Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-4193/2020 13.07.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Kreditor «xxxxxxxxxxx» MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor «xxxxxxxxxxx» MMC məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci ildə Şamaxı şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 938 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 958 manat məbləğində pul vəsaitinin alınaraq “xxxxxxxxxxx” MMC-nın Hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi fılialı m/h: AZ03NABZ********************, H/h:AZ531BAZ********************) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. «xxxxxxxxxxx» MMC ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Borclu kredit müqaviləsinə əsasən “xxxxxxxxxxx” MMC-dən dəyəri 1085 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 938 manat borcu qalmışdır. Odur ki, borcludan 938 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 958 manat məbləğində pul vəsaitinin alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. İşdə olan xx.xx.2019-cu il tarixli, 28K501544 nömrəli borc müqaviləsindən görünür ki, «xxxxxxxxxxx» MMC tərəfindən Borclu ilkin ödəniş 80 manat edilməklə 1085 manat məbləğində məişət avadanlığı 15 ay müddətinə, ayda 67 manat ödəniş edilməklə kreditlə-nisyə satılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 1828 nömrəli maliyyə arayışına əsasən, Borclu ilə xx.xx.2019-cu il tarixində bağlanmış 28K501544 saylı müqavilə üzrə 938 manat məbləğində borcu vardır. Ərizəyə əlavə olunmuş sənədlərlə «xxxxxxxxxxx» MMC-nin tələbinin aşkar olduğu, tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Ona görə də məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1970-ci ildə Şamaxı şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 938 (doqquz yüz otuz səkkiz) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 958 (doqquz yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti tutularaq “xxxxxxxxxxx” MMC-nın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi fılialı m/h: AZ03NABZ********************, H/h:AZ531BAZ********************) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4193/2020
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-4193/2020
13.07.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver