Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-463/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndısi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcu ödəməkdən azad edilmə tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, aliment təyin olunduğu xx.xx.2021-ci il tarixdən bu günədək yetkinlik yaşına çatmayan xx.xx.2004cü il təvəllüdlü qızı X1 ilə bağlı bütün xərcləri şəxsən özü çəkdiyinə görə Cavabdeh olan 1600 manat aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5317/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 02 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, 300 manat məbləğində aliment İddiaçı tutularaq X5 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3131/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 nömrəli xx.xx.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Sevinc Cavadova ilə nikahda olduqıarı dövrdə 5 uşağı anadan olmuşdur. xx.xx.1997-ci il təvəllüdlü qızı Mələk Cavadova 2021-ci ildə ailə qurub əri ilə Ceyranbatan qəsəbəsində yaşayır. xx.xx.2001-ci il təvəllüdlü oğlu Mühəmməd Cavadov 44 günlük Vətən Müharibəsi iştirakçısıdır, 2021-i ilin iyun ayında müddətli həqiqi hərbi xidmətdən qayıtmışdır. xx.xx.2004-cü il təvəllüdlü qızı Fatimə 2022-ci ildə Hacı Zeynalabdin qəsəbəsində yerləşən 40 saylı tam orta məktəbi bitirmişdir. 2022-ci ilin iyun ayının 27-də cavabdeh Sevinc Cavadova iki azyaşlı qızları Rüqəyyə və Rübabı götürüb evdən çıxıb getmişdir. Bildirir ki, o, ailə qurduqları xx.xx.1996cı ildən evdən çıxıb getdiyi xx.xx.2022-ci il il tarixədək heç bir yerdə işləməmişdir. Bu müddətdə 5 uşağın bütün saxlanması xərclərini iddiaçı özü çəkmişdir. Boşanma barədə məhkəməyə müraciət etdikdən sonra Fatimə adlı övladına iddiaçı özü baxır, onun bütün ehtiyaclarını ödəyir. Oğlu Mühəmməd və xx.xx.2004-cü il təvəllüdlü qızı Fatimə bu gün də iddiaçı ilə birlikdə yaşayır. Ailə münasibətlərinin pozulmasının başlıca səbəbi cavabdehin bir ər kimi iddiaçını saymaması, qızlara qarşı kobud davranması və onları döyməsi olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-863/2022 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X8 xx.xx.2022-ci il tarixdə təxminən saat 23:10 radələrində X4 qolundan 2-3 dəfə vurmuş və daha sonra dırnağı ilə hər iki əlinin üst nahiyyəsindən sıxaraq ona ağrı vermiş, onun haqqında xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, zərərçəkənlə barışdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 -ci maddəsi ilə başlanmış inzbati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9.-cu maddəsinə əsasən xitam verilmişdir. Cavabdeh Sevinc Cavadovaya iki azyaşlı qızına aliment göndərsə də, Fatiməyə görə ona aliment göndərməmişdir. Cavabdehin məhkəməyə müraciət etdiyi gündən əvvəl və ondan sonra da azyaşlı uşaqlarla evdən çıxıb getdiyi xx.xx.2022-ci il tarixədək evə bütün ərzaq məhsullarını aldığını və uşaqların bütün digər ehtiyaclarını ödəməyini məhkəmədə oğlu Mühəmməd və qızı Fatimə təsdiq edəcəkdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 196547 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək X7 aid hissədə X3 1600 manat aliment borcu vardır. Qızı Fatimənin və oğlum Mühəmmədin hazırda iddiaçı ilə yaşaması qonşular tərəfindən tərtib olunmuş MİS tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli arayışıla təsdiq olunur. İlkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi mediatorun xx.xx.2022-ci il tarixli arayışı ilə təsdiq olunur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 02 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2004-cü il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə, 300 manat sabit pul məbləğində alimentin ondan tutulub cavabdehə verilməsi qət edilmişdir. Qızı Fatiməyə özünün baxdığını, iddiaçını icra idarəsindən çağıranda da icra məmuruna Fatimə adlı övladına baxdığını və alimenti buna görə ödəmədiyini bildirmişdir. X9 və X6 da ehtiyaclarını qarşılamışdır. Qeyd etdi ki, hələ nikah pozularkən hakim cavabdehdən aliment tələbinin olub-olmadığını soruşmuş, cavabdehin isə aliment tələbi olmamışdır. 2 ay sonra isə cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Ümumiyyətlə, iddiaçı cavabdehə uşaqlara baxdığını bildirərək aliment tələbi ilə məhkəməyə müraciət etməsinə gərək olmadığını demişdir. 2022-ci ilin iyun ayında isə cavabdeh iki uşaqla birlikdə evdən çıxıb getmişdir. Belə ki, cavabdehin Cavadova Fatimə ilə maraqlanmadığını, onun bütün tələbatlarını özünün qarşıladığını bildirdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh 2022-ci ilin iyun ayında 2 azyaşlı uşağı ilə birlikdə evdən çıxıb getmiş, 6 ay ərzində cavabdehin 2 uşaqla birlikdə harada yaşaması barədə məlumatı olmamışdır. Habelə bildirdi ki, inzibati xəta haqında işlər üzrə məhkəmə prosesləri olmuş, həmin inzibati xəta haqqında işlərdən birində Cavadova Fatimə anasını yəni cavabdehi bağışlamış, bununla da inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Digar işdə isə zərərçəkən şəxs cavabdeh olmuş, cavabdeh qızı Fatiməni bağışlamamışdır. Buna görə də Cavadova Fatimə barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həmin cərimə iddiaçı tərəfindən ödənilmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflərin nikahı pozulub, nikahın pozulması barədə məhkəmə prosesi zamanı iddiaçı tərəfindən uşaqları olan Fatimənin onun yanında qalması barədə mübahisələndirmə olmamışdır. X19 özü də atasının yanında qalması ilə bağlı fikir bildirməmişdir. Cavabdeh 2022-ci ilin iyun ayından evdən getsədə, həmin tarixədək Fatimənin xəclərini qarşılamışdır. İddia tələbi əsassız olduğundan tələbin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən xx.xx.2004-cü il təvəllüdlü X13 ifadə verərək bildirdi ki, iddiaçı onun atası, cavabdeh isə anasıdır, anası ilə münasibəti yaxşı deyildir. Ailədə 5 uşaq olduqlarını, uşaqlıqdan bəri hamısı bir evdə yaşamışlar. 2021-ci ildə anası ilə atası arasında olan nikahın pozulması zamanı məhkəmə prosesində atasının yanında qaldığını bildirmişdir. Təxmini 6-7 aydır ki, anası balaca bacıları ilə bərabər evdən çıxıb getmişdir. Ailədəki 5 uşaqdan 1-i artıq evlənmişdir, qardaşı və özü atası ilə qalır, digər kiçik uşaqlar isə anası ilə birlikdə qalırlar. Aliment tələbi ilə bağlı məhkəmə prosesində də iştirak etdiyini, atası qət olunan qətnaməyə əsasən onun saxlanılması üçün 100 manat aliment ödəməli olsa da ödəməmişdir. Bunun səbəbi isə onun atasının yanında qalması olmuşdur. Həmçinin qeyd etdi ki, atası digər uşaqlarının da saxlanılmasına mütəmadi iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, anası onlarla maraqlanmır, alimenti də qəsdən tələb edir. Hazırda anasının yanında qalan 2 uşağın da atasını istədiyini bildirdi. Hazırda anasının yanında yaşayan uşaqlar cavabdeh tərəfindən qorxudulduğu üçün bacıları ilə görüşə bilmədiyini qeyd etdi. Həmçinin qeyd etdi ki, bacısı Fatimənin xərclərini həmişə atası çəkmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahidlərin fikilərini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: MŞB-5-03546 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəfin nümayəndələri ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli, 196547/07 saylı arayışdan görünür ki, borclu İddiaçı tələbkar Cavabdeh ümumilikdə 2870 manat aliment pulu ödəmiş, onun xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək X7 aid hissədə 1600 manat, digər iki uşağa aid hissədə idə 330 manat aliment borcu vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, 02 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016- cı il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, 300 manat miqdarında alimentin İddiaçı tutularaq X5 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3131/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3131/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Fatimə onunla yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-863/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə Fatimə Cavadova zərərçəkmiş şəxs olmuşdur o, Sevinc Cavadova ilə barışdığı üçün icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 02 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016- cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, 300 manat miqdarında alimentin İddiaçı tutularaq X5 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3131/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2022-ci ilin iyun ayında Cavabdeh Rüqəyya və Rübab adlı övladları ilə birlikdə yaşadıqları evdən çıxıb getmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə yetkinlik yaşına çatmayan Fatimənin saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, Fatimə atasının yanında qaldığı üçün, onun bütün xərclərini atası qarşıladığı üçün aliment iddiaçı tərəfindən ödənilməmişdir. Fatimə adlı övladının anası ilə münasibətinin yaxşı olmamasını onun özü təsdiq edir. İddiaçı Cavabdeh ümumilikdə 2870 manat aliment pulu ödəmiş, onun xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək X7 aid hissədə 1600 manat, digər iki uşağa aid hissədə idə 330 manat aliment borcu yaranmışdır. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76- cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı aliment təyin olunduğu xx.xx.2021-ci il tarixdən bu günədək xx.xx.2004-cü il təvəllüdlü qızı X1 ilə bağlı bütün xərcləri şəxsən özü çəkdiyinə görə Cavabdeh olan 1600 manat aliment borcunu ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2004-cü il təvəllüdlü qızı X1 ilə bağlı bütün xərcləri şəxsən özü çəkdiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə Cavabdeh olan 1600 manat aliment borcunu ödəməkdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-463/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-463/2023
19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver