Məhkəmə qərarları › İş №2(060)-3613/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3613/2021

29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3613/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qəyyum təyin edilmə tələbinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.02.2007-ci il təvəllüdlü X8 onun qəyyumluğuna verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25.02.2007-ci il təvəllüdlü X10 onun mərhum bacısının oğludur. X11 uzun sürən xəstəlikdən sonar 2020-ci ildə ölmüşdür. Uşağn atası Cavabdehdur. Ümid ona çox bağlıdır, çünki anası xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası hüdudlarından kənara çıxdıqda onun yanında qalmış, Ümidin qayğısına o qalmışdır. Bacısı sağlığında oğlunu və əmlaklarını ona və bacısı Kifayətə etibar etmişdir. Altay uşağa heç bir qayğı göstərmir, onunla maraqlanmır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirdi ki, 25.02.2007-ci il təvəllüdlü X10 onun oğludur. Onun anası Sevinc ilə 1998-ci ildən tanış olmuşlar və bir yerdə yaşamışlar. 2004-cü ildə Sevincin ev almasına köməklik etmişdir. Sevinc öldükdən sonra əmlakları övladının adına keçirmək istəmiş, lakin sonradan əmlakların bacılaının adına keçdiyini öyrənmişdir. Həmçinin məhkəmə qətnaməsi ilə övladı onun himayəsinə verilmişdir, lakin övladı xalasıgildə qalır və bu hala etiraz etmir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25.02.2007-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası X4r. -X3 05.10.2020-ci il tarixli ərizəsindən görünür ki, bacısı X2 övladı 25.02.2007-ci il təvəllüdlü X8 qəyyumu təyin edilməsini xahiş etmişdir. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08 oktyabr 2020-ci ildə çənbər bağırsağın bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür. -Azərbaycan Respublikasə Sumqayıt şəhər İH Başçısı aparatının 05.01.2021-ci il tarixli, A-222-099 saylı məktubundan görünür ki, 25.02.2007-ci il təvəllüdlü X8 üzərinə İddiaçı təyin edilməsindən imtina edilmişdir. -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-897/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, 25.02.2007-ci il təvəllüdlü X10 cavabdeh X1 alınaraq Cavabdeh verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 25.02.2007-ci il təvəllüdlü X10 iddiaçının bacısı oğlu, cavabdehin isə oğludur. İddiaçının bacısı 2020-ci ildə ölmüşdür və onun övladının iddiaçı qayğısına qalır və onun yanında yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-897/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, 25.02.2007-ci il təvəllüdlü X10 cavabdeh X1 alınaraq Cavabdeh verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 136-cı maddəsinə əsasən qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur.Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, 25.02.2007-ci il təvəllüdlü X8 anası ölmüş, lakin atası sağdır və o, məhkəmə qətnaməsi ilə cavabdehin, yəni atasının himayəsinə verilmişdir. Cavabdehin övladına qayğı göstərməməsi, onunla maraqlanmamas iş materialları ilə sübut olunmur. Həmçinin 25.02.2007-ci il təvəllüdlü X8 atası sağ olduğu üçün onun üzərinə qəyyum təyin edilməsinə zərurət yoxdur. Belə ki, qəyyum valideynlərini itirmiş uşaqlara təyin edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 25.02.2007-ci il təvəllüdlü X8 onun qəyyumluğuna verilməsinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 25.02.2007-ci il təvəllüdlü X8 onun qəyyumluğuna verilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar