Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3861/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2004-cü ildə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Bu izdivacdan xx.xx.2004-cü il, xx.xx.2006-cı il, xx.xx.2007-ci il və xx.xx.2008-ci il təvəllüdlü Ləman, Növrəstə, Şəhla və Əli adlı dörd övladı doğulmuşdur. Cavabdehlə 12 ildən artıqdır ki, ayrı yaşayırlar. Uzun müddət bir yerdə yaşamışlar, sonradan o ağır xəstəliyə tutulmuş və cavabdeh uşaqları da özü ilə apararaq onu tərk etmişdir. O, uşaqları gedib götürmüş və 2015-ci ildə X8 ilə ailə həyatı qurmuş və uşaqlara birlikdə baxmağa başlamışlar. O, hal-hazırda səhhətinə görə işləyə bilmir. Maddi imkanı aşağıdır. Cavabdeh uşaqların saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik etmir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, o, cavabdehlə qeyir-rəsmi nikahda olmuşdur. Onların həmin nikahdan 4 övladı olmuşdur. Onların qeyri-rəsmi nikah dövründə ayrı yaşamaqlarına səbəb İddiaçı işləməməsi, alənin qayğısına qalmaması olmuşdur. Uşaqlar baxımsız qaldığına görə o, ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək qeyri-rəsmi nikahdan anadan olmuş X5 və X2 X14 yerləşdirilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Onun ərizəsi təmin edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında X7 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın xx.xx.2014-cü il tarixli, 34 saylı qərarı ilə hər iki uşağın X14 yerləşdirilməsi qərarı qəbul edilsə də, iddiaçı uşaqları özü saxlayacağını deyərək azyaşlıların Dövlət müəssisəsində yerləşməsinə imkan verməmişdir. Uşaqlar iddiaçının yanında qalsalar da təhsildən kənarda qalmış, oğlu - xx.xx.2009-cu il təvəllüdlü X15 azyaşlı olmasına baxmayaraq ayrı-ayrı adamların həyətində günəmuzd əmək haqqı müqabilində işləyir. Həmçinin oğlu Əli “Şəkərli diabet” xəstəliyindən əziyyət çəkir. O, Giləzi Quşçuluq fabrikində işləyir, aylıq əmək haqqı 370 manat təşkil edir. Böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul etdiyini, cavabdehin əmək haqqının 1/3 hissədə alimentin tutulmasına etiraz etmədiyini bildirdi. O, eyni zamanda qeyd etdi ki, cavabdeh böyrək xəstəsidir. Cavabdeh müaliəsi üçün bankdan kredit götürmüşdür. Cavabdeh 410 manat əmək haqqı alır. O, əlavə olaraq qeyd etdi ki, uşaqlar iddiaçının yanındadırlar və cavabdeh onların orada qalması ilə razılaşır. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 arasında xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 375 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Xanquliyeva soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X10 xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il X16 adlı övladları vardır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh "xxxx" MMC-də işləyir (ixtisassız fəhlə/kənd təsərrüfatı), aylıq əmək haqqı 410 manat təşkil edir. - "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən işləyir, hal-hazırda fəhlə vəzifəsini tutur. Əmək haqqı 410 manat məbləğində təşkil edir. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsində və Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində nikah akt qeydiyyatı tapılmamışdır. Yoxlama xx.xx.2013-xx.xx.2014-cü illər üzrə aparılmışdır. - "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, borcluya 36 ay müddətinə, illik 26.5% olmaqla 35000 manat kredit verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 2004-cü ildə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan dörd uşaqları vardır. xx.xx.2004-cü il təvəllüdlü X10 artıq yetkinlik yaşına çatmışdır. Tərəflər uzun müddətdir ki, ayrı yaşayırlar. Cavabdeh hazırda X8 ilə nikahdadır. Cavabdeh işləyir və aylıq əmək haqqısı 410 manatdır. Cavabdeh böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Uşaqlar iddiaçının yanındadırlar. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, iddiaçının işləməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 3600 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 56 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3861/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3861/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver