Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4344/2021 03.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 27 noyabr 2011-ci il təvəllüdlü X2, 27 yanvar 2013-cü il təvəllüdlü Adıgözəlov Natiq Elməddin oğlunun və 12 sentyabr 2015-ci il təvəllüdlü X7 oğlunun saxlanması üçün onlar yetkinlik yaşına çatana qədər onların hər biri üçün hər ay 170 (yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Cavabdeh onunla birgə ailə həyatından 27.11.2011-ci ildə anadan olmuş qızları X2, 27.01.2013-cü ildə anadan olmuş oğlu Adıgözəlov Natiq Elməddin oğlu və 12.05.2015-ci ildə anadan olmuş oğlu X7 oğlu yetkinlik yaşına çatana kimi onların saxlanması üçün hər ay sabit pul məbləği şəklində hər birinə görə 175 (yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat pulun aliment kimi və əlavə olaraq uşaqlarına görə çəkdiyi əlavə xərclərə cavabdehi cəlb etməklə ondan hər uşağına görə hər ay 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.11.2020-cil tarixli, 2(060)-5950/2020 saylı qətnaməsi ilə 11 iyun 2011-ci il tarixdə bağlanmış və həmin tarixdə Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən akt qeydlər kitabında 831 nömrəsi ilə qeydə alınmış nikah pozulmuşdur. Həmçinin qətnamədə 27 noyabr 2011-ci il təvəllüdlü X1, 27 yanvar 2013-cü il təvəllüdlü Adıgözəlov Natiq Elməddin oğlunun və 12 sentyabr 2015-ci il təvəllüdlü X7 oğlunun anasının yanında qalmaları müəyyən edilmişdir. Qeyd edildiyi kimi, tərəflər artıq xeyli müddətdir ki, olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Bu vaxt ərzində uşaqlar iddiaçının himayəsində qalıb, onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. Cavabdeh bir ata kimi yetkinlik yaşına çatmayan körpə uşaqlarının necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmayıb, valideynin uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarıb və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etməyib. Uşaqların kiçik yaşlı olması ucbatından iddiaçı normal bir qazancı olan işdə işləyə bilmir. Həmçinin, uşaqlarının ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini iddiaçı təkbaşına edə bilmir. Hal-hazırda onların bütün maddi xərclərini iddiaçının valideynləri çəkir və onların himayəsində yaşayırlar. Uşaqlarının maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Bütün bunlara əsasən hesab edir ki, uşaqlarının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqlarının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Əlavə olaraq, cavabdehin uşaqlarına görə əlavə xərclərə cəlb edilməsi və onun əlavə xərclərdə iştirakı zəruri və vacibdir. Belə ki, onların birgə ailə həyatından dünyaya gəlmiş qızları X2 Bakı şəhəri Nizami rayonunda yerləşən və fəaliyyət göstərən 32 saylı tam orta məktəbin 3-cü sinifində, oğlu Adıgözəlov Natiq Elməddin oğlu həmin məktəbin 2-ci sinifində, digər oğlu X7 oğlu isə 32 saylı məktəbin məktəbəqədər hazırlıq sinifində təhsil alırlar. Hal-hazırda o, işsizdir. Uşaqlarını təkbaşına saxladığına və onlara baxdığına görə, eyni zamanda uyğun bir iş tapa bilmədiyinə görə işləmir. Uşaqları məktəbə günün müxtəlif vaxtlarında dərsə getdiklərinə və dərsdən çıxdıqlarına və onları məktəbə aparıb-gətirdiyinə görə də iddiaçı işləyə bilmir. Üç uşağının təkcə təhsili ilə bağlı hər ay ən azından iddiaçının 250- 300 manat məbləğində xərci çıxır. Uşaqları böyüdükcə onların təhsil xərcləri və digər xərcləri daha da artacaqdır. İddiaçı və uşaqları uzun müddətdir ki, Bakı şəhəri Nizami rayonunda kirayədə yaşayır. Hər ay 180 manat kirayə haqqı verir. Cavabdehlə ailə münasibətləri cavabdehin ona xəyanət etməsi və başqa bir qadınla da qeyri-rəsmi yaşaması ona 2016-cı ildə məlum olandan sonra pozulmuşdur. Ailə münasibətləri pozulduğuna görə cavabdeh 29.09.2016-cı ildə yaşadıqları evdən getmiş, qeyri-rəsmi saxladığı qadınla Sumqayıt şəhərində yaşamış və düz 9 aydan sonra evə qayıtmışdır. Bu müddətdə cavabdeh heç vaxt iddiaçı və uşaqları ilə maraqlanmamış və onlara heç bir maddi yardım etməmişdir. 9 aydan sonra evə qayıdıb bir müddət iddiaçı ilə bir yerdə yaşayandan sonra 2018-ci ilin aprel ayında cavabdeh yenə evdən getmiş və halhazırda da qeyri-rəsmi olaraq yaşadığı qadınla Sumqayıt şəhərində yaşamağa başlamışdır. İddiaçı isə yenə əvvəlki kimi Bakı şəhəri Nizami rayonunda 3 uşağı ilə kirayədə qalıb yaşamışdır. Ayrılandan sonra da cavabdeh iddiaçı ilə maraqlanmamış, yalnız arabir uşaqlarını görməyə gələn zaman onlara yemək almışdır. Artıq iddiaçı bir ailə kimi bir yerdə yaşamaqları mümkün olmadığına görə verdiyi iddia ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 10.11.2020-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş və boşanmadan sonra uşaqları iddiaçının yanında saxlanması qət edilmişdir. Nikahılarının pozulması barədə iddiaçı iddia qaldıran zaman cavabdeh iddiaçıya vəd vermiş və onu inandırmışdır ki, o, boşanma barədə məhkəmədə iddia qaldıran zaman aliment tələbi irəli sürməyi, uşaqlarına görə iddiaçıya məhkəmənin müəyyən edəcəyi məbləğdən də artıq hər ay aliment verəcəkdir. İddiaçı də cavabdehin dediklərinə inanıb “ nikahın pozulması və uşaqlarının himayədə qalması barədə” iddia qaldıran zaman cavabdehə qarşı aliment tələbi barədə tələb irəli sürməmişdir. Lakin cavabdeh dediklərinə əməl etməmiş və könüllü aliment verməkdən boyun qaçırır. Cavabdehin hər cür maddi imkanı olmasına baxmayaraq ancaq indiyə kimi bir neçə dəfə 20,30 və 40 manat, bir dəfə 70 manat və bir dəfə də 80 manat məbləğində uşaqlarına maddi yardım etmişdir. İddiaçı 3(üç) uşağını təkbaşına saxlayır, böyüdür və hər bir problemlərini həll edir. Bu işdə ona anası və qardaşları köməklik edirlər. İddiaçının atası dünyasını dəyişib. Cavabdehin başı qeyri-rəsmi saxladığı və yaşadığı qadına qarışdığına görə onu uşaqlarının həyatı və taleyi maraqlandırmır. Cavabdeh öz həyatını yaşayır. Cavabdeh Ağşəhərdə “Bulvar Oteldə” işləyir. Yaxşı gəlir və qazanca malikdir. Beş gün orada işləyir, şənbə və bazar günləri evdə olur. Şənbə və bazar günləri də başqa işlərlə məşğul olub pul qazanır. Cavabdehin uşaqlarına görə aliment verməyə və uşaqlarına görə əlavə xərclərdə iştirak etmək üçün hər cür imkanı vardır. İddiaçı uşaqlarını sağlam, cəmiyyətlərinə layiq, hərtərəfli inkişaf etmiş vətəndaş kimi yetişdirmək istəyir. Onların yaxşı təhsil almalarına çalışır. Bunun üçün iddiaçı əlindən gələn hər şeyi imkanı daxilində etməyə çalışır. Ailə üzvləri də buna görə iddiaçıya bacardıqları köməkliyi edirlər. Lakin iddiaçı hər şeyi təkbaşına və ailə üzvlərinin köməkliyi ilə çatdıra bilmir. Nə iddiaçının, nə də ailə üzvlərinin buna maddi imkanları yoxdur. Cavabdeh isə uşaqlarının bioloji atası ola-ola və hər cür imkana malik olduğu halda, yaxasını kənara çəkib onlara heç bir köməklik etmir. Halbuki uşaqlarına görə aliment vermək və əlavə xərclərdə iştirak etmək qanunla cavabdehin birbaşa borcudur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh iddiaçı ilə birgə ailə həyatından 27.11.2011ci ildə anadan olmuş qızları X2, 27.01.2013-cü ildə anadan olmuş oğlu Adıgözəlov Natiq Elməddin oğlu və 12.05.2015-ci ildə anadan olmuş oğlu X7 oğlu yetkinlik yaşlarına çatana kimi onların saxlanması üçün hər ay sabit pul məbləği şəklində hər birinə görə 175 (yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat pulun aliment kimi və əlavə olaraq uşaqlarına görə çəkdiyi əlavə xərclərə cavabdehi cəlb etməklə cavabdehin hər uşağına görə hər ay 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(060)-5950/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Adıgözəlova Elməddin Natiq oğlu ilə İddiaçı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 01.06.2011-ci il tarixdə 831 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan 27.11.2011-ci il təvəllüdlü X2, 27.01.2013-cü il təvəllüdlü Adıgözəlov Natiq Elməddin oğlu və 12.09.2015-ci il təvəllüdlü X7 oğlu anaları İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan, AZ-İ № 678719 saylı, 01.06.2011-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində 01 iyun 2011-ci il tarixdə bağlanmış və 831 nömrə ilə qeyd olunmaqla sonuncuya “Adıgözəlova” soyadı verilmişdir. İş materiallarında olan, AZ-İİ № 938154 saylı 21.09.2012-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X2 27.11.2011-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 4827 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İİİ № 042829 saylı 06.02.2013-cü il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Adıgözəlov Natiq Elməddin oğlu 27.01.2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 657 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İİİ № 704786 saylı 10.02.2016-cı il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 oğlu 12.09.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 917 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Nizami rayonu M.Rüstəmov adına 32 №-li tam orta məktəbin 06.05.2021-ci il tarixli, 30 nömrəli arayışından görünür ki, Adıgözəlov Natiq Elməddin oğlu Bakı şəhəri Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbin İİD sinfində oxuyur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Nizami rayonu M.Rüstəmov adına 32 №-li tam orta məktəbin 06.05.2021-ci il tarixli, 31 nömrəli arayışından görünür ki, X2 Bakı şəhəri Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbin İİİÇ sinfində oxuyur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Nizami rayonu M.Rüstəmov adına 32 №-li tam orta məktəbin 06.05.2021-ci il tarixli, 29 nömrəli arayışından görünür ki, X7 oğlu Bakı şəhəri Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 0B sinfində oxuyur. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı İsmayıllı şəhəri, H.Əliyev prospekti-1, ev 11-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, İİ Paralel küçəsi, ev 38-də qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. "Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları va maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasında 2021-ci il üçün “X8” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırki halda 27 noyabr 2011-ci il təvəllüdlü X2, 27 yanvar 2013-cü il təvəllüdlü Adıgözəlov Natiq Elməddin oğlu və 12 sentyabr 2015-ci il təvəllüdlü X7 oğlunun yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi qismən təmin edilməlidir. İddia tələbinin əlavə xərclərlə bağlı hissəsədə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəlləsinin 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəlləsinin 81.3-ci maddəsinə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Hər iki normanın məzmunundan göründüyü kimi ərin (arvadın) özünün saxlanılmasına görə alimentin tutulması üçün qarşı tərəfin zəruri vəsaitə malik olması əsas şərt kimi göstərilmişdir. Lakin, İddiaçı Cavabdeh zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 06.04.2021-ci il tarixdə daxil olmuşdur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmə Cavabdeh 27 noyabr 2011-ci il təvəllüdlü X2, 27 yanvar 2013-cü il təvəllüdlü Adıgözəlov Natiq Elməddin oğlu və 12 sentyabr 2015-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin 23.04.2021-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməli və iş üzrə ödənilmiş 11 (on bir) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 27 noyabr 2011-ci il təvəllüdlü X2, 27 yanvar 2013-cü il təvəllüdlü Adıgözəlov Natiq Elməddin oğlu və 12 sentyabr 2015-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin 23.04.2021-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilsin. İş üzrə ödənilmiş 11 (on bir) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4344/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4344/2021
03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver