Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3735/2024 26.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «aliment tələbi»nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «atalığın müəyyən edilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «aliment tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər uzun müddət bir-birini tanımışlar. Tanışlıqları nəticəsində onların bir-birlərinə xoş hissləri yaranmışdır. Cavabdeh iddiaçıya onunla evlənmək istədiyini bildirmişdir. Baxmayaraq ki, iddiaçı bir dəfə evli olmuş, lakin övladı yox idi. Cavabdeh özünü son dərəcə müasir və tolerant biri kimi təqdim edir və iddiaçıda onunla evlənəcəyinə əminlik formalaşdırmışdır. Birgə münasibətin nəticəsində iddiaçı hamilə qalmışdır. Cavabdeh iddiaçının uşağı dünyaya gətirməyinə etirazının olmadığını bildirdi. Onsuzda evlənəcəyini bildirdiyi üçün uşağı dünyaya gətirdi. Cavabdeh iddiaçını hətta doğum evindən özü çıxartdı və doğuşla əlaqədar xərcləri özü çəkmişdir. Tərəflərin qeyri-rəsmi münasibətindən xx.xx.2022-ci il tarixdə X4 adlı uşaqları dünyaya gəlmişdir. Uşaq hal-hazırda iddiaçının himayəsindədir. Bir müddət sonra iddiaçı cavabdehin ona qarşı soyuqluq nümayiş etdirdiyini gördü və bir müddətdən sonra ümumiyyətlə evlənmək istəmədiyini bildi. Cavabdehin özü təşəbbüs göstərərək iddiaçıya 2023-cü ilin avqust ayında vəkili vasitəsilə məlumat göndərərək, ondan bank hesabı açmağını xahiş etmişdir və ora aliment olaraq ayda 220-230 manat məbləğində pul göndərəcəyini bildirmişdir. Lakin noyabr ayında cavabdehin nişanlandığını və evlənmək istədiyini eşitdi. Sonradan cavabdeh iddiaçıya aliment ödənilməsini dayandırdı və ümumiyyətlə uşağın ondan olmaması barədə absurd fikirlər söyləməyə başladı. İddiaçı isə dövlətin qanunlarına söykəndi. Cavabdeh iddiaçıya müxtəlif hüquq-mühafizə orqanları vasitəsilə təzyiqlər etdirməyə çalışdı və barəsində əsassız, insanlığa sığmayan, kişi ləyaqətinə yaraşmayan tərzdə şikayətlər etməyə başladı. Lakin iddiaçı bütün qurumlara getdi, izahatlarını verdi və hər birindən də üzü ağ çıxdı. Cavabdeh nə qədər çalışsa da, şər-böhtan sözlər söyləsə də, xx.xx.2022-ci il təvəllüdlü X4 cavabdehin qızıdır. Göstərilənlərə əsasən Cavabdeh hər ay övladının saxlanılması üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və 100 (bir yüz) manat məbləğində əlavə xərclərin uşağın 3 yaşına qədər alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı “atalığın müəyyən edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il təvəllüdlü X4 iddiaçının övladı deyildir. İddiaçı buna şübhə edir. İş üzrə ekspertiza keçirilərək, uşağın atasının iddiaçı olmadığı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 atası olmadığının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili sonuncu iclasla bağlı məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə işə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, atalığın müəyyən edilməsi ilə bağlı keçirilmiş ekspert rəyi ilə razıdır. Lakin ilkin iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05 may 2022-ci il tarixində verilmiş AZ-İV № 737713 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 20 aprel 2022-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-00780 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin iddia üzrə iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-00745 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
13. İş materiallarında olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1” X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 437/2024-MTBŞ saylı ekspert rəyindən görünür ki, tədqiq olunmuş göstərilən sistemlərin qrup faktorlarına görə alınmış göstəricilərə əsasən anası İddiaçı olan X4 adlı uşaq barəsində Cavabdeh atalıq faktı inkar olunmur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin faktiki nikahlarından 20 aprel 2022-ci il tarixdə bir övladları dünyaya gəlmiş, hazırda onlar birgə yaşamırlar, ər-arvad münasibətləri kəsilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı uşağın saxlanılması üçün aliment ödənilməsini tələb edir, qarşılıqlı iddia üzrə iddiaçı isə uşağın atası olmadığının müəyyən edilməsini məhkəmədən tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
19. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, ilkin iddia üzrə cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir.
20. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
22. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
23. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
24. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
25. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
27. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.
28. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
29. Məhkəmə ilkin iddia tələbinin “100 (bir yüz) manat məbləğində əlavə xərclərin uşağın 3 yaşına qədər alınıb iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir.
30. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.
31. Yuxarıda qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.
32. Bundan əlavə, yuxarıda qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.
33. İşdən isə göründüyü kimi ilkin iddia üzrə iddiaçı (hətta tərəflər arasında nikah pozulmuş olsaydı belə) ilkin iddia üzrə cavabdehin zəruri vəsaitə malik olması barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir.
34. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir.
35. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, atalığı mübahisələndirilən X4 xx.xx.2022-ci il tarixdə anadan olmuş, tərəflər faktiki nikah münasibətlərində olmuşdur. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı uşağın atası olması ilə bağlı şübhələri yarandığını göstərərək atalığı mübahisələndirmişdir.
37. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
38. 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.
39. 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.
40. 47.1-ci maddəsinə əsasən Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
41. İşin obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərardadı ilə məhkəmə tibbi-bioloji ekspertizanın keçirilməsi qərara alınmışdır.
42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5nin xx.xx.2024-cü il tarixli, 437/2024-MTBŞ saylı rəyin məzmunundan görünür ki, anası İddiaçı olan X4 adlı uşaq barəsində Cavabdeh atalıq faktı inkar olunmur.
43. Məhkəmə işin şərh olunan hallarına məcmu şəkildə qiymət verərək, ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək (formal həqiqət), həmçinin məhkəmətibbi-bioloji ekspertizanın rəyini nəzərə alaraq bu nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 atası olduğundan qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
44. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 08 may 2024-cü il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə İddiaçı verilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 08 may 2024-cü il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə İddiaçı verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia tələbi üzrə qətnamə dərhal icra edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva