Məhkəmə qərarları › İş №2(060)-3978/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3978/2021

16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3978/2021 16.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş uşaqlarının, yəni 13 mart 2008-ci ildə doğulmuş X5 oğlu və 02 noyabr 2013-cü ildə doğulmuş X6 oğlunun 18 yaşına çatana kimi saxlanması üçün 09 avqust 1979-cu ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir кi, o, Cavabdeh ilə 14 aprel 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirərək evlənməklə birgə yaşamışlar. Bu nikahdan iki övladları yəni, 13 mart 2008-ci ildə doğulmuş X5 oğlu və 02 noyabr 2013-cü ildə doğulmuş X6 oğlu var. Cavabdeh ilə aralarında şiddətli keçimsizlik var. Ona xəyanət edir. Xəyanət etməməsi üçün dəfələrlə mübahisələri olub. Buna baxmayaraq cavabdeh pis hərəkətlərindən əl çəkmir. Cavabdeh ilə bir neçə aydır ayrılıb ayrı yaşayırlar. Cavabdeh hazırda yüksək gəlirli işdə işləyir. Uşaqlar onun himayəsindədir. Azyaşlı uşaqlarla birlikdə yaşamaq, onların ehtiyaclarını qarşılamaq gündən-günə çətinləşir. Alimentə ehtiyacları vardır. Ona görə də, borcludan məhkəmə qaydasında uşağın 18 yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat məbləğində alimentin müəyyən edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə nikahlarından doğulmuş uşaqlarının, yəni 13 mart 2008-ci ildə doğulmuş X5 oğlu və 02 noyabr 2013-cü ildə doğulmuş X6 oğlunun 18 yaşına çatana kimi saxlanması üçün 09 avqust 1979-cu ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda məhkəməyə teleqram vuraraq ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək göstərdi ki, cavabdeh 14.04.2007-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahlarından iki övladları var. Sonradan münasibətləri normal olmadığı üçün ayrılmışlar. Hazırda cavabdeh tələb olunan məbləğdə aliment ödəməyə razı deyildir. Belə ki, o, ikinci qrup əlildir. Aldığı pensiya ilə dolanır. Lakin buna baxmayaraq, cavabdeh hər ay hər uşağa 130 manat aliment ödəyə biləcəyini qeyd edərək, qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir кi, iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan, AZ-İ № 306133 saylı, 14.04.2007-ci il tarixli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah Bakı şəhəri, Səadət sarayında 14 aprel 2007-ci il tarixdə bağlanmış və 749 nömrə ilə qeyd olunmaqla sonuncuya “İbrahimova” soyadı verilmişdir. İş materiallarında olan, AZ-İİ № 078107 saylı 29.03.2008-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 oğlu 13.03.2008-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 1144 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İİİ № 215571 saylı 08.11.2013-cü il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 oğlu 02.11.2013-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 948 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 2-ci qrup əlilliyə görə 664,51 manat pensiya alır. İş materiallarında olan Şəxsiyyət Vəsiqəsinin məlumatlarının surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Dadaş Dadaşov küçəsi, 47A-da yaşayır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. "Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları va maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasında 2021-ci il üçün “X2” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırki halda 13 mart 2008-ci il təvəllüdlü X5 oğlu və 02.11.2013-cü il təvəllüdlü X6 oğlunun yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqların doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 12.04.2021-ci il tarixdə daxil olmuşdur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Beləliklə, məhkəmə hesab edir кi, iddia tələbi təmin edilməli, məhkəmə Cavabdeh 12.04.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat olmaqla sabit pul məbləğində alimentin alınıb 13 mart 2008-ci il təvəllüdlü X5 oğlu və 02.11.2013-cü il təvəllüdlü X6 oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məçəlləsinin 75, 78-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 12.04.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat olmaqla sabit pul məbləğində alimentin alınıb 13 mart 2008-ci il təvəllüdlü X5 oğlu və 02.11.2013-cü il təvəllüdlü X6 oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar