Məhkəmə qərarları › İş №2(060)-3683/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3683/2021

15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3683/2021 15.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «sabit məbləğdə alimentin tutulması tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 19.03.2018-ci il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və qanunamüvafiq prosessual hərəkətlər etdikdən sonra məhkəmə hazırlıq iclasını 15 aprel 2021-ci il tarixə təyin etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, iddia ərizəsi və təqdim etdiyi sənədləri vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «sabit məbləğdə alimentin tutulması tələbinə» dair iddia ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar