Məhkəmə qərarları › İş №2(060)-384/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-384/2021

30.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-384/2021 30.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğvi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra - iddiaçılar) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 10-a dair iddiaçılarla cavabdeh arasında xx.xx.2017-ci ildə, Sumqayıt şəhər 1 saylı X1 bağlanmış və 3m-236 nömrəli reyestrlə qeydə alınmış miras payın bağışlanmasına dair müqavilənin ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçıların nümayəndəsinin xx.xx.2021-ci il tarixdə iddia tələbindən imtina barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədə göstərilmişdir ki, tərəflər arasında yaranmış mübahisə qarşılıqlı razılaşma əsasında həll edilmişdir. Bu səbəbdən iddiaçı iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir (261.0.4.). Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və qeyrilərinin iddiadan imtinaları qəbul edilsin. İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğvi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar