Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3678/2022 24.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X13 oğlunun katibliyi, iddiaçı İdrisova (Zalıyeva) Xəyalə Əmrulla qızının, Cavabdeh iştirakları ilə, iddiaçı İdrisova (Zalıyeva) Xəyalə Əmrulla qızının Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İdrisova (Zalıyeva) Xəyalə Əmrulla qızı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 1-ci qrup əlilliyi olan X12 üçün 300 manat məbləğində, X2 təhsil xərclərinin ödənilməsi üçün isə 200 manat olmaqla, cəmi 500 manat məbləğində alimentin cavabehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 13 fevral 2014-cü il tarixli, 2(027)-227/2014 nömrəli qətnaməsi ilə cavabdehə qarşı aliment tələbi ilə bağlı iddia ərizəsi təmin olunmuş, xx.xx.2000-ci il təvəllüdlü X12 və xx.xx.2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ayda 103 manat olmaqla, hər ay 206 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda cavabdehlə birgə nikahdan olan hər iki övladları yetkinlik yaşlarına çatıblar. Qızı X1 Cumhuriyyətində universitetə qəbul olub. X7 isə ikinci Qarabağ müharibəsinin aktiv iştirakçısı olmuş və müharibədə aldığı xəsarətlərə görə birinci qrup əlil olmuşdur. Uşaqlar yetkinlik yaşlarına çatana kimi cavabdeh uşaqlara görə aliment ödəsə də, uşaqların bütün əziyətlərini iddiaçı çəkmişdir. Hal-hazırda isə qızı xarici ölkədə təhsil aldığı üçün və oğlu isə İkinci Qarabağ müharibəsində birinci dərəcə əlillik aldığı üçün maddi olaraq onlara baxmaqda çətinlik çəkir. Artıq himayəsində sağlamlıq imkanları məhdud uşaq olduğu üçün və qızı da xaricdə təhsil aldığı üçün maddi vəziyyəti onlara baxmaqda yetərli deyil. Oğlunun müalicəsinə görə 1 ay üçün ortalama olaraq 600 manat məbləğində iynə və dərmanları üçün xərci çıxır. X2 da xaricdə ali təhsil almasına 400 manat məbləğində xərci çıxır. Ona görə də hal-hazırda maddi vəziyətilə əlaqədar olaraq aliment təyin olunması zərurəti yaranıb. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Oğlunun xəstəliyi ilə əlaqədar olaraq ehtiyaclarını, qızının təhsil xərclərini təkbaşına qarşılaya bilmir. Bu barədə cavabdehə müraciət etsə də, heç bir nəticə əldə olunmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, alimenti hər zaman vaxtında ödəmişdir. Hal-hazırda maddi vəziyyəti aşağıdır. O, yeni nikaha daxil olmuşdur. Həmin nikahdan 2 övladı var. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1984-cü ildə, anadan olmuşdur. Cavabdeh isə xx.xx.1982-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, SKZ, yataqxana-2 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnaməyə əsasən tərəflər arasında nikah xx.xx.2017-ci il tarixində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Zalıyev, arvada isə Zalıyeva soyadı verilmişdir. İş materialları ilə müəyyən edilir ki, ki, X8 xx.xx.2004-cü ildə, X12 isə xx.xx.2000-ci ildə anadan olmuşdur. Hər iki şəxsin atası Cavabdeh, anası isə X3r. Quba Rayon Məhkəməsinin 13 fevral 2014-cü il tarixli, 2(027)-227/2014 nömrəli qətnaməsi ilə cavabdehə qarşı aliment tələbi ilə bağlı iddia ərizəsi təmin olunmuş, xx.xx.2000-ci il təvəllüdlü X12 və xx.xx.2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ayda 103 manat olmaqla, hər ay 206 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən Aynur Zalıyeva “Afyon Kocatepe” universitetinin “X19 İşletmeciliği Proqramı” tələbəsidir. Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, X9 birinci dərəcəli əlillik təyin edilmişdir. “Absheron City-2014 MTK”-nın xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı Abşeron rayonu, Masazır Novxanı şossesində yerləşən "xxxx" MTK yaşayış kompleksində 3-cü blokun 4-cü mərtəbəsində, 19 saylı mənzildə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar (80.1.). Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir (80.2.). Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (81.1.). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (81.2.). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (81.3.). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları birbirindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, valideynlər yetkinlik yaşına çatmış, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan uşaqlarını saxlamağa borcludurlar. Eyni zamanda onlar yetkinlik yaşına çatmış, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan uşaqlarına göstərilən kənar xidmətlərin haqqının ödənilməsinə cəlb edilə bilərlər. Belə kənar xidmətlərə isə maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər nəzərdə tutulur. İddiaçı cavabdehin X5 təhsil xərclərinin ödənilməsinə cəlb edilməsini xahiş edir ki, yuxarıda qeyd edilən qərardan da göründüyü kimi valideynlərin cəlb edilməli olduğu yetkinlik yaşına çatmış uşaqlara göstərilən kənar xidmətlər sırasında təhsil xərcləri nəzərdə tutulmamışdır. X9 gəldikdə isə qeyd edilməlidir ki, o, birinci qrup əlil olmaqla kənar şəxslərin köməyinə ehtiyacı vardır. Lakin, yuxarıda qeyd edilən qərardan göründüyü kimi yetkinlik yaşına çatmış övlad fəaliyyət qabiliyyətsiz deyilsə, bu barədə iddianı özü qaldırmalıdır. X12 fəaliyyət qabiliyyətsiz şəxs olmadığı üçün həmin iddia onun özü tərəfindən qaldırıla bilərdi. Yəni, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İdrisova (Zalıyeva) Xəyalə Əmrulla qızının Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 1-ci qrup əlilliyi olan X12 üçün 300 manat məbləğində, X2 təhsil xərclərinin ödənilməsi üçün isə 200 manat olmaqla, cəmi 500 manat məbləğində alimentin tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3678/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3678/2022
24.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver