Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4458/2022 09.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri-rəsmi nikahdan anadan olmuş 04 iyul 2014-cü il təvəllüdlü X2 və 24 mart 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Mediasiya Təşkilatına müraciət edilən tarixdən yəni, 25 may 2022-ci ildən və mediasiya xərcinin əvəzi olaraq 25 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 16 oktyabr 2013-cü ildə nikah rəsmiləşdirmədən ailə həyatı qurmuşdur. Qeyri-rəsmi nikahdan 04 iyul 2014-cü il təvəllüdlü X3 və 24 mart 2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. Cavabdeh ailəyə heç bir yardım göstərmir, qayğılarına qalmır, qazancını özünə sərf edir. Əlacsız qalıb məhkəməyə aliment tələbi barədə müraciət etmişdir. Bildirir ki, uşaqlarının maddi tələbatını valideynləri ödəyir. Azyaşlı övladları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Maddi vəziyyəti çox acınacaqlı durumdadır. Cavabdeh tərəfindən ona və övladına heç bir maddi yardım etmir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 193 manat müəyyən edilmişdir. Hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Mediasiya təşkilatına müraciət edilən tarixdən yəni, 25 may 2022-ci ildən və mediasiya xərcinin əvəzi olaraq 25 manatın Cavabdeh tutularaq ona ödənilməlidir. Qeyd edir ki, Mediasiya prosesi zamanı cavabdeh Mediasiya prosessində iştirak etməmişdir. Mediasiya haqqında qanunun 3.4-cü maddəsinə əsasən Mediasiya Prosesi zamanı o, dövlət rüsumunu ödəmişdir. Bunu xx.xx.2022-ci il tarixli, MŞB/6-3212 saylı arayış təsdiq edir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞB/6-3212 saylı X5 İştirak Edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, X5 iştirak etməmişdir. İddiaçı X5 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. AZ-İ seriyalı 329913 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2017-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə, 332 № ilə qeyd edilmişdir. AZ-İ seriyalı 257793 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2014-cü ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-ci il tarixdə, 301 № ilə qeyd edilmişdir. AZ-İİİ seriyalı, 371738 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-İİİ seriyalı, 975696 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə əldə olunmuş məlumatdan görünür ki, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində” mühasib-hesabdar vəzifəsində işləyir və əmək haqqı 398 manat təşkil edir. Məhkəmə hesab edir ki, valideynlər uşağı saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmaldır. Məhkəmə qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımışdır və formalaşmış məhkəmə təcrübəsinə görə alimentin minimum məbləği müəyyən edilərkən bir qayda olaraq ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu meyar olaraq qəbul edilir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, uşağın üstün mənafeyini, uşaqların saxlanılmasının hər iki valideynin borcu olması ilə bağlı qanunvericiliyin tələblərini, uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququnu nəzərə alaraq hesab edir ki, alimentin miqdarı həmin məbləğə yaxın ağlabatan məbləğ həddində müəyyən edilməli, tutulmalı olan alimentin miqdarı, hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində müəyyən edilməli, qalan hissədə iddia təmin edilməməli, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 13 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə bu nəticəyə gələrkən eləcə də cavabdehin iddianı təmin edəcək məbləğdə qazancının və gəlirlərinin olması barədə iddiaçının heç bir sübut təqdim etməməsini, təyin ediləcək alimentin ümumi məbləğini (cəmi 320 manat) nəzərə almışdır. Azərbaycan Respublikası MPM-nin 234.2, 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119, 112, 113-cü maddəsinin tələblərinə əsasən iş üzrə ödənilmiş mediasiya xərci ilə bağlı rüsum nəzərə alınmalı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən alınaraq 25 manat iddiaçının xeyrinə, 8,40 manat dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 13 iyun 2022-ci il tarixdən başlayaraq 04 iyul 2014-cü il təvəllüdlü X2 və 24 mart 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 8,40 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4458/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4458/2022
09.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver