Məhkəmə qərarları › İş №2(060)-4120/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4120/2024

25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4120/2024 25.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “hamiləlik dövrü və uşağın doğuşu ilə bağlı çəkilmiş xərclərin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 2023-cü ilin may ayından (hamiləlik dövründə) uşaq doğulana qədər onun tərəfindən çəkilmiş 2154 (iki min yüz əlli dörd) manat məbləğində vəsaitin və onun tərəfindən ödənilmiş 42 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022-ci ildə rəsmi nikahla ailə qurmuş və onların birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X2 adında bir övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə boşanmış, uşaq onun himayəsində qalmış və aliment tutulmuşdur. O, cavabdehlə faktiki olara 2023-cü ilin may ayından ayrı yaşamış, bu müddət ərzində müalicələr qəbul etmiş, lakin cavabdeh onun hamiləlik dövründə ona yardım etməmiş, xəstəxana və müalicə xərclərini qarşılamamışdır. O, bir neçə özəl klinikalarda müayinə və müalicə qəbul etmiş və doğuş Sumqayıt Real Tibb Mərkəzində keysəriyyə (əməliyyat) qaydasında icra olunmuşdur. Bütün bunlara onun 2154 (iki min yüz əlli dörd) manat xərci çıxmışdır. Cavabdeh bu xərclərin qarşılanmasında iştirak etmədiyi üçün həmin xərclərin cavabdehdən onun nəfinə tutulmasını istəyir. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 87.0.3-cü və digər maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı Mədən qızının ona qarşı hamiləlik dövrü və uşağın doğuşu ilə bağlı çəkilmiş xərclərin 2154 manatın və 42 manat məhkəmə rüsumunun ondan tutulmasına dair iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, övladı 11 və yaxud 12-ci ayında əməliyyat olunmalıdır. Əməliyyatın xərci 3000 və yaxud 4000 manat təşkil edir. Bu xərc ondan daha çox övladına vacibdir. Ona görə də onun nəzərə alınmasını xahiş etdi. Borcları olduğu üçün yenidən borc pul götürə bilmir. Ona görə də az da olsa dəstək olunmasını xahiş etdi. Bütün xərclər sənədlərdə qeyd olunmuşdur. 100 manat mediasiya və məhkəməyə müraciət etmək üçün ödənilmiş rüsumlardır. 100 manat da hamiləlik üçün olan xərclərdir. Uşağın əməliyyat xərci 3000-4000 manatdır. Tərəf kimi valideyni qeyd etmişdir. Uşağın atası İcra Hakimiyyətində mühafizə polisi işləyir. Aylıq gəlirini isə bilmir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, özü uşağın əmisidir. Nə xərci vardırsa qarşılayacaqdır. İddiaçının tələb etdiyi məbləği ödəməyə gücü çatmır. Özü qazidir. Heç normal şəkildə müalicə almamışdır. Uşağın nə xərci olacaqsa qardaşının övladı, öz balası olduğu üçün qarşılayacaqdır. Cavabdeh iddia tələbini qəbul etmir. Cavabdeh işləyir və 500 manat civarında əmək haqqı alır. 05 iyul 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, iddiaçının qaynıdır. Uşaq da qardaşının balasıdır. Əmi olsa da, uşağın üzünü görməmşdir. İddiaçı məsafə saxlamışdır. İddiaçı çəkilmiş xərclərə görə 3000 manat məbləğində pul istəyir. O, 1500 manat məbləğində pul ödəyər. 2000 manat məbləğində pul istəyirsə, 1000 manat məbləğində pul ödəyər. Çəkilmiş xərclər ilə bağlı ödənişləri o ödəyəcəkdir. Qardaşı da alimenti ödəyir. Onlar da uşağın sağlam böyüməsini istəyir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 622/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 09 avqust 2022-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanmış 139 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2023-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək 100 (bir yüz) manat hamiləlik xərcinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli, AZ-İ seriyalı, 482540 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024-cü ilin 04-cü ayının 06-cı günündə 132 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya şurasında xx.xx.2023-cü il tarixdə təyin olunmuş iclasda iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən uşağın müalicəsi ilə əlaqədar 57, 76, 55, 24, 16.38, 15.05, 6, 12, 68.64, 45.76, 19.89, 1.40, 17.08, 26.45, 50.60, 52.10, 16.20, 87.55, 54.90, 92, 24.30, 10.60, 12, 46, 24, 24, 24, 31, 65, 25, 25, 20, 20, 10, 10, 30, 50, 10, 151.72 manat məbləğlərində ödənişlər olunmuşdur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 30 və 12 manat məbləğlərində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipində qeyd edilir ki, uşaq, şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum 27 yanvar 2015-ci il tarixli qərarına əsasən “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iddia tələbinin hamiləlik və doğum xərclərinin tutulması hissəsinə münasibətdə isə hesab edir ki, ümumillikdə müayinə xərcləri təqdim olunmuş sübutlara özü təsdiqini yəni tələb olunan məbləğdə çəkilmiş 2154 manat öz təsdiqini tapmır. Təqdim olunmuş sübutlara və məhkəmə iclasında tərəflərin bildirdikləri izahatı nəzərə alıb, cavabdehin nümayəndəsinin 1500 manat kömək edəcəyi barədə bildirdiyi izahatı, tərəflərin qarşılıqlı münasibətləri, cavabdehin aliment öhdəliyini yerinə yetirməsinin və uşağın əsaslı mənafeyi baxımından uşağın əməliyyat olunması zərurətindən irəli gələrək məhkəmə hesab edir ki, iddia tələbinin qismən edilərək, 1500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş “X3” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat və 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu kimi ödənilməlidir. Bundan başqa “X3” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Doğum və müayinə xərcləri üçün 1500 (bir min beş yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar