Məhkəmə qərarları › İş №2(060)-362/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-362/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-362/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru, 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində Notariat Ofisi, Xızı rayonu Dövlət Notariat Ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 olmaqla) daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız sayılması, torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə NE T D İ : İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanılmış 28 avqust 2018-ci il tarixli, 4Ə-3055 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsi üzərində Cavabdeh4 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 04 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının etibarsız sayılması, Sumqayıt şəhəri,“Corat bağlan” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh4 ilə Cavabdeh5 arasında Xızı rayonu dövlət notariat kontorunda bağlanılmış 30 may 2024-cü il tarixli,4Ə-1560 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri,“Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 25 iyun 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının etibarsız sayılması, Sumqayıt şəhəri,“Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh5 ilə Cavabdeh6 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanılmış 08 avqust 2024-cü il tarixli, 4Ə-2262 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri,“Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsi üzərində Cavabdeh6 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 25 iyun 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi, Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinin Cavabdeh6 tərəfindən boşaldılaraq Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi, Sumqayıt şəhəri “Corat bağları” ərazisində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinin məhkəmə qaydasında etibarsız sayılmış hüquq müəyyənedici sənədləri əsasında sənədləşmə işlərinin aparılması ilə bağlı olaraq xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi sonradan iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, məhkəmədən Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanılmış 28 avqust 2018-ci il tarixli, 4Ə-3055 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsi üzərində Cavabdeh4 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 04 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının etibarsız sayılması, Sumqayıt şəhəri,“Corat bağlan” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh4 ilə Cavabdeh5 arasında Xızı rayonu dövlət notariat kontorunda bağlanılmış 30 may 2024-cü il tarixli, 4Ə- 1560 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri,“Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının etibarsız sayılması, Sumqayıt şəhəri,“Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh5 ilə X23 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanılmış 30 avqust 2024-cü il tarixli, 4Ə-2489 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinin boşaldılaraq Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 saylı qətnaməsi ilə ilkin iddiaçı X1 cavabdehlər Cavabdeh3 və qeydlərinə qarşı “şəhadətnamə-müqavilənin etibarsızlığı və çıxarışın ləğvinə dair” iddia tələbi rədd olunmuş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilməsi haqqında” iddia ərizəsi isə təmin edilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında “Corat bağları” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş 03 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təqdiq olunmuş İsmayılov Ramiq Mədət oğlu, X17, X2 ilə Cavabdeh3 arasında bağlanılmış reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş 06 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılması, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən,sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 30 iyul 2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışların, torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi qət olunmuşdur. Eyni zamanda Sumqayıt Şəhər Məhkəmənin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 saylı xüsusi qərardadı çıxarılaraq İsmayılov Mədət Heydər oğlunun vərəsələri X2, X17, Cavabdeh3 və İsmayılov Ramiq Mədət oğlu, eləcə də torpağa dair müvafiq sənədlərin verilməsində iştirak edən vəzifəli şəxslərin əməllərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 191-ci, 308.2-ci və 320.1-ci maddələri üzrə hüquqi qiymət verilməsi və əməllərində cinayət tərkibi müəyyən edilmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri barədə Sumqayıt şəhər prokurorluğuna məlumat verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1603/2022 saylı qətnaməsi ilə cavadehlərlər X10 və Cavabdeh3, eləcə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 saylı qətnaməsindən verdikləri apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin bu iş üzrə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(102)-748/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1603/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 da Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1603/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(102)- 3151/2023 saylı qərarı ilə rədd edilərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin tərtib etdiyi 16 dekabr 2005-ci il tarixli “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının Texniki Pasportu” əsasında Süleymanova (Bədəlova) Mənsurə Həsən qızına ayrılmış, lakin rəsmiləşdirilməsi tam başa çatmamış bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Eyni zamanda müəyyən olunmuşdur ki, müvafiq arxiv sənədlərinə əsasən mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında icarə müqaviləsinin bağlanıldığı iddia edilən 2284 saylı bağ torpaq sahəsi “Corat bağları” massivində deyil, ’’Saray bağları” ərazisində yerləşmiş və sahəsi də 1200 kvadrat metr deyil, 2000 kvadrat metr təşkil etməklə X19 ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqaviləsi əsasında X11 istifadəsinə verilmişdir. Məhkəmə müəyyən etmişdir ki, mərhum İsmayılov Mədət Heydər oğlunun adına hüquqmüəyyənedici sənədlər verilərkən aidiyyəti orqanlar tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və saxta sənədlər əsasında hüququn qeydiyyatı həyata keçirilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin cavabdehlərin adına apardığı qeydiyyat etibarsız hesab edilməklə ləğv olunmuşdur. Lakin baxmayaraq ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında “Corat bağları” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması və Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş 03 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təqdiq olunmuş İsmayılov Ramiq Mədət oğlu, X17, X2 ilə Cavabdeh3 arasında bağlanılmış reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş 06 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılması, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 30 iyul 2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışların etibarsız hesab olunması qət edilmişdir, cavadehlər etibarsız sayılmış reyestr çıxarışı ilə mübahisələndirilən bağ sahəsi qanunsuz şəkildə özgəninkiləşdirilməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hüquqi nəticələrini aradan qaldırmağa çalışmışlar. Belə ki, hələ məhkəmə çəkişmələrinin getdiyi və mübahisəli bağ sahəsi üzərində sənədləşməyə məhdudiyyət qoyulduğu vaxtda Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş, məhkəmənin etibarsız saydığı daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş 28 avqust 2018-ci il tarixli, 4Ə- 3055 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına özgəninkiləşdirilmiş və 04 sentyabr 2019-cu il tarixində ********** qeydiyyat nömrəli reyestr çıxarışı ilə sonuncunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh4 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1603/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli,2( 102)- 3151/2023 saylı qərarı qəbul edildikdən sonra Cavabdeh4 torpağı geri qaytarmamaq və bir növ “vicdanlı alıcı” görünüşü yaratmaq məqsədi ilə Xızı rayon Dövlət Notariat Kontorunda bağlanılmış 30 may 2024-cü il tarixli, 4Ə-1560 reyestr mönrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında mübahisəli torpaq sahəsini Cavabdeh5 adına özgəninkiləşdirmiş, sonuncu da Sumqayıt şəhər 4 saylı notariat ofisində rəsmiləşdirilmiş 08 avqust 2024-cü il tarixli,4Ə-2262 reyestr nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında torpağı Cavabdeh6 satmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin səhlənkarlığı və qanunsuz hərəkətləri nəticəsində məhkəmənin etibarsız saydığı hüquq müəyyənedici sənədlər əsasında bələdiyyə mülkiyyətində olan bağ torpaq sahəsi başqa şəxslərin adlarına özgəninkiləşdirilməsinə və onların mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilməsinə nail olunmuşdur. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi mübahisəli bağ sahəsi ilə bağlı yuxanda sadalanan sənədlərin mötəbərliyini mübahisələndirməyi və məhkəməyə müraciət edərək özünün torpaq üzərində mülkiyyət hüququnu müdafiə etməyi zəruri sayır. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsi və həmin torpaq sahəsi üzərində cavabdehlərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tamamilə qanunsuzdur və Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnu pozmaqla yanaşı, müvafiq qanunvericilik aktlarının tələbləri ilə də aşkar şəkildə ziddiyyət təşkil etmişdir. Adı çəkilən torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanılmış 28 avqust 2018-ci il tarixli,4Ə- 3055 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, eləcə də Cavabdeh4 ilə Cavabdeh5 arasında Xızı rayon Dövlət Notariat Kontorunda bağlanılmış 30 may 2024-cü il tarixli,4Ə-1560 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, həmçinin Cavabdeh5 ilə Cavabdeh6 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində rəsmiləşdirilmiş 08 avqust 2024- cü il tarixli, 4Ə-2262 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin müqavilələr əsasında torpaq sahəsi üzərində adları çəkilən şəxslərin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və reyestr çıxarışları ləğv edilməli, mübahisələndirilən torpaq sahəsi də Cavabdeh6 qanunsuz sahibliyindən alınaraq Sumqayıt Bələdiyyəsinə qaytarılmalıdır. Cavabdeh4 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız sayılması, torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi haqqında” iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Sumqayıt bələdiyyəsi cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız sayılması, torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi haqqında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən sahəsi 600 kv.metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 28 avqust 2018ci il tarixli, 4Ə-3055 reyest nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi və sair” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. İddiaçı Sumqayıt bələdiyyəsi hazırki iddia ərizəsində tələbinin əsası kimi iddiaçı X1 və müstəqil tələb irəli sürən Sumqayıt bələdiyyəsinin iddia tələbləri üzrə qəbul edilmiş Sumqayıt şəhər məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsinə və həmin iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1603/2022 nömrəli qətnaməsinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarına istinad edir. İlk olaraq məhkəmənin nəzərinə çatdırır ki, Sumqayıt bələdiyyəsi istinad etdiyi məhkəmə qərarları ilə müəyyən edilmiş və qət edilmiş halları təhrif etməyə cəhd göstərir. Belə ki, əvvəla yuxarıda qeyd olunan məhkəmə qərarlarından göründüyü kimi, həmin iş üzrə ilk iddiaçı X1 ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə həmin iş üzrə müstəqil tələb irəli sürən və hazırki işdə iddiaçı olan Sumqayıt bələdiyyəsinin iddia etdiyi torpaq sahələri eyni iddia obyektidir. Belə ki, əvvəlki işdə hər iki iddiaçı mübahisələndirdikləri torpaq sahəsinin bələdiyyə tərəfindən X4 ayrıldığını bildirərək, öz tələblərini əsaslandırmışlar. Göründüyü kimi, həmin işdə X6 ilə Sumqayıt bələdiyyəsi eyni mövqedən çıxış etmişlər. Sumqayıt bələdiyyəsi çaşqınlıq yaratmaq məqsədi ilə bilərək hazırki iddia ərizəsində əvvəlki iş üzrə X1 iddia tələbini tam şəkildə göstərməmişdir. Lakin qəbul edilmiş məhkəmə qərarlarından məlum olur ki, X1 iddia tələbi həm də, mübahisələndirilmiş torpaq sahəsinə dair Cavabdeh4 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə olmuşdur. X1 tələbi isə Sumqayıt şəhər məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Yuxarı instansiya məhkəmələri tərəfindən də həmin tələbin rəddi qüvvədə saxlanılmışdır. Hər üç məhkəmə qərarında Cavabdeh4 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsinin rədd edilməsi barədə məhkəmələr gəldikləri nəticənin maddi hüquqi əsaslandırması kimi reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə istinad etmişlər. Lakin, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsində Cavabdeh4 vicdanlı alıcı olaraq hüquqlarının qorunmalı olması açıq şəkildə göstərilmədiyinə görə, gələcəkdə baş verə biləcək əsassız iddiaların və çaşqınlığın aradan qaldırılması üçün Cavabdeh4 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1603/2022 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin yenə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə istinad olusa da, Cavabdeh4 vicdanlı alıcı olaraq hüquqlarının qorunmalı olması açıq şəkildə göstərilməmişdir. Bu səbəbdən Cavabdeh4 tərəfindən kassasiya şikayəti verilmişdir. Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarında Cavabdeh4 vicdanlı alıcı olaraq hüquqlarının qorunmalı olması açıq-aşkar və mübahisəsiz şəkildə öz təsdiqini tapmışdır. Belə ki, Ali Məhkəmənin adı çəkilən qərarının 67, 68, 69-cu bəndləri ilə müəyyən edilmişdir ki; Apellyasiya instansiya məhkəməsinin qətnaməsini mübahisələndirən kassator (Cavabdeh4) məhkəmə tərəfindən etibarsız sayılmış sənədlərdən irəli gələn hüquq münasibətlərində tərəf olmamışdır. Kassatorun mübahisəli torpaq sahəsi üzərində hüquqları 28 avqust 2018-ci il tarixli 4Ə-3055 reyestr nömrəli alqısatqı müqaviləsi və həmin müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrində 4 sentyabr 2019-cu il tarixdə aparılmış qeydiyyat əsasında yaranmışdır. Həmin hüquqlar qüvvədədir və qanunla qorunur. Baxılan iş üzrə həmin alqı-satqı müqaviləsi mübahisələndirilmir. Əgər bu barədə gələcəkdə iddia verilərsə, mübahisə Mülki Məcəllənin 140 və 182-ci maddələrində müəyyən olunmuş dispozisiya şərtləri əsasında həll ediləcəkdir. Beləliklə, Ali Məhkəmə qeyd olunan məsələyə, yəni vicdanlı alıcı olan Cavabdeh4 hüquqlarının qüvvədə olması və qanunla qorunması məsələsinə son nöqtəni qoymuş, bu məsələ öz ali təsdiqini tapmışdır. Ali Məhkəmə hətta gələcəkdə Cavabdeh4 mübahisələndirilən torpaq sahəsinə hüquqları mübahisələndirilərsə, mübahisənin yalnız Mülki Məcəllənin 140 və 182-ci maddələrində müəyyən olunmuş dispozisiya şərtləri əsasında həll edilə biləcəyini təsbit etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, əvvəlki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh4 mülkiyyətində olan torpaq sahəsinin özgəninkilləşdirilməsinin qadağan olunması barədə qərardad qəbul edilmişdir. Lakin sonradan yenə Sumqayıt şəhər məhkəməsinin qərardadı ilə həmin qadağa ləğv edilmiş, torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılmışdır. Bundan sonra mübahisələndirilən torpaq sahəsinin əvvəlcədən qanuni mülkiyyətçisi olduğu məhkəmə qərarları ilə təsbit edilmiş Cavabdeh4 tərəfindən digər şəxslərə satılması üçün heç bir hüquqi maneə qalmamışdır. Beləliklə, müəyyən olunur ki, artıq hazırki işdə Sumqayıt bələdiyyəsinin də tərəf (müstəqil tələb irəli sürən üçüncü şəxs) olduğu iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə (Cavabdeh4 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə Sumqayıt bələdiyyəsi ilə eyni mövqedən və eyni əsaslarla çıxış edən X1 iddia tələbinin rədd edilməsinə dair Sumqayıt şəhər məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsi ilə) mübahisələndirilən torpaq sahəsi üzərində Cavabdeh4 qanuni şəkildə əldə edilmiş mülkiyyət hüququnun mövcud olması faktı müəyyən və təsbit edilmişdir. Bu isə o deməkdir ki, artıq həmin xüsusat başqa məhkəmə işində mübahisələndirilə bilməz və eləcə də Cavabdeh4 reyestrdə qeydə alınmış mülkiyyət hüququna dair qeydə əsaslanaraq mübahisələndirilən torpaq sahəsini əldə etmiş şəxslərin də həmin hüquqları qanunla qorunur. Sumqayıt bələdiyyəsi əgər mövcuddursa ona dəymiş ziyanın ödənilməsi tələbini aidiyyəti şəxslərə qarşı irəli sürmək əvəzinə, mübahisələndirilən torpaq sahəsi üzərində qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapmış mülkiyyət hüququna malik olan Cavabdeh4 qarşı əsassız iddia qaldırmaqla yanaşı, dəfələrlə öz işçiləri vasitəsi ilə ona qarşı təzyiqlər, hədə-qorxu və digər təsir vasitələri göstərmişlər və onun öz mülkiyyətindən sərbəst istifadəsinə maneələr yaratmışlar. Bununla əlaqədar olaraq Cavabdeh4 tərəfindən aidiyyəti hüquq-mühafizə orqanlarına, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə şikayət ərizələri ilə müraciətlər olunmuşdur. Məhkəmədən də xahişləri, işin tam və obyektiv araşdırılaraq, Cavabdeh4 pozulmuş hüquqlarının bərpa edilməsini təmin etməkdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iddia tələbini tam müdafiə edərək onların təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, qeyd olunan torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri bundan öncə də olmuşdur. Həmin torpaq sahəsinin Sumqayıt Şəhəri Bələdiyyəsinin mülkiyyətində olduğu öz təsdiqini tapmışdır. Qarşı tərəfin saxta sənədləri məhkəmə tərəfindən ləğv olunmuşdur. Bu məhkəmə prosessləri Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında belə olmuş və onun barəsində xüsusi qərardad belə çıxarılmışdır. Ali Məhkəmədə də bələdiyyənin mülkiyyət hüququ öz təsdini tapmışdır. Ali Məhkəməsinin qərarında da deyilməmişdir ki, onlar vicdanlı alıcıdır. Qeyd olunur ki, bu məsələyə məhkəmədə baxılmalıdır. Müəyyən olunur ki, onlar bir makler qrupudur. Torpaqları saxta sənədlər əsasında sənədləşdirib, alıb-satmaqla məşğuldurlar. Məktubdan da görünür ki, həmin torpaq sahəsini tez bir zamanda bir neçə nəfərə satmışlar. Sənədlərdən də görünür ki, onlar öz adamlarıdır. Vicdanlı alıcı obrazı yaradaraq izi itirmək istəmişlər. 2005-ci il tarixdən həmin torpaq sahəsi Vəli adlı şəxsin istifadəsində olmuşdur. Sonradan həmin torpaq sahəsində mübahisənin olması ilə bağlı qarşı tərəfin də məlumatı olmuşdur. Onlar heç bir zaman məlumatsız olmamışdırlar. Qarşı tərəfin vicdanlı alıcı sözünün arxasında gizlənməklərini qəbul etmirlər. Vəli 2005-ci il tarixdən oraya daş tökmüş və müəyyən işlər görmüşdür. Digər məhkəmə işində iddianı qarşı tərəf qaldırmış, Bələdiyyə isə sonradan qoşulmuşdur. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edərək bildirmişdir ki, məhkəmənin qərarları və Ali Məhkəmənin vicdanlı alıcı ilə bağlı rəyləri vardır. Tərəfin hüquqmüəyyən edici sənədləri olmuşdur. Hər iki işdə mübahisə predmeti eynidir. Onun müvəkkili vicdanlı alıcıdır. Bu da öz təsdiqini tapmışdır. Şəxs öz hüquqlarının pozulduğunu hiss etdiyi anda ortaya çıxır. İddia irəli sürülmədən heç kim vicdanlı alıcı olduğunu deyə bilməz. Məhkəmə qərarlarında vicdanlı alıcı olduqları öz təsdiqini tapmışdır. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 26 yanvar 2025-ci il tarixli, 203 nömrəli bildirişə cavabdeh görünür ki, mülki iş üzrə məhkəmə iclasına onların iştirakları olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 2 ünvanlanmış 29 yanvar 2025-ci il tarixli, 304 nömrəli bildirişə cavabdan görünür ki, mülki iş üzrə məhkəmə iclasına onların iştirakları olmadan baxılması xahiş edilmişdir. İş üzrə digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin və və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. 17 yanvar 2025-ci il tarixdə məhkəmənin təxirə salınmış baxış iclasında şahid X15 ifadəsində bildirmişdir ki, 2005-ci il tarixdə torpağı bələdiyyənin qərarı əsasında almışdır. Hal-hazırda onun istifadəsindədir. Əvvəlki bələdiyyədən torpağı almışdır. Yarım tikili kimi tikmişdir. Yarımçıq qalmış və başı qarışmışdır. Hal-hazırda o nəzarət edir. Əvvəl mülkiyyətçiləri olmuş və saxta sənədlə satmışlar. 17 yanvar 2025-ci il tarixdə məhkəmənin təxirə salınmış baxış iclasında şahid X12 ifadəsində bildirmişdir ki, Tərlanı çoxdan tanıyır. 7-8 il bundan öncə demişdir ki, torpaq almışdır. Alğı-satqı etmək istəmişdir. Məhkəmə qərarı ilə torpaq üzərinə həbs qoyulmuşdur. Onda məhkəməyə onla gedib-gəlmişdir. Başqalarına satılıb-satılmadığını bilmir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı, ******* nömrəli, 8 avqust 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh5, alıcı isə Cavabdeh6 olmaqla, satıcı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 0.062 ha hissəni alıcının mülkiyyətinə verir. Satılan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh5 verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə satıcıya məxsusdur. Real vaxt rejimində daşınmz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********XT71501 olan arayışa əsasən müqavilə bağlananadək Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 60000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən 0.0620 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh5 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3151/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1603/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-748/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1603/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh3 və X17, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-19/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddianın rədd edilməsi, iddiaçı X6 tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh3, İsmayılov Ramiq Mədət oğlu, X17, X2, Sumqayıt şəhəri 1 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında “Corat bağlan” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş 03 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən tədqiq olunmuş İsmayılov Ramiq Mədət oğlu, X17, X2 ilə Cavabdeh3 arasında bağlanılmış reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş 06 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılması, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 30 iyul 2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış Çıxarışların, torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-19/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsinə dair sənədləri qanunsuz olaraq əldə etməsinə əsaslı şübhə olan xx.xx.2006-cı il tarixdə ölmüş İsmayılov Mədət Heydər oğlunun vərəsələri X2, X17, Cavabdeh3 və İsmayılov Ramiq Mədət oğlunun, həmçinin müvafiq sənədlərin verilməsində iştirak edən vəzifəli şəxslərin əməllərinə Azərbaycan Respublikası CM-nin 191-ci, 308.2-ci və 320.1-ci maddələri üzrə hüquqi qiymət verilməli və əməlində cinayət tərkibi müəyyən edilmiş şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə Sumqayıt Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, 28 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3, alıcı isə Cavabdeh4 olmaqla, satıcı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 0.062 ha hissəni alıcının mülkiyyətinə verir. Satılan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh3 verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə satıcıya məxsusdur. Real vaxt rejimində daşınmz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 44000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən 0.0620 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 21 noyabr 2024-cü il tarixli, 3-21-3-31/2-4398/2024 nömrəli daşınmaz əmlakın hüquqi rejimi barədə müraciətə cavabdan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2284 ünvanında yerləşən torpaq sahəsi Sumqayıt şəhər XDS İK KTİB Bağ Təsərrüfatı sahəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli müqavilənamə əsasında İsmayılov Mədət Heydər oğlunun adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 2V-124 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2018-ci il tarixli, 3M-293 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında sözügedən bağ torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınaraq xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notarit kontorunun xüsusi notariusunun təsdiq etdiyi xx.xx.2018-ci il tarixli, 4Ə-3055 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi üzərində Cavabdeh4 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə-1560 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi üzərinə Cavabdeh5 mülkiyyət hüququ qeydiyyata alınmış və xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh6 mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli, 4Ə-2262 reyestr nömrəli alqı-satqı müqaviləsi ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə daxil olsa da, xx.xx.2024-cü il tarixli müqavilənin ləğvinə dair müqavilə əsasında ərizənin icrasından imtina edilmişdir. Sonradan, Sumqayıt şəhər 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X16 mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli, 4Ə-2489 reyestr nömrəli alqı-satqı müqaviləsi ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə daxil olmuşdur. Lakin, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5690/2024 nömrəli bildirişi əsasında qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi üzərində məhdudiyyət olduğundan ərizənin icrasından imtina edilmişdir. Sumqayıt şəhər XDS İK KTİB Bağ Təsərrüfatı sahəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli müqavilənamə əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarış və Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 2V-124 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2018-ci il tarixli, 3M-293 reyestr nömrəli miras payın bağışlanma müqaviləsiəsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarış Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-19/2022 saylı icra vərəqəsi əsasında ləğv olunmuşdur. İş materiallarında olan 30 may 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh4, alıcı isə Cavabdeh5 olmaqla, satıcı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 0.062 ha hissəni alıcının mülkiyyətinə verir. Satılan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh4 verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə satıcıya məxsusdur. Real vaxt rejimində daşınmz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********İQ72002 olan arayışa əsasən müqavilə bağlananadək Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 450000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən 0.0620 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №1301618 saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İsmayılov Mədət Heydər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə ölmüş İsmayılov Mədət Heydər oğlunun vərəsəsi X2, X17, Cavabdeh3 və ismayılov Ramiq Mədət oğlu miras əmlakdan bərabər hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKnin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə İsmayılov Mədət Heydər oğluna verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 ünvanında yerləşən ümumi sahəsi 0.062 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Miras payın bağışlama müqaviləsi”nin surətindən görünür ki, X2, X17, İsmayılov Ramiq Mədət oğlu Sumqayıt şəhəri, Corat bağ massivi 2284 saylı 0.062ha torpaq sahəsindən onlara düşən miras paylarını Cavabdeh3 bağışlamışlar. İş materiallarında olan X28, X20 və X21 tərəfindən imzalanmış 13 yanvar 2025-ci il tarixli aktdan görünür ki, qonşuluqda yerləşən 2284 nömrəli bağ sahəsinin sahibi kimi X5 tanıyırlar. Belə ki, uzun illərdir ki, həmin bağ sahəsinə X1 qohumu olan X7 qulluq etdiyinə, onun tərəfindən bağ sahəsinə darvaza və qapı qoyaraq bağ sahəsini daş hasara aldığına, bağda tikinti işləri apardığına və bağa mütəmadi olaraq gəlib-getdiyinə şahidlik edirlər. Həmin bağ sahəsinin başqa şəxslər tərəfindən satın alındığını bir müddət əvvəl eşitsələr də, onlardan heç kimi tanımırlar. Həmin şəxslərin bağa gəlib-getmələrini görməmişlər. Qeyd edilən 2284 nömrəli bağ sahəsinə bugün də X15 gəlib-gedir, həmin bağ sahəsi yenə də onun nəzarətində və istifadəsindədir. Məhkəmə Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququ Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit edilmişdir. Qeyd edilən normalara əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu halında yaranır. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələr, o cümlədən alğı-satqı müqaviləsi çıxış edir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-19/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, yuxarıda göstərilən qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Mübahisələndirilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən 2005-ci ildə ayırdığı X1 istifadəsindədir və torpaq sahəsi İsmayılov Mədət Heydər oğlunun vəfat etdiyi 2006-cı ilin iyul ayından sonra onun vərəsələri tərəfindən və faktiki olaraq, nə də vərəsəlik hüququ əsasında miras əmlak kimi qəbul olunmamışdır, verilmiş vərəsəlik sənədlərinin və mülkiyyət hüququna dair sənədlərin hüquqi əsasının olmadığı tam olaraq üzrə çıxır. Bundan əlavə iş materiallarında olan ekspertiza rəylərində saxtalığı aşkar olan göstərilən torpaq icarə müqaviləsi əhəmiyyətsiz sənəd kimi hər hansı hüquqi qüvvəyə malik olmadığından, mərhum İsmayılov Mədət Heydər oğlunun adına vərəsələrinin mübahisələndirilən bağ torpaq sahəsinə hər hansı hüquqları yarana bilməz və mübahisələndirilən torpaq sahəsi, ümumiyyətlə 2284 saylı bağ sahəsi olmamaqla, torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyəti kimi Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə keçmiş torpaq sahələrinə aiddir. Həmin qətnamə ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı ləğv edilmiş, bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab olunmuş, reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş 06 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsi etibarsız sayılmış, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışlar, torpaq sahəsinin planı və ölçüləri etibarsız hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış daşınmaz əmlakın hüquqi rejimi barədə müraciətə cavabdan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2284 ünvanında yerləşən torpaq sahəsi Sumqayıt şəhər XDS İK KTİB Bağ Təsərrüfatı sahəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli müqavilə əsasında İsmayılov Mədət Heydər oğlunun adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 2V-124 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2018-ci il tarixli, 3M-293 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında sözügedən bağ torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin məhkəmə qətnaməsi ilə çıxarış ləğv olunmasına baxmayaraq, AN-İ seriyalı, ******* nömrəli, 28 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh3, alıcı isə Cavabdeh4 olmaqla, satıcı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 0.062 ha hissəni alıcının mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 44000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. Daha sonra 30 may 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh4, alıcı isə Cavabdeh5 olmaqla, satıcı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 0.062 ha hissəni alıcının mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 450000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. Göründüyü kimi birinci müqavilə ilə sonrakı müqavilədə qiymət fərqində əhəmiyyətli dəyişiklik müşaiət olunur. Bundan sonra AZ-İ seriyalı, ******* nömrəli, 8 avqust 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh5, alıcı isə Cavabdeh6 olmaqla, satıcı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 0.062 ha hissəni alıcının mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 60000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. Göründüyü kimi müqavilələr arasında kəskin qiymət fərqləri vardır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qeyd edilən alqı-satqı müqavilələri torpaq sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyatlar aparılmış və çıxarışlar verilmişdir. Cavabdeh4 etirazının əsası olan vicdanlı alıcı olması, yəni torpaq sahəsinin onun istifadəsində olması və qeyd olunan digər xüsusatlar öz təsdiqini tapmamışdır. Formal vicdanlı olması işin mübahisə edilməyən halı olub mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Göründüyü kimi mövcud məhkəmə mübahisəsinin həlli mübahisəli torpaq sahəsi ilə mülkiyyət hüququnun kim və ya kimlərə mənsub olması ilə bağlıdır. Qeyd olunmalıdır ki, tərəflər arasındakı hüquqi mübahisənin həlli baxımından Cavabdeh4 münasibətdə vicdanlı əldə etmə institutunun tətbiqini mümkünsüz edir, ona görə ki, kökündə daşınmaz əmlakın dövlət reyestrinin tamlığı və düzgünlüyünə dair etimadın qorunmasına əsaslanan vicdanlı əldə etmə ilə bağlı qaydalar daşınmaz əşya ilə bağlı rəsmi dövlət reyestrində yalnız bir qeydiyyat nömrəsinin (səhifəsinin) olması hallarını nəzərdə tutmuşdur. Başqa sözlə, istər “etimadın qorunması prinsipi”, istər Mülki Məcəllənin 5-ci fəslinin 2-ci paraqrafında yer alan müddəalar, istərsə də daşınmaz əmlakın dövlət reyestri haqqında qanun tamamilə daşınmaz əmlakla bağlı yalnız bir nömrənin verilməsi hallarını tənzimləyir. Odur ki, bir daşınmaz əmlak ilə bağlı iki ayrı qeydiyyatın aparıldığı hallar Mülki Məcəllənin 140-cı maddəsində qeyd olunan “daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezmupsiyası” əsaslanan vicdanlı əldə etmə ilə bağlı Mülki Məcəllənin 148.2 və 149-cu maddələrinin tətbiq dairəsi (dispozisiya şərtləri) xaricindədir. Mülki Məcəllənin 140, 148.2 və 149-cu maddələrində nəzərdə tutulan müddəaların bir daşınmaza dair 2 ayrı nömrənin verilməsi hallarında istifadə edilməsi bu qaydaların xidmət etdiyi məqsəd və funksiyaların xaricində olmaqla, həm də praktiki cəhətdən də mümkün deyil, ona görə ki, bir daşınmaz əşya ilə bağlı bir neçə qeydiyyatın eyni vaxtda mövcud olması onlardan hər hansı birini vicdanlılıq baxımından əldə edilməsini faktiki olaraq mümkünsüz edir. Belə ki, hər iki qeydiyyatın açıq olduğu və bu səbəblə də hər kəs tərəfindən bilindiyi qəbul edilərsə, onda bu qeydiyyatlardan hər hansı birinə əsaslanıb mülkiyyət hüququ əldə etmək istəyən şəxsin digər qeydiyyatdan da xəbərdar olmasının qəbul edilməsi qanuni və hüquqi bir məcburiyyətdir (MM.m.148.1 və Daşınmaz əmlakın Dövlət Reyestri haqqında Qanun m. 5). Çünki vicdanlılıq çıxarışa deyil, çıxarışın əsasında dayanan mülkiyyətə dair rəsmi dövlət qeydiyyatına münasibətdə nəzərə alınmalıdır. Bu səbəblə də bir daşınmaz əmlaka dair bir neçə qeydiyyatın mövcud olması halında əldə edənin həmin daşınmaz əşya ilə bağlı bütün qeydiyyatlardan məlumatlı olması lazım gəlir. Belə olan halda daşınmaz əmlakla bağlı digər qeydiyyatdan məlumatlı olan şəxsin vicdanlılığından söhbət gedə bilməz. Bundan başqa, eyni daşınmaz əşya ilə bağlı müxtəlif qeydiyyatların olduğu halda reyestrdəki bu rəsmi dövlət qeydiyyatlarına əsaslanıb mülkiyyət və s. əşya hüququ əldə edən müxtəlif şəxslərdən hansının vicdanlılığı qorunmalı olması ilə bağlı qeyd olunmalıdır ki, mövcud icraatda olduğu kimi mülkiyyətə dair rəsmi dövlət qeydiyyat sənədlərinə etimad edib əldə edən iddiaçıların, yoxsa onlardan uzun müddət sonra digər şəxsdən başqa qeydiyyata əsaslanıb hüququ qeydiyyata alınan cavabdehlərin vicdanlılığının qorunmalı olması baxımından hər hansı birinin üstün tutulması hüququn təməl prinsipi olan ədalətliliyə və konkret olaraq konstitusion normanın tələbi olan bərabərlik prinsipinə zidd olar. Nəticə etibarı ilə belə bir vəziyyət vicdanlı əldə etmə institununun təyinatı xaricində olduğundan və hər iki nömrədə qeydə alınan əşya hüquqları baxımından vicdanlı əldə etmə institunun eyni anda işləməsi mümkünsüzləşdiyi üçün yalnız həqiqi hüquq sahiblərinin mənafeyi məhkəmə tərərindən nəzərə alınıb qorunmalıdır. Yəni belə bir vəziyyətdə həqiqi hüquq sahibi adına olan qeydiyyat ilə əsassız qeydiyyata etimad edən qarşı-qarşıya gəldikdə etimad prinsipinin işləməsi mümkünsüzləşdiyi üçün əlbəttə ki, həqiqi hüquq sahibinin üstün tutulması lazım gəlir. Başqa sözlə bu kimi hallarda əsassız qeydiyyata etimad edənin əsaslı qeydiyyata etimad edəndən üstün tutulması nəticəsini əmələ gətirən bir yanaşmanın qəbul edilməsi, aydın məsələdir ki, yolverilməzdir. “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ cavabdehlərdən daha əvvəl əldə edildiyindən, torpaq sahəsinin faktiki sahibliyi cavabdehlərdə olmaması baxımından vicdanlı alıcı olaraq iddiaçının mülkiyyət hüququ müdafiə edilməli, cavabdehlər isə vicdanlı əldə edən hesab edilməməlidir. Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi qeyd olunan alqısatqı müqavilələrinin və onların bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, həmin müqavilələr alqı-satqı niyyəti olmadan bağlanmış əhəmiyyətsiz əqddirlər. Belə ki, məhkəmənin etibarsız saydığı hüquq müəyyənedici sənədlər əsasında bələdiyyə mülkiyyətində olan bağ torpaq sahəsi başqa şəxslərin adlarına özgəninkiləşdirilmiş və onların mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmişdir. İşin həqiqi faktiki hallarından göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun mübahisələndirilən əqdə dair iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, məhkəmə araşdırması zamanı sübuta yetirlmişdir ki, miras payın bağışlama müqaviləsi etibarsız hesab edildiyindən, həmçinin Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edildiyindən, həmin aktlar əsasında bağlanmış bütün mülki-hüquqi əqdlər etibarsız hesab edilməldir. Çünki, sonrakı əqdlər etibarsız hesab edilmiş müqavilələr əsasında bağlanmışdır. Yəni, sonradan bağlanmış müqavilənin əsası olan əqdlər məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə görə, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında formalaşan hüquqi mövqeyə görə sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmə qeyd edir ki, müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-ci maddəsinə əsasən həmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli Qərar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Məhkəmə iddia tələbinin torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəlləsnin 146.8-ci maddəsinə əsasən Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yenə həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır: Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Yenə həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin iddiası əsaslı hesab edilməli, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanılmış AN-İ №0725177 saylı, 28 avqust 2018-ci il tarixli, 4Ə-3055 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsinin hüquqi nəticələri ləğv edilməli, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeyd etibarsız hesab edilməli, Cavabdeh4 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh4 ilə Cavabdeh5 arasında Xaçmaz rayon 1 saylı notariat ofisində bağlanılmış 30 may 2024-cü il tarixli, 4Ə- 1560 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsinin hüquqi nəticələri ləğv edilməli, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeyd etibarsız hesab edilməli, Cavabdeh5 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh5 ilə X23 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanılmış 30 avqust 2024-cü il tarixli, 4Ə-2489 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsinin hüquqi nəticələri ləğv edilməli, iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin həmin ev üzərində mülkiyyət hüququ bərpa edilməli və Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsi boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin iddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanılmış AN-İ № ******* saylı, 28 avqust 2018ci il tarixli, 4Ə-3055 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin alqı-satqı müqaviləsinin hüquqi nəticələri ləğv edilsin, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeyd etibarsız hesab edilsin, Cavabdeh4 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh4 ilə Cavabdeh5 arasında Xaçmaz rayon 1 saylı notariat ofisində bağlanılmış 30 may 2024-cü il tarixli, 4Ə-1560 reyestr nömrəli alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Həmin alqı-satqı müqaviləsinin hüquqi nəticələri ləğv edilsin, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeyd etibarsız hesab edilsin, Cavabdeh5 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh5 ilə X23 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanılmış 30 avqust 2024-cü il tarixli, 4Ə-2489 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin alqı-satqı müqaviləsinin hüquqi nəticələri ləğv edilsin və iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilsin. Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsi boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar