Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4129/2020 20.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentborcundanazadedilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3482/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətə yaranmış aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 2017-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan bir övladları var: xx xxxxxx 2018-ci il təvəllüdlü X9. Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahdan olan xx xxxxxx 2018-ci il təvəllüdlü X4 anasının yanında qalması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3482/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə isə Cavabdeh ona qarşı aliment tələbinə dair iddia tələbi təmin edilmiş, birgə nikahdan olan xx xxxxxx 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq ondan hər ay əmək haqqı və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Onların arasında olan rəsmi nikah pozulsa da, xx.xx.2019-cu ildə faktiki olaraq barışmış, bir ailə kimi bir yerdə yaşayıblar. xx.xx.2020-ci ildə onların münasibətləri yenidən pisləşmiş, həmin vaxtdan da ayrı yaşayırlar. Ona görə də cavabdeh icra şöbəsinə müraciət edərək alimenti tələb etmişdir. Qeyd etdiyi kimi xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi bir ailə kimi bir yerdə yaşayıblar. Bir ailə kimi birgə təsərrüfat idarə ediblər. Həmin müddət ərzində o, ailəsinə maddi cəhətdən köməklik etmiş və ailənin tələbatlarını ödəmişdir. Onlar barışdığı üçün cavabdeh bu günə kimi ondan aliment tələb etməmişdir. Hazırda cavabdehin ondan xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi alimenti tələb etməsi qanunsuzdur. Yuxarıda qeyd etdiklərinə əsdasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı Cavabdeh İddiaçı qarşı atalığın müəyyən edilməsi və alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx xxxx 2020-ci ildə doğulmuş Turan adlı uşağın atası olmasının müəyyən olunması, Əhmədova (Həsənova) İradə Əhməd qızının İddiaçı aliment tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(060)-3482/2019 saylı qətnaməsilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı xx xxxxxx 2018-ci il ildə doğulmuş Tamella və xx xxxx 2020-ci ildə doğulmuş Turan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay əmək haqqı və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsində İ.Əhmədova avqust 2019-cu ildən fevral 2020-ci il tarixə kimi anasının evində birgə yaşadıqlarını bildirmişdir. Cavabdehin belə bir iddia qaldırması da tərəflərin sözügedən dövrdə bir yerdə yaşadıqlarını təsdiq edir. Nümayəndə göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, 2019-cu ilin avqust ayının əvvəlindən 2020-ci ilin yanvar ayının axırına kimi bir yerdə yaşasalar da İddiaçı həmin vaxt ərzində ailəsi üçün heç bir öhdəlik yerinə yetirməmiş, onların maddi və mənəvi tələbatlarını ödəməmişdir. Bu müddətdə iddiaçı dəfələrlə ona müraciət edərək, Sumqayıt şəhər İcra İdarəsinə getməsini və orada ərizə yazaraq alimentdən imtina etməsini bildirsə də, o bunu etməmiş, alimentin qanuni qaydada ödəniləcəyini iddiaçıya bildirmişdir. Eyni zamanda sözügedən müddətdə ailədaxili bütün xərcləri o özü ödəmişdir. Həmin vaxt ərzində iddiaçı ona iki dəfə 200 və 600 manat olmaqla, cəmi 800 manat pul vermişdir. Evin bütün kommunal xərcləri şəxsən onun tərəfindən və ya onun vəsaiti hesabına anası tərəfindən ödənilmişdir. Onların hər ikisi hərbçidir. İddiaçı 1071 manat əmək haqqı alır, hər ay əmək haqqının 1/4 hissəsi miqdarında, təqribən 250 manat aliment ödəməlidir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3842/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş həmin alimentin ödənilməsi ilə bağlı İcra İdarəsinə müraciət etməmişdir. Belə ki, o düşünmüşdür ki, qətnamənin icra edilməsi icra məmurunun vəzifəsidir. İddiaçı hətta aliment borcunun silinməsini tələb etdiyi müddətdə onun anasına məxsus evdə onunla birgə yaşamışdır. Belə ki, iddiaçının Turanbanka borcu olmuşdur. Bununla əlaqədar evini satıb borcunu ödəmişdir. Ona görə də məcbur olub barışdıqları dövrdə anasına məxsus ünvan 1 ünvanında yaşamışlar. Əlavə olaraq onu da qeyd etdi ki, birgə yaşadıqları həmin vaxtda onların ikinci övladı dünyaya gəlmiş, lakin iddiaçı həmin uşaqla bağlı atalığını etiraf etməmişdir. Bu səbəbdən o məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göründüyü kimi, iddiaçı bir ata və ailə başçısı kimi heç bir məsələdə öz məsuliyyətini dərk etməmiş, hər hansı bir əsas olmadan üzərinə düşən öhdəlikləri yetrinə yetrirməkdən imtina etmişdir. Bunları nəzərə alaraq cavabdeh iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3482/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçı X10 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yaşayan X3, həmin evin 47 saylı mənzilində yaşayan X11, həmin evin 52 saylı mənzilində yaşayan X2 Vüqar Abdulla oğlunun xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək ünvan 1 ünvanında yaşadığını imzaları ilə təsdiq etmişlər. İşdə olan qəbzlərin surətlərindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 23/136, 46 saylı mənzildə istifadə olunan müxtəlif kommunal xidmətlərə görə ödənişlər Tamella Əhmədova tərəfindən ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 107.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İddiaçı ərizəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək cavabdehlə bir yerdə yaşadığına istinad edərək aliment borcundan azad edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Ailə Məcəlləsinin 107.2-ci maddəsinin dispozitiv şərtləri müəyyən edilmir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, ailə qanunvericiliyində tərəflərin birgə yaşaması aliment tutulan tərəfi aliment öhdəliyindən azad edilməsi əsaslarından biri kimi nəzərdə tutulmamışdır. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hal, yəni tərəflərin bir müddət bir yerdə yaşaması onu uşağını saxlamaq və uşağın saxlanılması üçün aliment ödəmək vəzifəsindən azad etmir. Əks yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və Ailə Məcəlləsinin 75-ci maddəsinin tələblərinə ziddir. Çünki həmin normaların tələblərinə görə uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynin şərtsiz və mübahisəsiz vəzifəsidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, hazırki halda iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək cavabdehlə bir yerdə yaşadıqları dövrdə xx xxxxxx 2018-ci il təvəllüdlü X1 iştirak etdiyini, uşağın zəruri ehtiyaclarının onun tərəfindən ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçı isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız həmin müddətdə cavabdehlə birlikdə yaşadığına istinad etmişdir. Halbuki, iş materiallarında olan İddiaçı tərəfindən Sumqayıt şəhər məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3482/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə heç bir etirazının olmadığını bildirmiş, həmin qətnamənin tez bir zamanda icraya yönəldilməsini xahiş etmişdir. X12 Məhkəməsinə daxil olmuş ərizəsi ilə əlaqədar ona xx.xx.2019-cu il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi icrа еdilməsi üçünxx xxxxx 2019-cu ildə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Tərəfindən verilmiş apellyasiya şikayəti əsasında 2(060)- 3482/2019 saylı mülki iş apelyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və Sumqаyıt Şəhər Məhkəməsinin 2(060)-3482/2019 sаylı, xx xxxxx 2019-cu il tаriхli qətnаməsi Sumqаyıt Аpеllyаsiyа Məhkəməsinin Mülki Kоllеgiyаsının 2(105)-2940/2019 sаylı, xx xxxxxx 2019-cu il tаriхli qətnаməsi ilə dəyişdirilmədən sахlаnılmışdır. Ona görə də icrа hərəkətlərinin dаvаm еtdirilməsi üçün xx xxxxxx 2019-cu ildə Sumqayıt şəhəri üzrə İcra idarəsinə məktub göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3482/2019 sаylı, xx xxxxx 2019-cu il tаriхli icra sənədinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı aliment ödəməyə etirazının olmaması, qətnamənin icraya yönəldilməsi barədə xx.xx.2019-cu il tarixdə ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etməsi də tərəflərin birlikdə yaşamasına baxmayaraq onların arasında alimentin ödənilməsi ilə bağlı razılığın əldə olunmaması, bununla bağlı mübahisə olduğunu təsdiq edir. O da qeyd olunmalıdır ki, iddiaçı tərəf Cavabdeh İddiaçı qarşı atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, həmin iddia ərizəsində İ.Əhmədovanın avqust 2019-cu ildən fevral 2020-ci il tarixə kimi anasının evində iddiaçı ilə birgə yaşadıqlarını bildirdiyinə istinad etsə də, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, həmin tarixli iclasda cavabdeh İddiaçı etibarnamə ürə nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh İddiaçı nə xx xxxxxx 2018-ci il təvəllüdlü Tamellanın, nə də xx xxxx 2020-ci il təvəllüdlü Turanın atası deyil. Bu səbəbdən vəkil qeyd olunan halların araşdırılması məqsədilə xx xxxxxx 2018-ci il təvəllüdlü Tamella və xx xxxx 2020-ci il təvəllüdlü Turanın atasının İddiaçı olub-olmadığını müəyyən etmək üçün məhkəmə tibbibioloji ekspertizası təyin edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi bir halda İddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixədək olan müddətdə bir yerdə yaşadığına istinad edərək, aliment borcunun silinməsi barədə iddia qaldırsa da, digər halda birlikdə yaşamaqlarına baxmayaraq xx xxxx 2020-ci il təvəllüdlü Turan adlı uşağın atası olmadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Lakin cavabdeh İ.Həsənova məhkəmə iclaslarında verdiyi izahatında birgə yaşadıqları dövrdə İddiaçı ona cəmi iki dəfə 200 və 600 manat olmaqla, ümumilikdə 800 manat pul verdiyini etiraf etdiyindən məhkəmə hesab edir ki, iddia həmin məbləğə aid hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilmə tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3482/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətə yaranmış aliment borcunun 800 (səkkiz yüz) manat hissəsindən azad edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Həsənov X7 şəhər Məhkəməsinin 2(060)-3482/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətə yaranmış aliment borcunun 800 (səkkiz yüz) manat hissəsindən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4129/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4129/2020
20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver