Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-433/2022 26.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi, borcun cavabdehdən tutulması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanmış 23 iyul 2021-ci il tarixli sazişin ləğv edilməsi, Cavabdeh həmin saziş üzrə ödəməli olduğu 23 iyul 2021-ci il tarixli sazişə əsasən 5800 manat məbləğində pulun, tərəfindən ödənilmiş dövlət rüsumunun, habelə gecikdirilmiş vaxt üçün həmin məbləğin illik beş faizinin ödənilən günədək alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında 23 iyul 2021 -ci il tarixdə saziş bağlanmışdır. Həmin sazişin 2-ci bəndinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən Kompleks İstehsalat sahəsində İddiaçı dəymiş 6000 (altı min) manat ziyanı 30 ay müddətinə 23 iyul 2024-cü ilə qədər hər ay 200 (iki yüz) manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. Sazişin 3-cü bəndinə əsasən, ona dəymiş ziyan tam ödənildikdən sonra gələcəkdə heç bir iddia tələbi olmayacağını, bu işlə əlaqədar məhkəməyə və istintaq orqanlarına müraciət etməməyi öhdəsinə götürmüşdür. Qeyd edir ki, Cavabdeh bu günədək 200 (iki yüz) manat ödəniş etmişdir. Göründüyü kimi 23 iyul 2021-ci il tarixində bağlanmış sazişin şərtlərini pozmuş və 5800 (beş min səkkiz yüz) manat məbləğində pulu ona ödəməmişdir. Bildirir ki, o, ilkin olaraq mülki işin məhkəmədən kənar qaydada həlli üçün Cavabdeh pretenziya qaydasında müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə onun arasında bağlanmış 23 iyul 2021-ci il tarixli sazişin ləğv edilməsi, Cavabdeh həmin saziş üzrə ödəməli olduğu 23 iyul 2021-ci il tarixli sazişə əsasən 5800 manat məbləğində pulun, tərəfindən ödənilmiş dövlət rüsumunun, habelə gecikdirilmiş vaxt üçün həmin məbləğin illik beş faizinin ödənilən günədək alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, onun iddiaçıya tələb olunan məbləğdə borcu yoxdur. Belə ki, onun oğlu törəydiyi cinayətə tutulmasın deyə o, iddiaçıya 6000 manat pul verməli idi. O, iş yoldaşlarından 3000 manat borca pul almış, 1000 manat isə özündə olub. 2000 manat vermadiyi üçün aralarında mübahisə düşmüşdür. Hazırda, iddiaçı ilə aralarında bağlanmış sazişdən məlumatı var və o, məcbur qalaraq həmin sazişdə göstərilən məbləğə qol çəkmişdir. Əlavə olaraq, iddiaçının aralarında olan iş birliyinə görə ona 2000 manat borcu vardır. İddiaçı həmin borcu qaytardığı halda o, da iddiaçıya olan 2000 manat borcunu ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X5 bildirdi ki, cavabdehi tanıyır. İddiaçını da bir neçə dəfə görmüşdür. Tərilan ona zəng edərək oğlunun oğurluq etdiyini və təcili 2-3 min manat məbləğində pul tapmasını xahiş etmişdir. O, da həmin məbləği tapıb 4-cü PB-nin yanında çayxana deyilən bir yerə gəlib pulu Tərilana vermişdir. Həmin vaxt iddiaçı Mirkamildə orda idi. Tərilan ondan pulu alıb Mirkamilə vermişdir. Məhkəmədə şahid X4 bildirdi ki, o, hər iki tərəfi tanıyır. Tərilanla bir yerdə işləmişlər. Tərilan ona zəng edərək, oğlunun problemi olduğunu və ona təcili 1000 manat lazım olmasını bildirmişdir. O, da həmin məbləği Tərilanın olduğu çayxanaya gələrək sonuncuya vermişdir. X2 ilə bir stolda əyləşmişdilər. Məhkəmə İddiaçı və Cavabdeh, şahidlər X5 və X3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23.07.2021-ci il tarixli “saziş”dən müəyyən edilir ki, Cavabdeh İddiaçı 6000 (altı min) manat dəymiş ziyanı 30 ay müddətinə 23 iyul 2024-cü ilə qədər hər ay 200 (iki yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 04.07.2021-ci il tarixdə, Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti 3141, ev 35, mənzil 18 ünvanında yaşayan İddiaçı Azərbaycan Respublikası DİN-in 102-xidməti zəng mərkəzinə məlumat verərək Sumqayıt şəhəri, İnşaatçılar pr-ti 57B ünvanında yerləşən özünəməxsus hal-hazırda fəaliyyət göstərməyən dəmir-beton məmulatlarının istehsalı sexində naməlum şəraitdə 30000 dəyərində dəmir məmulatları və qurğularının oğurlanması barədə aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 12.10.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, 36/20A, mənzil 51-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 12.10.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35, mənzil 18-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 23 iyul 2021-ci il tarixli sazişin ləğv edilməli, Cavabdeh həmin saziş üzrə ödəməli olduğu 23 iyul 2021-ci il tarixli sazişə əsasən 5800 (beş min səkkiz yüz) manat məbləğində pulun, 80 (səksən) manat dövlət rüsumunun, habelə gecikdirilmiş vaxt üçün həmin məbləğin illik beş faizinin qətnamə çıxan günədək alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 23 iyul 2021-ci il tarixli saziş ləğv edilsin. Cavabdeh həmin saziş üzrə ödəməli olduğu 23 iyul 2021-ci il tarixli sazişə əsasən 5800 (beş min səkkiz yüz) manat məbləğində pulun, 80 (səksən) manat dövlət rüsumunun, habelə gecikdirilmiş vaxt üçün həmin məbləğin illik beş faizinin qətnamə çıxan günədək alınıb İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-433/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-433/2022
26.01.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver