Məhkəmə qərarları › İş №2(060)-4420/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4420/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4420/2025 11.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı ömürlük “mülkiyyət hüququnun bərpa edilməsi, müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 hərəkətsizliyinə hüquqi qiymət verilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “mülkiyyət hüququnun bərpa edilməsi, müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 hərəkətsizliyinə hüquqi qiymət verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 sot torpaq sahəsini ona, İddiaçı məxsus olduğunu tanımaqla mülkiyyət hüququnun bərpa edilməsi, mərhum Abdullayev Vəkil Xanbaba oğlunun həyat yoldaşı Cavabdeh2 tərəfindən üçüncü şəxsə bağlanmış ikinci alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 1 saylı notarial kontorunun hərəkətsizliyi və ya qanunsuz rəsmiləşdirmə əməli haqqında hüquqi qiymət verilməsi, məhkəmə xərclərinin cavabdehlərin üzərinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının “mülkiyyət hüququnun bərpa edilməsi, müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 hərəkətsizliyinə hüquqi qiymət verilməsi”nə dair cavabdehlərə qarşı irəli sürdüyü tələb qeyri-müəyyən olmaqla, aydın deyildir. Belə ki, idiaçı iddia ərizəsində 6 sot torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsini, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, Sumqayıt şəhəri 1 saylı notarial kontorunun hərəkətsizliyi və ya qanunsuz rəsmiləşdirmə əməli haqqında hüquqi qiymət verilməsini məhkəmədən xahiş etsə də, iddia tələbində konkret olaraq torpaq sahəsinə dair məlumatlar (harada yerləşməsi, ünvanı, ölçüsü və.s) göstərilməmiş, eyni zamanda etibarsız hesab olunmasını tələb etdiyi müqavilənin rekvizitlərini də (tarixi, nömrəsi və.s) və notariusun hərəkətsizliyinin nədə ifadə olunmasını qeyd etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yuxarıda göstərilən əsaslarla iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “mülkiyyət hüququnun bərpa edilməsi, müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 hərəkətsizliyinə hüquqi qiymət verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar