Məhkəmə qərarları › İş №2(060)-3721/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3721/2022

30.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3721/2022 30.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Əlövsətöviçin Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əlövsətöviç (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 3u il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat təyin olunmuş sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq hər ay ondan qazancının cəmi 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2010-cu ildə nikaha daxil olmuşdur. Rəsmi nikahlarından 01 may 2011-ci il təvəllüdlü X10 və 26 iyun 2014-cü il təvəllüdlü X9 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli, 2(060)-895/2019 saylı qətnaməsi ilə xx.xx.2010-cu ildə qeydə alınmış nikahları pozulmuş, rəsmi nikahlarından anadan olmuş 01 may 2011-ci il təvəllüdlü X6 və 26 iyun 2014-cü il təvəllüdlü X3 nikah pozulduqdan sonra anasının yanında saxlanması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 154 manat, cəmi 308 sabit pul məbləğində alimentin iddiaçıdan tutulması qət edilmişdir. İddiaçı 16 yanvar 2021-ci ildə X7 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından 04 dekabr 2021-ci il təvəllüdlü X5 anadan olmuşdur. Mediasiya prosesi zamanı barışıq əldə edilməmişdir. İddiaçı X1 fəhlə peşəsində işləyir. Aylıq vəzifə maaşı xx.xx.2022-ci ilə qədər 250 manat, xx.xx.2022- ci ildən isə 300 manat təşkil edir. Bunu xx.xx.2022-ci il tarixli, 28 №-li arayış təsdiq edir. Onun digər bir yerdən qazancı yoxdur. O, ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan 1 azyaşlı övladı vardır. İddiaçı məhkəmə iclasında iddia ərizsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, iddiaçının H.Z.Tağıyev qəsəbəsində şüşə-taxta sexi var. Cavabdeh tərəfindən təqdim edilən diskdə işçilər tərəfindən bu fakt təsdiq edilir. İddiaçının hal-hazırda 2000 manatdan çox aliment borcu var. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1977-ci ildə Rusiya Federasiyası, Çelyabinsk şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ, yat-2 ünvanında qeydiyyatdadır. ünvan 3u il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, birgə nikahdan olan 01 may 2011-ci il təvəllüdlü X6 və 26 iyun 2014-cü il təvəllüdlü X3 cavabdehin yanında saxlanmaları və onların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutulması qət edilmişdir. Sumqayıt şəhəri X2 tərəfindən xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, iddiaçı X1 fəhlə peşəsində işləyir. Aylıq vəzifə maaşı xx.xx.2022-ci ilə qədər 250 manat, xx.xx.2022-ci ildən isə 300 manat təşkil edir. Doğum haqqında şəhadətnaməyə əsasən X9 26 iyun 2014-cü ildə anadan olmuşdur. Onun atası İddiaçı, anası isə Cavabdehdır. Doğum haqqında akt qeydinindən çıxarışa əsasən X10 xx.xx.2011-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Onun atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, iddiaçı X8 ilə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2021-ci ildə anadan olmuşdur. Uşağın atası iddiaçı, anası isə X4r. İş materiallarına disk yazısı əlavə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Hazırkı iddiada iddiaçı ondan cavabdehin xeyrinə tutulan alimentin məbləğinin azaldılmasını xahiş edir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. İdidaçı ondan cavabdehin xeyrinə tutulan alimentin məbləğinin azaldılmasını xahiş etsə də, ondan alimentin tutulması barədə qətnamə qəbul edildikdən sonra maddi vəziyyətində hər hansı dəyişikliyin olması (maddi vəziyyətinin pisləşməsi) barədə sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsində yeni nikaha daxil olduğunu və həmin nikahdan bir uşağı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının yeni nikaha daxil olması onun birinci nikahdan olan uşaqlarının hüquqlarının məhdudlaşmasına əsas verə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Qeyd edilənlərə əsasən iddia əsaslı olmadığı üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əlövsətöviçin Cavabdeh qarşı ünvan 3u il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat təyin olunmuş sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq hər ay ondan qazancının cəmi 1/3 hissəsi miqdarında alimentin tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar