Məhkəmə qərarları › İş №2(060)-395/2020

Sumqayıt Şəhər Məhkəməsi Əlavə qətnamə — İş №2(060)-395/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-395/2020 08.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh, X5 və X6 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddiası və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh İddiaçı İKB ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-395/2020 saylı qətnaməsinə və mülki iş materiallarına məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı İKB ASC cavabdehlər Cavabdeh, X5 və X6 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və X1 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 2014-ci il 02 may tarixli kredit müqaviləsi üzrə banka 57.680,01 ABŞ dollarıəsas, 46.440,3 ABŞ dollarıfaiz, 3889,67 ABS dollarıcərimə borcu olmaqla ümumilikdə 108.009,98 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın CavabdehMustafa oğluna məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 3 otaqlı, 65.63kv.m ümumi, 39.6kv.m yaşayış, 26.03 kv.m yardımçı sahədən ibarət 53 nömrəli evin 26 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsaiti hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, tutmanın X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085 ünvanında yerləşən, 3 otaqlı, 54.66kv.m ümumi, 37.66kv.m yaşayış, 17kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 44 nömrəli mənzilinəyönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçıİ KB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədəümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 53 nömrəli evin 26 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh vəX3 Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 53 nömrəli evin 26 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi,Cavabdeh vəX9nın həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, X5 məxsus Bakışəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085 ünvanında yerləşən4 nömrəli evin 44 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X4 və digər şəxslərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X4 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC iləCavabdeh arasında bağlanmış xx xxx 2014-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 cavabdeh İddiaçı İKB ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsinixahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-395/2020 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh, X5 və X6 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddiası qismən təmin edilsin, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2014-ci il tarixli kredit müqaviləsi ləğv edilsin, Cavabdeh və X1 müştərək qaydada xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 57.680,01 ABŞ dolları əsas, 36.058,76 ABŞ dolları faiz və 1.000 ABS dolları cərimə borcu olmaqla ümumilikdə 94.738,77 (doxsan dörd min yeddi yüz otuz səkkiz ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) məbləğində borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 53 (əlli üç) manat İddiaçı İKB ASC-nin xeyrinə tutulsun, tələb Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 3 otaqlı, 65.63 kv.m ümumi, 39.6kv.m yaşayış, 26.03kv.m yardımçı sahədən ibarət 53 nömrəli evin 26 nömrəli mənzilinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 45.000 (qırx beş min) manat müəyyən edilsin, həmin mənzil açıq hərracdan satılsın, hərracüzrə xərclərsatışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlakdan əldə edilmiş vəsait hesabına ödənilsin. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın, tələb X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085 ünvanında yerləşən, 3 otaqlı, 54.66 kv.m ümumi, 37.66 kv.m yaşayış, 17 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilsin, həmin mənzil açıq hərracdan satılsın, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlakdan əldə edilmiş vəsait hesabına ödənilsin. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ X5 qaytarılsın, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh və X1 müştərək qaydada tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilsin, İpoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 53 nömrəli evin 26 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və X9 həmin mənzildən çıxarılmaqla mənzil boşaldılsın, ipoteka predmeti olan X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085 ünvanında yerləşən 4 nömrəli evin 44 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X8 həmin mənzildən çıxarılmaqla mənzil boşaldılsın, ilkin iddia qalan hissədə təmin edilməsin, qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh İddiaçıİKB ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin qət edilmişdir. Məhkəmə, mülki işin materiallarını və məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-395/2020 saylı qətnaməsini araşdıraraq hesab edir ki, iş üzrə qətnamə çıxarılarkən məhkəmə xərclərini təşkil edən ekspertiza tətqiqatlarının dəyərinin ödənilməsi barədə məsələ hakim tərəfindən həll edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materiallarından görünür ki, iş üzrə məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(060)-9482/2019 saylı qərardadları ilə məhkəmə-mühasibatlıq, məhkəməəmtəəşünaslıq ekspertizaları və xx xxxxxx 2020-ci il tarixli 2(060)-395/2020 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli 976 saylı və 3437 saylı xx xxxx 2020-ci il tarixli rəylər verilmiş, aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 145 manat, məhkəmə-xəttşünaslıq ekspertiza tədqiqatının dəyəri 153 manat, Premium Legal Services MMC tərəfindən təqdim edilmiş ipoteka predmetləri olan əmlakların qiymətləndirilməsi ilə bağlı hesab-fakturadan görünür ki, xidmət haqqı hər bir ipoteka predmetinə münasibətdə 300 manat, cəmi 600 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-395/2020 saylı qətnaməsindən görünür ki, ekspertiza xərclərinin işdə iştirak edən şəxslərdən tutulması ilə bağlı məsələ hakim tərəfindən həll edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 229.1.3-cü maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə çıxara bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-395/2020 saylı qətnaməsinə əlavə qətnamə çıxarılmalı və mülki iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinin işdə iştirak edən şəxslərdən tutulması ilə bağlı məsələyə qiymət verilməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edildiyindən məhkəmə xərclərini təşkil edən məhkəmə ekspertiza tədqiqatlarının dəyərinin əvəzi olaraq 127 manat cavabdehlər Cavabdeh və X1, 18 manat İddiaçı İKB ASC tutularaq Dövlət Xəzinadarlıq Agentliyinə, 261 manat Cavabdeh, 261 manat X1 və 78 (39+39) manat İddiaçı İKB ASCdən tutularaq Premium Legal Services MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası qarşılıqlı iddia üzrə təyin edildiyindən və qarşılıqlı iddia rədd edildiyindən ekspertiza tədqiqatının dəyərini təşkil edən 153 manat qarşılıqlı iddia üzrə iddiaçı X2 alınaraq Dövlət Xəzinadarlıq Agentliyinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 229-cu madddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Mülki iş üzrə aparılmış məhkəmə–mühasibatlıq ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 127 (bir yüz iyirmi yeddi) manat cavabdehlər Cavabdeh və X1, 18 (on səkkiz) manat İddiaçı İKB ASC-dən, məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 153 (bir yüz əlli üç) manat qarşılıqlı iddia üzrə iddiaçı X2 alınaraq Dövlət Xəzinadarlıq Agentliyinə (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məzkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 261 (iki yüz altmış bir) manat Cavabdeh, 261 (iki yüz altmış bir) manat X1 və 78 (yetmiş səkkiz) manat İddiaçı İKB ASC-dən tutularaq Premium Legal Services MMCnin (Müştəri hesabı: AZ65UBAZ**********0060AZN001) xeyrinə ödənilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar