Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4704/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh (üçüncü şəxslər ünvan 1qayıt Şəhər 1 saylı Dövlət Notariat Ofisi və AR İN-nin ƏMDX DƏDRX X1 2 saylı ünvan 1qayıt Ərazi İdarəsi) qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh (üçüncü şəxslər ünvan 1qayıt Şəhər 1 saylı Dövlət Notariat Ofisi və AR İN-nin ƏMDX DƏDRX X1 2 saylı ünvan 1qayıt Ərazi İdarəsi) qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1qayıt şəhəri, 6-ci mikrorayon, ev 35 mənzil ünvanında yerləşən, sahəsi 65.3 kv.m olan 80 saylı mənzilin Cavabdeh bağışlanmasına dair ünvan 1qayıt şəhər 1 saylı DNK-da bağlanmış 21 avqust 2022-ci ildə bağlanmış 4ə- 328 reyestr nömrəli bağışlama müqaviləsinin ləğvi və həmin müqavilə əsasında AR İN-nin DƏK DƏDRX 2 saylı ünvan 1qayıt ərazi idarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1qayıt şəhəri, 6-cı mikrorayon, ev 35 mənzil ünvanında yerləşən, sahəsi 65.3 kvadrat metr olan 80 saylı mənzil üzərində onun mülkiyyət hüquqları xx.xx.2020-ci ildə qeydə alınmış və adına çıxarış verilmişdir. O 2022ci ilin avqust ayında bu mənzili satmaq istəmiş, lakin cavabdeh olan anası mənzilin satılmasına razı olmamış və həmin mənzili onun adına rəsmiləşdirməyini, 10 ay müddətində isə mənzilin razılaşdırılmış dəyərini – 140000 manat məbləğində ona pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu barədə ona yazılı iltizam vermiş, o da ona inanaraq ünvan 1qayıt şəhər 1 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlamaqla həmin mənzili ona bağışlamış və sonuncu da öz adına çıxarış almışdır. Lakin cavabdeh vəd verdiyi kimi ona keçən 10 ay müddətində mənzilin razılaşdırılmış dəyərini – 140000 manatı ödəməmiş və götürdüyü öhdəliyə əməl etməmişdir. Bu müqavilə aralarında əldə edilmiş öhdəlik üzərində qurulmuş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün belə hesab edir ki, bağışlama müqaviləsi və onun əsasında cavabdehin adına DƏDRX 2 saylı ünvan 1qayıt Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv olunmalıdır. Cavabdeh özü də yazılı iltizam verməklə ona həmin mənzilin bağışlanması müqabilində 140000 manat pul verəcəyini öhdəsinə götürmüş və həmin qəbzdə o da qeyd olunmuşdur ki, əgər bu vəsait ödənməzsə o bağışlama müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət edə bilər. Cavabdeh 13 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ilə tanışdır. Onun ərizəsində göstərdiyi bütün hissələr ilə tamamilə razıdır. İddiasının isə təmin olunmasına heç bir etirazı yoxdur. Çünki, oğlu yəni iddiaçı həmin mənzili öz əziyyəti hesabına kreditlə almış və neçə illər idi ki, onu ödəmiş və mülkiyyətinə keçirtmiş, daha sonra isə onun adına bağışlanma etmişdir. O da bunun müqabilində ona Bakıda yerləşən torpaq sahəsini sataraq pul ödəməli idi. Lakin istəkləri alınmamış və səhhətində yaranmış ciddi problem səbəbi ilə həmin torpaqdan əldə etdiyi pullardan əlavə iddiaçı belə onun əməliyyatlarına əlavə olaraq 10 min dollar pul ödəmişdir. O övladından çox razıdır. Mübahisəli mənzil də onun halal zəhmətidir. Qeyd olunanlara əsasən oğlu İddiaçı iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 26 oktyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə prosesi 29 sentyabr 2023-cü il tarixə təyin olunmuş və onda təhsili ilə əlaqədar olaraq 15 sentyabr 2023-cü il tarixindən Rusiya Federasiyasına ordan da 1 il müddətinə Norveç dövlətinə gedir. Bu əsasla da heç bir məhkəmə prosesində iştirak edə bilməyəcəkdir. Sonuncu məhkəmə prosesi baxış iclası olaraq xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Qarşı tərəf ilə razılaşmanı və ölkədə olmamağını nəzərə alaraq vermiş olduğu iddianın onun iştirakı olmadan baxılması və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ünvan 1qayıt Şəhər 1 saylı Notariat Ofisi 06 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs AR İN-nin DƏK DƏDRX 2 saylı ünvan 1qayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, o və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: ünvan 1qayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim A.Behbudova) İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi tələbi barədə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılması (pretenziya qaydasına əməl olunmaması əsası ilə), İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunması, İddiaçı xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə ünvan 1qayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüünvan 1u dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılması, qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ünvan 1qayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. ünvan 1qayıt Şəhər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, ünvan 1qayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 4704/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, İddiaçı ünvan 1qayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4704/2023 nömrəli qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə ünvan 1qayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ünvan 1qayıt Apellyasiya Məhkəməsinin 2(105)-1640/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı şikayətinin qismən təmin edilməsi, ünvan 1qayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il və 18 iyul 2023-cü il tarixli qərardadlarının ləğv edilməsi, şikayətin icraata götürülməsi barədə məsələnin qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər yenidən müzakirə edilməsi üçün mülki işin ünvan 1qayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Notariat işinin materiallarında olan 21 avqust 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 1qayıt şəhəri, 6-cı mikrorayon, ev 35M, mənzil 80, yeni qaydalarla: AZ 5001, ünvan 1qayıt şəhəri, Gənclik küçəsi, 25, M12, m3 ünvanında yerləşən, ümumi sahəsi 65.3 kvadrat metr olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni hədiyyə alan Cavabdeh mülkiyyətinə vermişdir. Notariat işinin materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı ünvan 1qayıt şəhəri, 6-cı mikrorayon, b. 35M, m.80 ünvanında yerləşən mənzil növündə daşınmaz əmlakı xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə rəsmiləşdirmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 393 nömrəli kitabın 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ünvan 1qayıt şəhəri, 6-cı mikrorayon, ev 35M, mənzil 80, yeni qaydalarla: AZ 5001, ünvan 1qayıt şəhəri, Gənclik küçəsi, 25, M12, m3 ünvanında yerləşən, ümumi sahəsi 65.3 kvadrat metr olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni hədiyyə alan Cavabdeh mülkiyyətinə vermişdir. Hal-hazırda iddiaçı həmin bağışlama müqaviləsinin ləğvi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.1,337.3-337.5-ci maddələrinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (339.3). Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (339.4). Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir (339.5). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlanmaqdan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.2.2-ci maddəsinə əsasən vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyəalan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyə qaytarmağa borcludur. Məhkəmə bu normalardan çıxış edərək və işin araşdırılması nəticəsində belə qənaətə gəlir ki, barəsində mübahisə edilən mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanması barədə bağışlama müqaviləsi, habelə həmin müqavilə əsasında verilmiş hüquq verən çıxarışın ləğv edilməsinə heç bir hüquqi əsas yoxdur. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən, fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir (bənd 1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarından və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan isə müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh arasında mübahisəli mənzilə dair olan bağışlanma müqaviləsi “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlərə əməl edilməklə həyata keçirilmiş və bağışlanma müqaviləsinin nəticələri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əməl olunmaqla bağışlanma müqaviləsi yalnız formal mülahizələrə əsasən ləğv oluna və müvafiq olaraq həmin müqavilə əsasında verilmiş çıxarış ləğv edilə bilməz. Mübahisənin məhkəmədən kənar həlli ilə bağlı tərəflərə pretenziya qaydalarına əməl edilməsi ilə bağlı iddia ərizəsi geri qaytarılmış, apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə qiymət verilmişdir. Məhkəmənin qənaətinə görə mübahisənin məhkəmədən kənar həllinin mövcudluğu mümkün olduğu halda məhkəmənin hansı mübahisəni həll etməsi aydın olmayaraq iddianın əsassız olması qənaətinə gəlməsinə əsas verir. Yəni iddiaçının hər iki tərəfin razılıqlarının olmasına istinad etməklə bildirdiyi hüquqi əsası Notariat ofisində yenidən bağışlamaqla əvvəlki vəziyyətinə qaytarılmasında maneçilik görmür. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmətərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaqvə təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil. Ona görə də iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ünvan 1qayıt şəhəri, 6-ci mikrorayon, ev 35m ünvanında yerləşən, sahəsi 65.3 kv.m olan 80 saylı mənzilin Cavabdeh bağışlanmasına dair ünvan 1qayıt şəhər 1 saylı DNK-da bağlanmış 21 avqust 2022-ci ildə bağlanmış 4ə-328 reyestr nömrəli bağışlama müqaviləsinin ləğvi və həmin müqavilə əsasında AR İN-nin DƏK DƏDRX 2 saylı ünvan 1qayıt ərazi dairəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinəuyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234- 234və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddiaçı ünvan 1qayıt şəhəri, 6-ci mikrorayon, ev 35m ünvanında yerləşən, sahəsi 65.3 kv.m olan 80 saylı mənzilin Cavabdeh bağışlanmasına dair ünvan 1qayıt şəhər 1 saylı DNK-da bağlanmış 21 avqust 2022-ci ildə bağlanmış 4ə-328 reyestr nömrəli bağışlama müqaviləsinin ləğvi və həmin müqavilə əsasında AR İN-nin DƏK DƏDRX 2 saylı ünvan 1qayıt ərazi dairəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüünvan 1u özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ünvan 1qayıt Şəhər Məhkəməsi vasitəsi ilə ünvan 1qayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361- 363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4704/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4704/2023
06.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver