Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-456/2025 04.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment və maddi yardım tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "aliment və maddi yardım tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 10 iyun 2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan dövründə bir övladları doğulmuşdur: xx.xx.2024-cü il təvəllüdlü X6. Aliment tələbi, uşaq 3 yaşına çatana qədər anaya maddi yardım və uşaq doğularkən dövlət tərəfindən ödənilən müəvinatın anaya verilməsi barədə ərizə verməyinin səbəbi artıq bir müddətdir ki, cavabdeh ilə birgə təsərrüfat idarə etmirik, ayrı yaşayırıq, uşaq doğulandan bəri uşağı görməmişdir. Uşaq halhazırda iddiaçı ilə yaşayır. Aralarındakı məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etsə də, razılığa gəlmədikləri üçün mediasiya prosesinin davam etdirilməməsi barədə qərar verilmişdir. Uşaq iddiaçının yanında və himayəsində saxlanılmalı, uşaq üçün hər ay maaşın 1/4 hissəsi pul məbləğində aliment təyin edilməlidir. Göstərilənlərə əsasən cavabdehdən hər ay uşağın saxlanılmasına görə maaşın və bütün gəlirlərin 1/4 hissəsi manat məbləğində aliment, uşaq 3 yaşına çatana qədər anaya 100 manat maddi yardım və uşaq doğularkən dövlət tərəfindən ödənilən 500 manat müavinətin anaya verilməsi, doğum üçün xəstəxanaya ödənilmiş 1150 manatın, ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edilərək, cavabdehdən hər ay uşağın saxlanılmasına görə maaşın və bütün gəlirlərin 1/4 hissəsi manat məbləğində aliment, uşaq 3 yaşına çatana qədər anaya 100 manat maddi yardım və uşaq doğularkən dövlət tərəfindən ödənilən 500 manat müavinətin anaya verilməsi, doğum üçün xəstəxanaya ödənilmiş 1150 manatın, ödənilmiş 50 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin və 325 manat vəkil xidmətinə görə ödənilmiş rüsumun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahat verərək, bildirmişdir ki, iddia tələbinin qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsinin aliment olaraq tutulması hissəsində razıdır. İddia tələbinin qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən 10 iyun 2023cü il tarixdə verilmiş AZ-İİ № 510474 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 10 iyun 2023-cü il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında həmin tarixdə 03 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Kərimli soyadı verilmişdir.
8. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 10 may 2024-cü il tarixdə verilmiş AZ-İV № 975826 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 aprel 2024-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-02075 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, İddiaçı 50 manat məbləğndə mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
10. İş materiallarında olan qəbzin surətindən görünür ki, Sumqayıt Regional Vəkil Bürosunun hesabına 325 manat pul köçürülmüşdür.
11. İş materiallarında olan “X9” tərəfindən verilmiş SD00007619 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə keysəriyyə əməliyyatı üçün 1150 manat ödəniş edilmişdir.
12. İş materiallarında olan “X9” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində 38-39 həftə hamiləlik orta ağır gedişli preklampsiya diaqnozu ilə Sumqayıt şəhər X7 qeysəriyyə əməliyyatı yolu ilə cinsi qadın, çəkisi 3600 qr., boyu 51 sm olan uşaq dünyaya gətirmişdir.
13. İş materiallarında olan “DoktorAZ” Klinikası tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı 2023-cü ilin sentyabr, oktyabr və dekabr aylarının müxtəlif tarixlərində, 2024-cü ilin fevral və aprel aylarının müxtəlif tarixlərində klinikamızda ultrasəs müayinəsindən keçmiş və məbləğ 170 manat təşkil etmişdir.
14. İş materiallarında olan Azərbaycan Respublikasının Strateji X1 Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, hərbi qulluqçu Kərimli X3 xidmət edir və onun aylıq pul təminatı 1111 manat, həmçinin il ərzində bir dəfə 1704 manat birdəfəlik pul mükafatı və 1612 manat məzuniyyət haqqı təşkil edir.
15. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh “vətən müharibəsi iştirakçıları” pensiya alır və pensiya məbləği 80 manatdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 10 iyun 2023cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan bir övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, hazırda onlar birgə yaşamırlar və uşaq ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment, uşaq üç yaşına çatanadək saxlanılması üçün maddi yardım, müavinət və xəstəxana xərcinin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbi ilə qismən razıdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Məhkəmə iddia tələbinin “cavabdehdən hər ay uşağın saxlanılmasına görə maaşın və bütün gəlirlərin 1/4 hissəsi manat məbləğində aliment tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
18. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
19. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
20. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə— valideynlərin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
21. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
22. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
23. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
24. Həmçinin, iddianın “uşaq 3 yaşına çatana qədər anaya 100 manat maddi yardım ödənilməsi” hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır.
25. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.
26. Yuxarıda qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.
27. Bundan əlavə, yuxarıda qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.
28. İşdən isə göründüyü kimi iddiaçı (hətta tərəflər arasında nikah pozulmuş olsaydı belə) cavabdehin zəruri vəsaitə malik olması barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir.
29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
30. Mülki işin materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.
31. Məhkəmə iddia tələbinin “doğum üçün xəstəxanaya ödənilmiş 1150 manatın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
32. Belə ki, Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
33. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
34. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.
35. Məhkəmə qeyd edir ki, övladın saxlanılması valideynin borcudur. Əgər valideynlər ayrı yaşayırlarsa və onların birgə nikahlarından olan övladları bir valideynin yanında yaşayırsa digər valideyn buna görə həmin uşağın saxlanılması üçün aliment ödəməlidir. Valideyn övladının saxlanılmasında aliment öhdəliyindən əlavə bir sıra hallarda övladının saxlanılması üçün əlavə xərclərə də cəlb edilə bilər.
36. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, xx.xx.2024cü il tarixdə “keysəriyyə əməliyyatı” təyinatı ilə “X9” MMC-nin hesabına 1150 manat məbləğində ödəniş edilmişdir. Bu qəbzdə göstərilmiş ödəniş tarixinin tərəflərin birgə nikahından doğulmuş uşağın doğumu ilə eyni gün olmasını nəzərə alan məhkəmə ödənilmiş bu pulu tərəflərin birgə nikahından doğulmuş uşağın doğuşu ilə əlaqədar çəkilmiş xərc kimi qəbul edir. Həmçinin, cavabdeh tərəf də iddiaçının uşağın doğuşu ilə bağlı xərc çəkməsini mübahisələndirməmişdir. Cavabdeh tərəfin mübahisələndirdiyi hissə iddiaçının bu xərci çəkməsinə zərurət olmaması ilə bağlıdır. Belə ki, cavabdeh iddia edir ki, uşağın doğuş xərci tibbi sığorta tərəfindən qarşılandığı halda iddiaçı buna zərurət olmadan uşağı özəl xəstəxanada dünyaya gətirərək, doğuşla bağlı xərc çəkmişdir.
37. Məhkəmə ilk növbədə razılaşır ki, “klassik keysəriyyə kəsiyi əməliyyatı (keysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması)” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxildir. Bununla belə nəzərə alınmalıdır ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə hələ yeni – 2021-ci ilin aprel ayından etibarən başlanmışdır.
38. Həmçinin, vətəndaşların uşaq dünyaya gətirən zaman icbari tibbi sığortadan yararlana bilməsi üçün həkimin göndəriş vərəqəsi olmalıdır. Bu baxımdan iddiaçının uşağı özəl xəstəxanada dünyaya gətirməsinin obyektiv səbəbləri də ola bilər. Məsələn, yeni tətbiq olunan icbari tibbi sığortadan məlumatsızlıq, icbari tibbi sığortanın tətbiqi zamanı yaranan müəyyən növbələr, göndəriş vərəqəsinin obyektiv səbəbdən vaxtında alına bilməməsi, əməliyyatın riskli olması ilə əlaqədar təcili baş tutmasına qəfil zərurət və s.).
39. Eyni zamanda, iddiaçı doğuş zamanı çəkilən xərclərin hamısını cavabdehdən tələb etsə də, uşağın doğulması zamanı çəkilmiş xərc hər iki valideyn tərəfindən qarşılanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən əlavə xərc kimi uşağın doğulması zamanı iddiaçı tərəfindən çəkildiyi sübut edilmiş xərcin yarısı olan 575 manat məbləğində pul tutulması işin hallarına daha uyğundur.
40. Məhkəmə iddia tələbinin “uşaq doğularkən dövlət tərəfindən ödənilən 500 manat müavinətin anaya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olması, yəni həmin pulun kim tərəfindən alınmasına dair sübutu məhkəməyə təqdim edə bilməmişdir.
41. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
42. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
43. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
44. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
45. Həmçinin, qanunvericilik məhz yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylərin (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünməzliyini və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilməsini müəyyən etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaq üzərində hər iki valideynin bərabər hüquq və vəzifələri müəyyən edildiyindən uşağın doğumu ilə əlaqədar ödənilən müavinət tərəflərin birgə gəlirlərinə aid edilməlidir.
46. Məhkəmə iddia tələbinin “325 manat hüquqi yardım xərcinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
47. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
48. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.
49. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, cavabdehdən ağlabatan məbləğdə, yəni 325 manat məbləğində tutularaq iddiaçının xeyrinə tutulmalıdır.
50. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
51. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
52. Eyni Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
54. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə -müharibə veteranları dövlət rüsumundan azad edilir.
55. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia qismən təmin olunduğundan qanunvericiliyin tələbinə əsasən 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli olmasına baxmayaraq, cavabdeh həmin xərclərdən azaddır. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir.
56. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2024cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh 575 (beş yüz yetmiş beş) manat əlavə xərc tutularaq İddiaçı ödənilməli, Cavabdeh 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım üçün ödənilmiş xərcin əvəzi alınaraq alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
61. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 575 (beş yüz yetmiş beş) manat əlavə xərc tutularaq İddiaçı ödənilsin. Cavabdeh 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım üçün ödənilmiş xərcin əvəzi alınaraq alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva