Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4210/2021 16.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Əkməmməd oğlunun Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əkməmməd oğlu Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(060)-802/2021 nömrəli qətnaməsi əsasında tutulan 300 manat məbləğində alimentin məbləğinin azaldılması, yəni hər uşağa 100 manat olmaqla ümumilikdə 200 manat sabit pul məbləğində alimentin ondan alınaraq 20.08.2013-cü il təvəllüdlü X1 və 23.10.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandımışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(060)-802/2021 saylı qətnaməsi ilə 20.08.2013-cü il təvəllüdlü X1 və 23.10.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xeyrinə hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat aliment qət edilmişdir. Məhkəmə tərəfindən sabit pul məbləğinin miqdarı müəyyən edilərək tərəfilərin maddi və əmlak vəziyyəti nəzərə alınmamışdır. Belə ki, işləmir, aidiyyəti qurumlarda iş axtaran kimi qeydiyyatda olsa da hələlik işlə təmin olunmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş 300 manat miqdarında alimenti ödəmək iqtidarında deyildir. Odur ki, aliment miqdarı azaldılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmyaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh işə iddiaçının iştirakı olmadan baxılmasını tələb etdiyini bildirdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qəbul etmir. İddiaçının aliment öhdəliyini icra etmir. O, uşaqların saxlanılmasında çətinlik çəkir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-802/2021 nömrəli, 22.02.2021 iyul tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Əkməmməd oğlu ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 14.03.2014-cü il tarixdə bağlanmış, 251 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan və yetkinlik yaşına çatmamış 20.08.2013-cü il təvəllüdlü X3 və 23.10.2014-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmaları, uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 09.10.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 ( üç yüz) manat sabit pul məbləğində alimentin İddiaçı Əkməmməd oğlundan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahda olmaları və bu nikahdan övladlarının olması, uşaqların saxlanılması üçün atadan ananın xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə İİ bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən «Uşaq hüquqları» haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailəvə ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Məhkəmə işin hallarına hüquq normalarına göstərişlərinə əsaslanaraq qiymət verib hesab edir ki, hazırkı halda alimentin miqdarının dəyişdirilməsi üçün yetərli əsaslar yoxdur. Belə ki, qanunvericiliyin tələblərindən göründüyü kimi aliment uşağın maraqları nəzərə alınmaqla onların saxlanılması üçün nəzərdə tutulmuş vəsaitdir. Qanunvericiliyin göstərişinə uyğun olaraq uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququ vardır. Araşdırılan mübahisə üzrə alimentin məbləğinin azaldılması uşağın minimum təminatdan məhrum edilməsi ilə nəticələnəcəkdir. Məhkəmənin qənaətincə daha çox qayğıya ehtiyacı olan uşaqların üstün mənafeləri valideynlərin mənafeyindən öndə gəlməklə uşaqların ümdə maraqları nəzərə alınmalıdır. Eləcə də, iddiaçının alimentin miqdarı müəyyən olunduqdan sonra əvvəlki əmlak vəziyyəti ilə hazırkı əmlak vəziyyəti arasında kəskin dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarına hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Əkməmməd oğlunun Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4210/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4210/2021
16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver