Məhkəmə qərarları › İş №2(060)-4630/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4630/2023

28.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4630/2023 28.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 sentyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus iddia ərizəsində qeyd edilən cehiz əmlaklarının ona məxsus evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh məxsus iddia ərizəsində qeyd olunan cehiz əmlaklarının ona məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 21/17A, mənzil 7-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X5 21 oktyabr 2019-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları nikahın bağlanması haqqında akt qeydləri kitabında 2998 nömrə ilə qeyd olunmuşdur. Birgə nikahdan 28 yanvar 2020-ci il təvəlliidlü X6 və 07 may 2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə münasibətlər normal olsa da, sonradan münasibətlər korlanmış, cavabdeh birgə yaşadıqları ünvanı tərk edərək atasının yaşadığı ünvana getmişdir. Daha sonra 23 may 2021-ci il tarixdə onun yaşadığı evə qayıtmış və onlarla birlikdə yaşamağa başlamışdır. Təsadüf nəticəsində xx.xx.2021-ci il tarixdə cavabdehin telefonda gizli olaraq sevgi münasibətində olduğu müəyyən olunmuş, ona görə də oğlu ilə cavabdehin arasında olan nikah pozulmuşdur. Nikah pozulsa da, cavabdeh əmlaklarını hələ də onun evindən çıxarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bir neçə dəfə cavabdehə müraciət edərək cehiz əmlaklarının mənzildən çıxarılmasını tələb etsə də, cavabdeh onların xahişinə məhəl qoymamışdır. Halbuki ailə faktiki olaraq dağılmışdır, oğlu ilə cavabdeh arasında ər-arvad münasibəti mövcud deyildir. Ona görə də məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, artıq onlarla heç bir ailə bağlılığı qalmayan cavabdehə məxsus cehiz əşyalarının onun evində qalması düzgün deyil. Cavabdehin cehiz əşyaları mənzilində xeyli yer tutmaqla onun öz evində rahat yaşamağına imkan vermir. Cavabdehə məxsus cehiz əşyaları aşağıdakılardan ibarətdir: Qonaq dəsti: Künclük 2, Kamot, Stol Stul-6, Künclük divan, Şurbalı stol, yataq dəsti: Taxt, Şfaner, Termo, Tumbuçka - 2 ədəd, Taxt Sandıq, Xalça 2 ədəd, lustur, soyuducu, ət çəkən maşın, qazan dəsti 5 ədədli, qazan dəsti 4 ədədli, şirəli çaydan - 1 ədəd, çəmadan qaşıq dəsti, tozsoran, qaşıq naboru mətbəx, nəlbəki - 10 ədəd, xurustal stəkan - 5 ədəd, külqabı - 1 ədəd, meyvə qabı - 5 ədəd, ləbləbi qabı 3 mərtəbə, sadə ləbləbi qabı - 2 ədəd, konfet qabı - 3 ədəd ( 1 böyük, 2 xırda), mürəbbə qabı - 2 ədəd, qrafinka 6 stəkanlı, madonna stəkan 11 ədəd ( sok stəkanı), araq stəkanı- 6 ədəd, bəzəkli sok stəkanı - 11 ədəd, çaşka - 11 ədəd, çaşkanın nəlbəkisi 8 ədəd, dəm çayniki – 1, kofe çaşka - 11 ədəd, obedni dəst, mişka st - 1 ədəd, pərdə tül — 2 ədəd, pərdə qolu - 2 cüt, ütü - (ütü altı - 1 ədəd), padnus - 3 ədəd, süfrə - 2 ədəd, hamam məhrəba - 2 ədəd, əl-üz məhrəba - 3 ədəd, çay məhrəba - 3 ədəd, çuxol - 2 ədəd, prastina - 2 ədəd, taxt üz 1 ədəd, taxt döşək - 1 ədəd, taxt yorğanı - 1 ədəd, taxt yastıq - 2 ədəd, sintifon yastıq - 2 ədəd. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı əmlakların evdən çıxarılması barədə iddia qaldırmışdır. İlk əvvəl qeyd edir ki, iddiaçı məhkəmədən əvvəl mediasiya prosesinin keçirilməsi üçün müraciət etməmişdir, bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı əmlakların siyahısını düzgün yazmayıb, əmlakları iddia ərizəsində qeyd olunanlardan ibarət deyil. Digər əmlaklarının adları iddia ərizəsində qeyd olunmayıb. Bundan başqa o, mübahisəli mənzildə istifadə hüququ əldə etdiyindən həmin iddia təmin oluna bilməz. Həmçinin qeyd edir ki, himayəsində azyaşlı uşaq olduğundan məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, işə onun iştirakı olmadan baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, sözügedən mənzili 2010-cu ildə almış və cavabdeh 2018-ci ildə həmin evə gəlin gəlmişdir. Cavabdehin onun mənzilinə istifadə hüququ yaranmayıb, hətta cavabdehin onun mənzilində qeydiyyatı da yoxdur. Qeyd edir ki, cavabdeh oğlu ilə 5 il ailəli olub. Həmin müddətdə də cavabdehin gətirdiyi əmlaklar istifadə olunmuşdur. Cavabdeh uşaqları atıb evdən qaçıb gedən günü o, polis Bölməsinə getmişdir, polis əməkdaşları evdə olan bütün əşyaların şəklini çəkmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh cehiz əmlaklarını onun mənzilindən çıxarmamışdır. Cavabdeh 1 il 3 aydan sonra qayıdıb uşaqlarını da özü ilə aparmışdır. Hazırda nəvələri cavabdehlə yaşayır. Oğlu da hər ay uşaqların saxlanması üçün aliment ödəyir. Hesab edir ki, cavabdehin onun mənzilinə heç bir haqqı yoxdur, o, cehiz kimi gətirdiyi bütün əşyaları onun evindən çıxartmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 6231/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X5 ilə cavabdeh Alməmmədova (Mirzəyeva) Aydan Mobil qızı arasında Sumqayıt Asan Xidmət X4 xx.xx.2019-cu il tarixdə bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 2998 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 iddiaçı X3 yanında qalması qət edilmişdir. İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 21/17A, mənzil 7 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 249 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. İşdə olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan AZ-İ 440976 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının oğlu X5 ilə Cavabdeh xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikah münasibərtlərindən xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan iki övladları var. Alməmmədova (Mirzəyeva) Aydan Mobil qızı ailə qurduqdan sonra valideynləri tərəfindən ona verilmiş cehiz əmlaklarını –hazırkı iş üzrə iddiaçıl İddiaçı məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 21/17A, 7 saylı mənzilə yerləşdirmişdir. Bir müddət sonra tərəflər arasında ər-arvad münasibətləri Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6231/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh mənzili tərk etmiş, lakin onun cehiz əmlakları İddiaçı məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 21/17A, 7 saylı mənzildə qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.2) Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin qanuni əsasları vardır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 21/17A, 7 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh ailə qurarkən qaynatasına məxsus mənzilə köçməklə həmin mənzilə istifadə hüququ yaranmamışdır. Hal-hazırda cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus evdə yerləşir. İddiaçı cavabdehdən məhkəmədənkənar qaydada həmin əşyaların çıxarılmasını tələb etmiş, cavabdeh həmin əşyaları evdən könüllü çıxarmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehə məxsus əmlakların iddiaçıya məxsus mənzildə qalması onun mənzil və mülkiyyət hüquqlarına maneə yaradır. Belə olan halda Cavabdeh məxsus cehiz əmlaklarının İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 21/17A, 7 saylı mənzildən çıxarılması barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh məhkəməyə ünvanladığı ərizəsində ona məxsus cehiz əmlaklarının adlarının düzgün yazılmadığını və bütün cehiz əmlaklarının qeyd edilmədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus - Qonaq dəsti: Künclük 2, Kamot, Stol, Stul-6, Künclük divan, Şurbalı stol, yataq dəsti: Taxt, Şfaner, Termo, Tumbuçka - 2 ədəd, Taxt Sandıq, Xalça 2 ədəd, lüstur, soyuducu, ət çəkən maşın, qazan dəsti 5 ədədli, qazan dəsti 4 ədədli, şirəli çaydan - 1 ədəd, çamadan qaşıq dəsti, tozsoran, qaşıq naboru mətbəx, nəlbəki - 10 ədəd, xrustal stəkan - 5 ədəd, külqabı - 1 ədəd, meyvə qabı - 5 ədəd, ləbləbi qabı 3 mərtəbə, sadə ləbləbi qabı - 2 ədəd, konfet qabı - 3 ədəd (1 böyük, 2 xırda), mürəbbə qabı - 2 ədəd, qrafinka 6 stəkanlı, madonna stəkan 11 ədəd (sok stəkanı), araq stəkanı- 6 ədəd, bəzəkli sok stəkanı - 11 ədəd, çaşka - 11 ədəd, çaşkanın nəlbəkisi 8 ədəd, dəm çayniki – 1, kofe çaşka - 11 ədəd, obedni dəst, mişka st - 1 ədəd, pərdə tül — 2 ədəd, pərdə qolu - 2 cüt, ütü - (ütü altı - 1 ədəd), padnus - 3 ədəd, süfrə - 2 ədəd, hamam məhrəba - 2 ədəd, əl-üz məhrəba - 3 ədəd, çay məhrəba - 3 ədəd, çuxol - 2 ədəd, prastina - 2 ədəd, taxt üz 1 ədəd, taxt döşək - 1 ədəd, taxt yorğanı - 1 ədəd, taxt yastıq - 2 ədəd, 2 ədəd sintifon yastıqdan ibarət cehiz əmlakları İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 21/17A, 7 saylı mənzildən çıxarılması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus - Qonaq dəsti: Künclük 2, Kamot, Stol, Stul-6, Künclük divan, Şurbalı stol, yataq dəsti: Taxt, Şfaner, Termo, Tumbuçka - 2 ədəd, Taxt Sandıq, Xalça 2 ədəd, lüstur, soyuducu, ət çəkən maşın, qazan dəsti 5 ədədli, qazan dəsti 4 ədədli, şirəli çaydan - 1 ədəd, çamadan qaşıq dəsti, tozsoran, qaşıq naboru mətbəx, nəlbəki - 10 ədəd, xrustal stəkan - 5 ədəd, külqabı - 1 ədəd, meyvə qabı - 5 ədəd, ləbləbi qabı 3 mərtəbə, sadə ləbləbi qabı - 2 ədəd, konfet qabı - 3 ədəd (1 böyük, 2 xırda), mürəbbə qabı - 2 ədəd, qrafinka 6 stəkanlı, madonna stəkan 11 ədəd (sok stəkanı), araq stəkanı- 6 ədəd, bəzəkli sok stəkanı - 11 ədəd, çaşka - 11 ədəd, çaşkanın nəlbəkisi 8 ədəd, dəm çayniki – 1, kofe çaşka - 11 ədəd, obedni dəst, mişka st - 1 ədəd, pərdə tül — 2 ədəd, pərdə qolu - 2 cüt, ütü - (ütü altı - 1 ədəd), padnus - 3 ədəd, süfrə - 2 ədəd, hamam məhrəba - 2 ədəd, əl-üz məhrəba - 3 ədəd, çay məhrəba - 3 ədəd, çuxol - 2 ədəd, prastina - 2 ədəd, taxt üz 1 ədəd, taxt döşək - 1 ədəd, taxt yorğanı - 1 ədəd, taxt yastıq - 2 ədəd və 2 ədəd sintifon yastıqdan ibarət cehiz əmlakları İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 21/17A, 7 saylı mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar