Məhkəmə qərarları › İş №2(060)-4091/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4091/2024

22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4091/2024 22.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment və uşağın himayədə saxlanılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə faktiki nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqı və digər gəlirlərindən dörddə bir hissəsi miqdarında alimentin və əlavə xərclər üçün 400 manat məbləğində pulun və mediasiya və məhkəməyə ödənilmiş 100 manat vəsaitin 50 manatının cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 24 iyun 2007-ci il tarixdə Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci ildə təvəllüdlü X4 doğulmuşdur. 24 fevral 2024-cü il tarixində Sumqayıt səhər Qeydiyyat şöbəsinin AZ-İ seriyalı 441893 nömrəli atalığın müəyyən edilməsinə dair şəhadətnamə almışdır. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət normal yaşasalar da, 2023-cü ilin noyabr ayında münasibətləri pozulduğuna görə bir yerdə yaşayıb birgə təsərrüfat aparmağları mümkün olmadığından ayrı yaşayırlar. Belə ki, cavabdehin ailəyə qarşı məsuliyyətsizliyi, evə gec gəlməsi, uşağa və evə baxmaması, hərəkətlərində bəzən qeyri-adiliyin olması, xasiyyətlərinin bir-birinə uyğun gəlməməsi, daima evdə söz-söhbət yaratması artıq dözülməz vəziyyət yaratdığından iddiaçı, cavabdehlə bir təsərrüfatda yaşamağın mümkün olmadğı qənaətinə gələrək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Çünki, artıq onların bir yerdə yaşamaqları ailə faciəsi ilə nəticələnə bilərdi. Artiq aralarında ər-arvad münasibəti qalmamışdı. Odur ki, onlar artıq 2023-cü ilin noyabrından ayrı yaşayırlar. Azyaşlı uşağı da onun himayəsindədir. O, hazırda Qubadlı rayon 4 saylı tam orta məktəbdə uşaq birliyi rəhbəri vəzifəsində işləyir. Aylıq əmək haqqısı 398 manatdır. Uşağın saxlanması üçün çətinlik çəkir. Ailə qanunverciliyinə görə məhkəmə valideyinləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd edir ki, ayrı yaşamağa başladıqdan sonra cavabdeh bir dəfədə olsun övladıyla maraqlanmamış, uşağın saxlanması üçün maddi cəhətdən heç bir yardım göstərməmişdir. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu məsələni qanun çərçivəsində həll etmək və qarşı tərəfin övladlarının saxlanma öhdəliyini məhkəmə qətnaməsi ilə təmin etmək qərarına gəlib. Eyni zamanda, hesab edir ki, nikahları pozulduqdan sonra birgə nikahlarından olan xx.xx.2011-ci ildə təvəllüdlü X4 onun yanında qalmalı və cavabdehdən birgə nikahlarından doğulmuş X2 yetkinlik yaşına çatana kimi cavabdehdən həmin uşağınn saxlanması üçün hər ay əmək haqqından dörddə bir hissəsi qədər məbləğində aliment tutulub ona verilməlidir. Bundan başqa, uşaqları həftədə üç dəfə bel fəqərəsində əyrilik olduğuna görə üzgüçülük növü üzrə idman gedir. Həmçinin hazırlıq kurslarına gedir. Eləcə də uşağın gözündə görmə qabiliyyəti 20 faizdir. Maddi cəhətdən çətinlik çəkdiyinə görə onun gözlərini müalicə etdirə bilmir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edib, ərizəyə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflər 24 iyun 2007-ci il tarixdə faktiki nikaha daxil olmuşlar və həmin nikahdan onların xx.xx.2011-ci il təvəllüdlü X5 adlı bir övladları olmuşdur. İş materiallarında olan AZ-İ № 441893 saylı, xx.xx.2024-cü il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh 26 iyun 2011-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 xx.xx.2024-cü il tarixdə saat 09:30 da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X6 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları va maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2 və 22.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə tərəflər ayrıldıqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qaldığını və həmin Məcəllənin 22.2.2-ci maddəsinə görə, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. İddiaçı uşağın saxlanılması üçün cavabdehdən hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tələb edir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Hazırki halda xx.xx.2011-ci ildə təvəllüdlü X2 qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İddia tələbinin əlavə xərclərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqların doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qeyd edilənləri və uşaqların xəstə olması və daimi müalicəyə ehtiyacı olması barədə iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim olunmadığı üçün məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əlavə yardımla bağlı hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20, 22, 75, 78-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci ildə təvəllüdlü X4 anası- İddiaçı himayəsində saxlanılsın. Cavabdeh xx.xx.2011-ci ildə təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) bir hissəsi miqdarında alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub İddiaçı verilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 25 (iyirmi beş) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar