Məhkəmə qərarları › İş №2(060)-4088/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4088/2025

16.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4088/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən rəsmi nikahlarından anadan olmuş 06 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 50 (əlli) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş hayat yoldaşı olmuşdur. Onların birgə nikahlarından 06 oktyabr 2011-ci il təvəllüdlü X8 və 19 dekabr 2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(060)-2252/2021 sayl qətnaməsi ilə 30 noyabr 2010-cu il tarixdə bağlanmış 934 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, rəsmi nikahdan anadan olmuş 06 oktyabr 2011-ci il təvəllüdlü X8 və 19 dekabr 2014-cü il təvəllüdlü X2 cavabdehin yanında qalması və uşaqların saxlanması üçün hər ay hər uşağa görə 140 (yüz qırx) manat cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 2(105)- 2895/2021 saylı qətnaməsi ilə Cavabdeh qizının apellyasiya şikayəti qismən təmin edilmiş, hər iki uşağın saxlanması üçün ondan hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayarağ ondan tutulması qət edilmişdir, Sumqayıt şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(060)- 2122/2024 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək 06 oktyabr 2011-ci il təvəllüdlü X8 və 19 dekabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanması üçiin har ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(060)-302/2025 saylı qətnamasi ilə 06 oktyabr 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək atası İddiaçı yanında qalması və İddiaçı xx.xx.2024-cü il tarixindən etibarən 06 oktyabr 2011-ci il təvəllüdlü X1 üçün tutulan alimentdən azad edilməsi qət edilmişdir. Hesab edir ki, rəsmi nikahdan anadan olmuş 06 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 50 (əlli) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşaqlardan biri onun, digəri isə cavabdehin yanındadır. Barışıq sazişi bağlamamışlar. Özəl işdə işləyir və əmək haqqı 450 manatdır. Bir uşaq üçün aliment nəzərdə tutulmasına baxmayaraq, iki uşaq üçün ödənişləri etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbinin qəbul etməyərək bildirdi ki, qarşı tərəfdən aliment tələb etmiş, lakin ödənilməmişdir. Qarşı tərəf 220 manat miqdarında aliment ödəməlidir. Ödəmədiyi üçün borcu yığılmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞS/MT030/2025-00683 saylı arayışdan göründüyü kimi, tərəflər prossesin davam etdirilməsinə razılıq verməmişdilər. İddiaçı 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. İş materiallarında olan Sumqayıt Şəhər qeydiyyat şöbəsi tərəfindən 04 sentyabr 2024-cü il tarixdə verilmiş 3-16-5/8-14xx/xx-2024 nömrəli arayışdan görünür ki, X8 06 oktyabr 2011-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 01 noyabr 2011-ci il tarixdə 5303 nömrə ilə qeyd edilmişdir . İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(060)- 2252/2021 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə X7 arasında olan Sumqayıt nikah evində 30 noyabr 2010-cu il tarixdə bağlanmış və 934 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmamış xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları – X3 himayəsində qalmaları, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub X5 verilməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçı X5 ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 2(105)-2895/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh qizının apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(060)-2252/2021 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddianın təmin edilməsi, cavabdeh İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(060)-302/2025 saylı qətnamasindən görünür ki, 06 oktyabr 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək atası İddiaçı yanında qalması və İddiaçı xx.xx.2024-cü il tarixindən etibarən 06 oktyabr 2011-ci il təvəllüdlü X1 üçün tutulan alimentdən azad edilməsi qət edilmişdir. Aliment tələbinin əsası kimi cavabdehin könüllü şəkildə uşağın saxlanması üçün maddi yardım göstərməməsi, uşağın həm sağlamlığının, habelə təhsil, maddi və digər tələbatlarının ödənilməsində köməklik göstərməməsi kimi hallara istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2025-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə alimentin miqdarının müəyyən edilməsi ilə bağlı ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində cavabdehin aylıq qazancının və ya digər gəlirə malik olmamasının müəyyən edilməsi mümkün olmadığından ailə qanunvericiliyinin tələbinə əsasən tərəflərin rəsmi nikahdan olan övladının saxlanması üçün ödənilməli olan alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləği şəklində müəyyən olunmalıdır. Məhkəmə uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli (200:400=0,5) həddində müəyyən edilməlidir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən uşağın təminatının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə almışdır. Cavabdehin himayəsində saxlanılan uşağın saxlanılması üçün iddiaçı alimentin ödənilməsi ilə bağlı öhdəliyin daşıyıcısı olduğu kimi (alimentin məbləği 220 manat), hazırda məhkəmə aktı ilə iddiaçının himayəsində saxlanılan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəmək öhdəliyi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər- arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74= 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin mediasiya xərci ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən mediasiya xərcinin 25 manatı iddiaçıya aid edilməli, 25 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Aliment tələbi barədə ərizə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduğundan, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində (200:400=0,5) aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xərcinin 25 manatı iddiaçıya aid edilsin, 25 manatı isə Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar