Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4964/2024 11.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə tərəflərə dair məlumatların yoxlanılması zamanı müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi mənzil 7-də, Cavabdeh isə Zəngilan rayonu, Yenikənd Ərazi D, Yenikənd kəndində qeydiyyatdadır. Göründüyü kimi iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırki iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Hansı ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir və iddia ərizəsinə ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı deyildir. Ona görə də ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə, forma və məzmununa riayət edilməməklə məhkəməyə verildiyindən məhkəmə icraatı qeyri-mümkündür və ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri hakim geri qaytarır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3, 149-152 və 263-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə və ya Zəngilan Rayon Məhkəməsinə müraciət etmək hüquqi vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4964/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4964/2024
11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver