Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4345/2021 01.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-957/2020 saylı, 28.01.2020-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilərək 18 iyun 2005-ci il təvəllüdlü X13 və 27 noyabr 2007-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşağa görə 90-100 manat, ümumilikdə 180-200 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X4 ilə 29.09.2005-ci ildə nikaha daxil olmaqla ailə həyatı qurmuş və nikahlarından 18 iyun 2005-ci il təvəllüdlü X13 və 27 noyabr 2007- ci il təvəllüdlü X15 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2590/2011 saylı 28 iyun 2011-ci il tarixli qətnaməsi ilə həmin nikaha xitam verilmiş, onların nikahlarından anadan olmuş 18 iyun 2005-ci il təvəllüdlü X13 və 27 noyabr 2007-ci il təvəllüdlü X15 ananın, yəni cavabdehin yanında saxlanması və 18 iyun 2005-ci il təvəllüdlü X13 və 27 noyabr 2007-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıdan hər ay hər uşağa görə 76 manat, cəmi 152 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sona o 25.11.2015-ci ildə X5 ilə nikaha daxil olmuşdur. Daha sonra Tatarıstan Respublikası Kazan şəhərinə getmişdir. Orada 27.08.2016-cı ildə X10 doğulmuşdur. Orada da, pul qazana bilmədiyindən bir müddət sonra Bakı şəhərinə qayıtmışdır. Onu da göstərir ki, 2- ci arvaddan doğulan 3-cü övladı xəstədir və İsmayıllı RMX-sı X19 Poliklinika Şöbəsinin verdiyi 402 saylı 13 fevral 2021-ci il tarixli arayışına əsasən 27.08.2016-cı il təvəllüdlü X10 həqiqətən İsmayıllı R.M.X.-nın X2 “Nevreloji” kabinetində 05.12.2019-cu il tarixdən “Ensefalopatiya inkişaf etplanının ləngiməsi,Nitqin qüsuri “ dioqonozu ilə dispanser qeydiyyatdadır.Onun müalicə xərclərini maddi imkansızlıq ucbatından ödəyə bilmir. Onu da göstərir ki, xəstə uşağın anası faktiki olaraq onun yanında yaşasa da öz kəndlərinə olan qeydiyyatdan çıxarılmamışdır. Əlavə edir ki, kəndlərində iş tapanda günəmuzd işçi kimi onun-bunun həyətində bir günü 10-12 manata işləmiş, kənddə-rayonda daimi iş tapa bilmədiyindən ailəsini də, götürüb Bakı şəhərinə aparıb orada kirayəyə ev tutub, günəmuzd iş tapanda işləmiş, bir növ yaşamır, sürünürlər, ən şəraitsiz evlərdə kirayə haqqını güclə ödəyir. Özü də fiziki çəhətdən cılız olduğumdan beton- daş işinə onu aparan yoxdur, o da belə işlərin öhdəsindən gələ bilmir. Kəndlərində də malı-heyvanı, torpağı yoxdur. Sonradan əvvəlki arvadı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsində ona qarşı “aliment tələbinin artırılmasına dair” yeni iddia tələbi qaldırmış və həmin məhkəmənin 2(060)-957/2020 saylı 28 yanvar 2020-ci il tarixli qiyabi qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2590/2011 saylı 28 iyun 2011-ci il tarixli qətnaməsi dəyişdirilərək hər ay hər uşağa görə ondan 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh qızma verilməsi qət edilmişdir. Onun həmin məhkəmə qətnaməsindən bir il sonra xəbərim olmuş, məhkəməyə çağırış məktubunu və qiyabi qətnaməni almamış, belə ki, Bakı şəhərində kirayənişin yaşayır. Bu haqda ona 2021-ci ilin əvvəllərində Ağsu rayon İcra və Probasiya şöbəsi tərəfindən aliment borca görə təqdimat əsasında Ağsu Rayon Məhkəməsində 10 günlük inzibati həbs cəzası verilərkən alimentin artırılmasını bilmişdir. Bundan sonra gedib Sumqayıt Şəhər Məhkəməsindən ərizə əsasında 2021-ci ilin yanvar ayında-yəni alimentin miqdarının artırılmasından bir il sonra qiyabi məhkəmə qətnaməsini qəbzlə almışdır. Təxminən bir ilə yaxın COVİD-19 pandemiyasına görə ölkədə “evdəqal” rejimi tətbiq olunmuşdur. Ona görə də borcu 3-4 minə yaxınlaşmışdı. Onun həmin miqdar aliment tələbini ödəmək imkanı olmadığından, evində olan ikinci arvadının cehizlik əşyalarını satmaqla və tanış adamlardan borc götürməklə düzəldib 14.01.2021-ci il və 01.02.2021-ci il tarixlərində hər dəfə 1000 manat, yəni cəmi 2000 manat Cavabdeh adma “million elektron ödəmə sistemi ilə pul göndərərək qəbzlərini götürmüş, daha sonra fevral ayında da 175 manat ödəmiş, bu yaxın günlər də də əlavə olaraq 200 manat ödəmişdir.Bu ilin mart ayında da 2-ci dəfə aliment borcu ilə əlaqədar 10 gün təkrar olaraq Ağsu Rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs edilmişdir. Alimenti ödəməyə maddi imkanı çatmır.Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq yalnız məhkəmə hazırlıq iclasında iştirak etmiş, sonrakı iclaslara gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 oğlu ilə X3 arasında 25.11.2015-ci ildə nikah bağlanmış, nikahın baxğlanması haqqında kat qeydləri kitabında 242 nömrəsi ilə qeyd edilmişdir. Ərə Ağaməmmədov soyadı verilmişdir. -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27.08.2016-cı il təvəllüdlü X6 atası İddiaçı , anası X1r. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-957/2020 saylı 28 yanvar 2020-ci il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2590/2011 saylı 28 iyun 2011-ci il tarixli qətnaməsi dəyişdirilərək hər ay hər uşağa görə ondan 160 manat,ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. -Ağsu Rayon Məhkəməsinin 3(016)-104/2021 saylı, 04.03.2021-ci il tarixli qərarının surətindəən görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, barəsində 8 gün iznibati həbs tənbeh tədbiti tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-957/2020 saylı 28 yanvar 2020-ci il tarixli qiyabi qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2590/2011 saylı 28 iyun 2011-ci il tarixli qətnaməsi dəyişdirilərək hər ay hər uşağa görə ondan 160 manat,ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddiaçının qətnamədən məlumatı olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı özünün maddi durumunun ağır vəziyyətdə olmasına dair sübutları məhkəməyə təqdim etmədiyindən və tələbinə dair gətirdiyi dəlillər əsassız olduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-957/2020 saylı, 28.01.2020-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilərək 18 iyun 2005-ci il təvəllüdlü X13 və 27 noyabr 2007-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşağa görə 90-100 manat, ümumilikdə 180-200 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsinə dair dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4345/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4345/2021
01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver