Məhkəmə qərarları › İş №2(060)-4081/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4081/2023

10.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4081/2023 10.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi-atası Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4748/2020 saylı xx.xx.2020-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş 160 (yüz altmış) manat alimentin dəyişdirilərək, X3 alıb Cavabdeh yönləndirilməsi, Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulub xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 16.07. 2019-ci ildə cavabdeh X11 ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Onların xx.xx.2020-ci il təvəllüdlü X9 adlı bir övladı olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4748/2020 saylı xx.xx.2020-cu il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X4 iddiaçının yanında qalmasının müəyyən olunması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay xx.xx.2020-cu il tarixdən başlayaraq 160 manat aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən hazırda 160 manat aliment qət edilsə də idiaçı aliment ala bilmir. Uşağını tək başına böyütməkdə əziyyət çəkir. Bununla bağlı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə icra idarəsinə dəfələrlə müraciət etsə də borclu aliment ödəməkdən boyun qaçırmışdır. xx.xx.2021-ci il təkrarən müraciət etmiş və axtarış qərarı qəbul edilərək icra olunması üçün polis orqanına göndərilmişdir. DİN Sumqayıt şəhər Polis İdarəsinin 123-47367-1221 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən borclunun xx.xx.2021-ci il tarixli , ********* nömrəli cinayət işi üzrə həbs olunması bildirilmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə tələb icra olunması üçün borclunun cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssəsinə göndərilmişdir.Lakin borclu cəzaçəkmə müəssəsində işlə təmin olunmadığı üçün tutulmaların aparılması mümkün olmamışdır. Və bu səbəbdən məhkəməyə müraciət edərək övladı xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin Cavabdeh yönləndirilib və tutulub verilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-atası Nümayəndə iddia tələbini müdafiə etdi. İddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, uşağın atası X11 cəzaçəkmə müəssisəsindədir, cəzasını çəkib çıxandan sonra qətnamə ilə müəyyən olunmuş 160 manat alimenti ödəyər. Heç yerdə işləmir, pensiya almır, maddi imkanı yoxdur. Ürək xəstəliyi vardır, xəstəliyi ilə əlaqədar əməliyyat olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan : - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4748/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X11 ilə Əliyeva (Məmmədova) Lalə Əmrah qızı arasında xx.xx.2019-cu il tarixdə Sumqayıt “Asan Xidmət" Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 1965 nömrəli akt qeydli nikahın pozulması, 15 yanvar 2020-ci il təvəllüdlü X9 anası iddiaçı X5 yanında qalması, cavabdeh X3 iddiaçı X5 xeyrinə 15 yanvar 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. - AZ-İV № 457047 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X6 atası X11, anası X7r. - AZ-İ № 373691 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X10 arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. - № MŞS\MT030/2023-00607 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ödəmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 uşağın saxlanması üçün hər ay 160 manat alimentin iddiaçının xeyrinə tutulmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə icra idarəsinə daxil olmuş, müvafiq qaydada icraata başlanılmışdır. Borclu A.Əliyev tərəfindən tələb tam həcmdə təmin olunmadığından borclunun əmlak vəziyyəti “Elektron icra" informasiya sistemindən yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak və pul vəsaiti aşkar edilməsə də, borclunun FHN-nın X1 və X8 Xidmətində xilasedici işləməsi müəyyən edildiyindən tələb xx.xx.2020-ci il tarixdə iş yerinə yönəldilmişdir FHN-nin X1 və X8 Xidmətinin xx.xx.2020-ci il tarixdə daxil olmuş cavab məktubuna əsasən borclu mövsümi işlə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək müqaviləsi bağlandığından əmək haqqından tutulmaların aparılması mümkün olmamışdır. Bundan sonra borclunun icra sənədi üzrə qeyd olunan ünvanına gedilmiş, borclunun həmin ünvanda yaşamaması müəyyən edildiyindən xx.xx.2020-ci il tarixdə barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün müvafiq polis orqanına göndərilmişdir. Borclu xx.xx.2021-ci il tarixdə polis vasitəsi ilə icra idarəsinə təhvil verilmiş, elə həmin tarixdə də barəsində inzibatı protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə verilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu 500 manat məbləğində inzibati cərimə edilmişdir. Borclu yenidən icra sənədi üzrə tələbi yerinə yetirmədiyi üçün borcluya dəfələrlə xəbərdarlıq məktubu ünvanlanmışdır. Lakin borclu öhdəliklərini yerinə yetirmədiyi və yeri məlum olmadığından barəsində 17 11 2021-cı il tarixdə təkrarən axtarış qərarı qəbul edilərək icra olunması üçün polis orqanına göndərilmişdir. DİN Sumqayıt şəhər Polis İdarəsinin 123-47367-1221 saylı, 23 12.2021-ci il tarixli cavab məktubuna əsasən borclunun 01.11 2021-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə həbs olunması bildirilmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə tələb icra olunması üçün borclunun cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Lakin borclu cəzaçəkmə müəssisəsində işlə təmin olunmadığı üçün tutulmaların aparılması mümkün olmamışdır. İcra sənədi üzrə icra tədbirləri davam etdirilir. - Cavabdeh aid epikrizdən görünür ki, CavabdehAzərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X2 ürək cərrahiyyəsi şöbəsində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 16.07. 2019-ci ildə cavabdeh X11 ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Onların xx.xx.2020-ci il təvəllüdlü X9 adlı bir övladı olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4748/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X11 ilə Əliyeva (Məmmədova) Lalə Əmrah qızı arasında xx.xx.2019-cu il tarixdə Sumqayıt “Asan Xidmət" Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 1965 nömrəli akt qeydli nikahın pozulması, 15 yanvar 2020-ci il təvəllüdlü X9 anası iddiaçı X5 yanında qalması, cavabdeh X3 iddiaçı X5 xeyrinə 15 yanvar 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı atasından aliment ala bilmədiyindən alimentin nənədən tutulması tələbi ilə bağlı iddia ilə məhkəməyə müraciət edir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə hesab edir ki, Cavabdeh zəruri vəsaitə malik olduğu sübut olunmadığından iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya verilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar