Məhkəmə qərarları › İş №2(060)-4212/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4212/2020

07.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4212/2020 07.08.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X4 nəvələri xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat olmaqla üç uşağa görə 510 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o xx xxxxxx 2004-cü ildə cavabdehlərin qızı X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X11 adlı üç övladı dünyaya gəlmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1646/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı rəmi nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X5 onun yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 hər ay bir uşaq üçün 120 manat olmaqla ümumilikdə 360 manat sabit pul məbləgində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehlərin qızı ona aliment ödəmir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1646/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi bugünədək icra olunmamışdır. Onda olan məlumata görə o Türkiyə Respublikasında yaşayır. Ona görə də qətnaməni icra etmir. Dəfələrlə icra şöbəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehlər nənə və baba kimi öz nəvələrini saxlamalıdır. Çünki cavabdehlərin qızı ona aliment ödəmir. Belə olan halda cavabdehlərdən aliment tutulması mümkündür. Övladlarının maddi yardıma ehtiyacı var. Çünki övladları öz anasından maddi yardım ala bilmir. Yuxarıda qeyd etdiklərinə əsdasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, X3 hərəkətlərinə görə o onu övladlıqdan silmişdir. Hesab edir ki, onun elə bir adda qızı yoxdur. Onun və yoldaşının aliment ödəməyə imkanı yoxdur. Belə ki, o özü 240 manat əmək pensiyası alır. Yoldaşı X12 isə 130 manat müavinət alır. A.Nəcəfova eyni zamanda şəkər xəstəsidir. Ona görə məhkəməyə də gələ bilməmişdir. Ona görə də o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh X12 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1646/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, İddiaçı ilə X6 arasında xx.xx.2004-cü il tarixdə bağlanmış rəsmi nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X5 İddiaçı yanında qalması, xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2004cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla ümumilikdə 360 manat sabit pul məbləğində alimentin X2 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli, 49 saylı arayışa əsasən, Cavabdeh1 və X1 şəhəri, 13-cü mkrn, ev 22, mənzil 46 ünvanında qeydiyyatda olsalar da, yaşamırlar. İddiaçı ilə X3 birgə nikahından xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X11 anadan olmuşdur (iş materiallarında olan AZ-İ 312567 saylı, AZ-İ 566647 saylı və AZ-İ 936999 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən) xx.xx.2020-ci il tarixli DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən İddiaçı isə ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Həmin Məcəllənin 93-cü maddəsinə əsasən bu Məcəllənin 88—92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər (93.1). Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir (93.2). Uşaq hüquqlarını müdafıə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən «Uşaq hüquqları» haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafıəsini müvafıq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə cavabdehlərin nəvələrinin saxlanılması üçün zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür: Hakim: Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar