan AZ95UBAZ**********1010AZN001 saylı bank hesabına köçürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, cavabdehlər iddianın əsası olaraq göstərilən qəbzlərin onlara aid bank hesablarına aid olmaqla, həmin qəbzlərdə göstərilən məbləğləri qəbul etdiklərini borcu etiraf etmişdir. Məhkəmə araşdırlması zamanı cavabdeh həmin qəbzləri mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin «Öhdəliklərin icrası» və «Barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə» fəslində nəzərdə tutulan müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882-ci maddəyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5-ci əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə işin şərh olunan hallarına mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdehlər üzərlərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyırlar. Bununla yanaşı, məhkəmə iddianın Cavabdeh3 qarşı yönələn hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının izahatından görünür ki, cavabdeh müəyyən məbləğdə borcu qaytarmış, hazırda onun 2365 manat borcu vardır. Odur ki, Cavabdeh3 aid hissədə iddia tələbi qismən təmin edilməklə 2365 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, cavabdehlərin etirazına gəlincə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Cavabdehlərin etirazın əsası olaraq göstərdikləri yalnız özlərinin şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Həmçinin, cavabdeh Qədirov Elvin məhkəmə iclasında iddiaya etiraz edərək etirazının əsası kimi hesabına köçürülən pul məbləğlərinin iddiaçının ondan borc olaraq götürdüyü 10.000 manat pulu hissə-hissə qaytarması ilə əlaqələndirsə də, iddiaçı ilə aralarında borc münasibətlərinin olduğunu və həmin ödənişin borcun qaytarılması ilə bağlı edildiyini göstərən hər hansı əsaslı sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, digər cavabdehlərə iddiaçının həmin üsulla, yəni cavabdehlərin bank hesabına köçürməklə borc verdiyi və bu halın digər cavabdehlər tərəfindən təsdiq edilməsi Elvin Qədirovun iddiaçının ona olan borcun qaytarılması barədə bildirdiklərini şübhə altına alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Cavabdeh3 2.365 (iki min yüz altmış beş) manat, Cavabdeh1 3075 (üç min yetmiş beş) manat və X1 5360 (beş min üç yüz altmış) manat borc İddiaçı xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,60 manat cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 2.365 (iki min yüz altmış beş) manat, Cavabdeh1 3075 (üç min yetmiş beş) manat və X1 5360 (beş min üç yüz altmış) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,60 (iyirmi beş manat altmış qəpik) manat cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 birgə qaydada İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar