Məhkəmə qərarları › İş №2(060)-4329/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4329/2024

12.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4329/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X17 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənəvi zərərə görə təzminat” tələbi üzrə iddia ərizəsinə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh X3 vurulan mənəvi zərərə görə 4500 (dörd min beş yüz) manat və dövlət rüsumuna görə ödənilən 65 (altmış beş) manat məbləğin, cəmi 4565 (dörd min beş yüz altmış beş) manat məbləğin tutulub onun, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Tik-Tok” sosial şəbəkəsində paylaşılması qanunla qadağan olunan yalan informasiyanı onun barəsində paylaşaraq onun şərəf və ləyaqətini alçatmışdır. Bu hadisə ilə bağlı Cavabdeh barəsində cinayət işinin başlanılması üçün müvafiq hüquq mühafizə orqanlarına müraciət edilmiş, nəticədə Sumqayıt ŞPİ- nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X16 tərəfindən 27 mart 2024cü il tarixdə cinayət işinin başlanması rədd edilsə də, qeyd olunan faktla bağlı təhqiqat qərarı əsasında Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 388-1.1.1- ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol təıtib olunmuş və baxılması üşün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xətaya dair keçirilmiş məhkəmə icraatında cavabdeh barəsində xx.xx.2024-cü il tarixdə 3(060)-906/2024 saylı məhkəmə qərarı çıxarılmış, nəticədə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 388-1.1.1 -ci maddəsi ilə ona qarşı inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Hazırki iddia tələbi ilə məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, o, - İddiaçı X11 ilə ailə həyatı qurmuşdur. Həyat yoldaşı ondan əvvəl cavabdeh X12 ilə ailəli olmuşdur. Belə ki, 2023-cü ilin avqust ayında müxtəlif mobil nömrələrdən tanımadıqları şəxslər onun həyat yoldaşının istifadəsində olan 077 ***-**-** nömrəsinə zəng vuraraq, mobil nömrəsini internetdə «TikTok» sosial şəbəkəsindən götürdüklərini və həmin səhifədə bir qadın şəkli qoyularaq, əxlaqsızlıqla məşğul olması qeyd olunduğunu bildirmişlər. Həyat yoldaşı ilə həmin səhifəyə baxan zaman onun fotoşəklinin yerləşdirildiyini və müxtəlif şəxslərlə pul müqabilində görüşməyi barədə elan yazıldığını, əlaqə nömrəsi kimi isə həyat yoldaşı X7 istifadəsində olan 077 ***-**-** saylı mobil nömrəsinin göstərildiyini görmüşlər. Həmin səhifənin cavabdeh X12 tərəfindən açıldığını bilib, bu barədə Sumqayıt ŞPİ-nin 5-ci PB-yə şikayət ediblər. Belə ki, profildə olan onun fotoşəklini xx.xx.2023-cü il tarixdə qaynanası X4 öz «Whatsap» statusunda paylaşmış və bunu cavabdeh X8 dayısı arvadı Həqiqət görmüşdür. Sonradan həyat yoldaşı X11 bu barədə həmin Həqiqət adlı şəxslə danışan zaman ona bildirilmişdir ki, onu tanımadığı üçün fotoşəklini qaynanasının «Whatsap» statusundan götürüb, kim olmasını öyrənmək məqsədilə cavabdeh X10 göndərmişdir. Əlavə olaraq da onu da qeyd etmişdir ki, o, həyat yoldaşı X11 ilə ailə həyatı qurduğu üçün cavabdeh qəsdən onlara internetdə biabır etmək üçün bu formada təhqir etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, cavabdeh məhz həyat yoldaşına əsəbi olduğundan bu əməli törətməsi faktını etiraf da emişdir. Bu hüquqi fakt Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixdə, 3(060)-906/2024 saylı məhkəmə qərarı ilə də öz təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixdən etibarən yenə müxtəlif şəxslər onun həyat yoldaşının 077 558- 08-27 və qaynanası X1 055 ***-**-** mobil nömrələrinə mesajlar yazaraq, «TikTok» sosial şəbəkəsindən götürdüklərini bildirmişlər. Biz yenə «TikTok» sosial şəbəkəsinə baxan zaman eyni qaydada onun həmin fotoşəklinin səhifələrdə yerləşdirildiyini, həmçinin həyat yoldaşı ilə qaynanasının mobil nömrələrinin yazıldığını və onun pul müqabilində görüşdüyünü yazıldığını görmüşlər. Bu barədə cavabdehin anasına zəng edib bildirən zaman, o da yaxşı etdiklərini bildirmişdir. Cavabdeh tərəfindən ona qarşı edilən bu qanunsuz hərəkətlərin öz təsdiqinin tapması nəinki onun öz etirafı ilə, hətta həmin iş üzrə məhkəmədə şahid qismində ifadə verən X13 tərəfindən də öz hüquqi təsdiqini tapır. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixdə, 3(060)- 906/2024 saylı məhkəmə qərarında o da qeyd olunur ki, cavabdeh X12 şahid X9 iş yerinə gələrək bildirmiş ki, ona verdiyi 077 ***-**-** nömrəsi ilə keçmiş həyat yoldaşına anonim mesajlar yazmış və buna görə də ondan polisə şikayət etmişdir. Buna görə də cavabdeh şahid X5 xahiş etmiş ki, polis əməkdaşları onu izahat vermək üçün dəvət edən zaman cavabdehi tanımadığını, onun keçmiş həyat yoldaşının mobil nömrəsini «TikTok»-dan götürdüyünü və həmin mesajları özü yazdığını bildirsin. Lakin, şahid X13 cavabdehə polisə yalan məlumat verməyəcəyini bildirmişdir. Cavabdeh tərəfindən ona qarşı törədilən bu cür qərəzli və qeyri-qanuni əməl onu bərk qorxuya və stressə salaraq mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onun sözügedən məsələ ilə bağlı heç bir əlaqəsi yoxdur. İddiaçı ona şər atmışdır. Ona qarşı olan haqsızlıqlara görə o, bir dəfə keçmiş həyat yoldaşına mesaj yazmışdır. İddiaçının nömrəsinin yayılmasında onun heç bir əlaqəsi yoxdur. O, dəfələrlə məhkəmədə nömrələrin araşdırılmasını xahiş etmişdir. O, həmin şəxsləri tanımır, heç bir əlaqəsi yoxdur. İddiaçının şəkillərini heç bir sosial şəbəkədə paylaşmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmədə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-906/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Göründüyü kimi, Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqların sırasında fərdin sosial, siyasi, iqtisadi hüquqlarının, eləcə də azadlıqları və təhlükəsizliyinin dövlət tərəfindən qorunması və müdafiəsi demokratik və hüquqi dövlətə xas olan təminatlar kimi öz əksini tapmaqla fərdin, cəmiyyətin, həmçinin dövlətin hərtərəfli inkişafına təkan verən amillərdən hesab olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuşdur. İnsan Hüquqlarının və X6 X2 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Avropa Konvensiyasının 10-cu maddəsinin müddəası Avropa Məhkəməsinin 1998-ci il 8 iyul tarixli “Linqensin Avstriya dövlətinə qarşı” iddiasına dair iş üzrə qəbul olunmuş qərarının əsasını təşkil etmişdir. Qərarda fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin aparıcı dayaqlarından biri olmaqla onun tərəqqisi və cəmiyyətin hər bir üzvünün özünü ifadə etməsi şərtləri kimi qəbul olunur. Beləliklə, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Xüsusilə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulmamazlıqla bağlı pozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da, digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Avropa İnsan Hüquqları Məhkəməsi “De Hayes və Giysels Belçikaya qarşı” işi üzrə 24 fevral 1997-ci il qərarının 37-ci bəndində göstərmişdir ki, mətbuatın vəzifəsi ümumi maraq doğuran siyasi və digər məsələlərə dair məlumat və ideyaları (vəzifələrinə və məsuliyyətinə uyğun tərzdə) yaymaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 14 may 1999-cu il tarixli “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarında qeyd etmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Eyni zamanda həmin bənddə məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Şərəf və ləyaqəti ləkələyən məlumatların doğru olub olmamasını sübut etmə vəzifəsi həmin məlumatları yayan şəxsin üzərinə düşür. İddia tələbinin qanuni əsasları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində mənəvi zərərin ödənilməsi barədə birbaşa göstəriş olmasa da «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın 41-ci maddəsində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan Respublikası Mülki Məcəlləsinin «Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri müəyyən edən İX bölməsinin qaydalarına əsasən nizamlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 23.4-cü maddəsində deyilir ki, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 20012-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Bundan başqa, Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərərinsanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Adı çəkilən qərarın 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, eyni zamanda iş materiallarında olan inzibati xəta haqqında qərarda cavabdeh etdiyi əməli etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən şərəf və ləyaqətə vurulmuş zərərin əvəzi qismində 450 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə (200 manat) müvafiq olaraq cavabdehə aid edilməli, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, (iddianın təmin edilmiş hissəsi 1000 manatadək olduğundan) 30 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərə görə təzminat” tələbi qismən təmin edilsin. Cavabdeh X3 vurulan mənəvi zərərə görə 450 (dörd yüz əlli) manat və dövlət rüsumuna görə ödənilən 30 (otuz) manat məbləğin, cəmi 480 (dörd yüz səksən) manat məbləğin tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar