Məhkəmə qərarları › İş №2(060)-4070/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4070/2021

16.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4070/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı Kreditor Kreditor MMC-nin Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini nəzərdə keçirib müəyyən etdi: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək Borclu xx.xx.2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə əsas məbləğ 2161.92 manat, 216.19 manat cərimə və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor MMC ərizəsini verərkən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin əmr icraatını tənzimləyən 23-cü fəslinin 276.1ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina edir. Göründüyü kimi Kreditor MMC kredit təşkilatı olduğuna görə hazırki iş üzrə ərizəyə əmr icraatı qaydasında baxıla bilməz. Belə ki, Kreditor MMC-nin borclu arasında bağlanmış müqavilənin müddətinin xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq kreditor əsas borcu tam və ona hesablanmış 216.19 manat məbləğində cəriməni tələb edir. Bundan başqa ərizəyə əlavə edilmiş “satılmış əşyanın təhvil verilməsi haqqında” aktda, aktın nömrəsi, tarixi qeyd edilməmiş, aktın son vərəqi isə alıcı və icraçı tərəfindən imzalanmamışdır. Bu isə gələcəkdə mübahisə edilə bilən hallara dəlalət edir. Belə olan halda Kreditor MMC-nin borcluya qarşı tələbi borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Kreditor MMC-nin Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə» ərizənin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 276-279-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kreditor Kreditor MMC-nin Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul olunmasından imtina edilsin. Ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Əmr verilməsi haqqında ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən imtina haqqında qərardaddan şikayət verilə bilməz. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar