Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4012/2024 23.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi və alimentdən azad olma tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2521/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən azad olunması, xx.xx.2023-cü ildən başlayaraq yaranmış aliment borclarının silinməsi və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən xx.xx.2023-cü ildən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi, mediasıya üçün ödənilmiş 60 manat rüsumun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2521/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən azad olunması, xx.xx.2023-cü ildən başlayaraq yaranmış aliment borclarının silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cü ildə Cavabdeh ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Onların xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı iki övladı vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-195/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X5 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2010-cü il tarixdə bağlanmış 1134 saylı nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək anaları X3 yanında qalması, İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir.Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2521/2020 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılmış və xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir.Sumqayıt şəhər məhkəməsinin 2(060)- 154/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək iddiaçının qalması qət edilmişdir. İddiaçı bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-195/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşaqların hər ikisinin anasının yanında qalması müəyyən olunsa da, xx.xx.2011-ci il təvəllüdlü X8 xx.xx.2023-cü ildən iddiaçının himayəsindədir və onunla birlikdə yaşayır. İddiaçı hər iki uşağın alimentini vaxtı-vaxtında və tam olaraq ödəmişdir. Lakin xx.xx.2012-ci il təvəllüdlü X7 alimentini isə xx.xx.2023-cü ildən ödəmir. Çünki uşaq özünün yanında olduğundan iddiaçı alimenti ödəməmişdir. Hazırda həmin vaxtdan xx.xx.2011-ci il təvəllüdlü X2 üçün müəyyən məbləğdə aliment borcu yaranmışdır. O hesab edir ki, həmin borclar silinməli və iddiaçı həmin uşağa münasibətdə aliment borcundan azad olunmalıdır. xx.xx.2011-ci il təvəllüdlü X8 iddiaçının himayəsində olduğundan onun saxlanması üçün cavabdehdən xx.xx.2023-cü ildən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət edir.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddia tələbinin təmin olunmasına etirazı olmadığını qeyd etdi. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: MŞS/MT030/2024/01005 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı İMS-də iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2521/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 195/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılmış və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-154/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər İddiaçı yanında qalması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-195/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılmış və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-154/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər İddiaçı yanında qalması qət edilmişdir və xx.xx.2011-ci il təvəllüdlü X8 xx.xx.2023-cü ildən iddiaçının himayəsindədir və onunla birlikdə yaşayır. İddiaçı hər iki uşağın alimentini vaxtıvaxtında və tam olaraq ödəmişdir. Lakin xx.xx.2012-ci il təvəllüdlü X7 alimentini isə xx.xx.2023-cü ildən ödəmir. Alimenti ödəməməsinə səbəb X7 həmin tarixdən onun yanında yaşamasıdır. İddiaçı qeyd edilənlərə görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddia tələbini tam qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76- cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2521/2020 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən azad olunmalı, xx.xx.2023-cü ildən başlayaraq yaranmış aliment borcları silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 2521/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən azad olunsun və həmin qətnamə üzrə xx.xx.2023-cü ildən başlayaraq yaranmış aliment borcları silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4012/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4012/2024
23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver