Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5024/2025 30.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-486/2025 saylı qərardadı ilə xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment məbləğini azaltmaqla alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,4 misli (160 manat) məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2015-ci ildə qeyrirəsmi ailəli olmuş, tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X7 adında bir övladları var. Məhkəmə qətnaməsi əsasında atalıq faktı təsdiq edilmiş və iddiaçıdan X1 üçün xx.xx.2017-ci il tarixli qətnaməyə əsasən 136,60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 486/2025 saylı qərardadına əsasən alimentin indeksasiyası aparılmaqla qət edilmiş aliment məbləği minimum əmək haqqı məbləğinin 1,18 misli miqdarında, yəni 472 manat olmuşdur. İddiaçı 2007-ci ildən Gürcüstan vətəndaşı Qasımova Ruhiyə ilə ailə qurmuş və xx.xx.2016-cı ildə nikahlarını rəsmiləşdirmişlər. Onların xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X9 adlarında övladları var. İddiaçı əmək qabiliyyətsiz olmaqla işləmir, 2-ci dərəcəli əlildir, bundan başqa iddiaçıya əlilliyə görə təyin edilmiş əmək pensiyası 421,45 manat təşkil edir. Ailə üzvlərinin heç biri işləmir, ailənin yeganə gəliri dövlətdən aldığı pensiyadır. İddiaçının valideynləri ağır formada şəkər xəstələri olmaqla işləmirlər. Məhkəmə qətnaməsi ilə qət edilmiş alimenti çətinliklə ödədiyi halda məhkəmə tərəfindən aparılmış indeksasiya iddiaçının ağır olan maddi vəziyyətini daha da kritik bir hala salmışdır, belə ki, alimentin məbləği indeksləşdirilməklə elə bir məbləğ olmuşdur ki, bu iddiaçının aldığı əlillik pensiyasından da 51 manat çoxdur. Odur ki, iddiaçı aliment məbləğinin azaldılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-486/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tələbkar Cavabdeh aliment məbləğinin indeksasiyasına dair ərizəsi qismən təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq 12 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 16758/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan əlilliyə görə 421,45 manat (dörd yüz iyirmi bir manat qırx beş qəpik) məbləğində əmək pensiyası alır. - AZ İİ № 109351 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Kasumova Rukhia arasında xx.xx.2016-cı ildə Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmış və 1168 nömrəsi ilə akt qeydi tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və Cavabdeh 12 fevral 2016-cı il təvəllüdlü X8 adlı övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-486/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tələbkar Cavabdeh aliment məbləğinin indeksasiyasına dair ərizəsi qismən təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq 12 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16758/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunmuşdur. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-486/2025 saylı qərardadı ilə xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment məbləğini azaltmaqla alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,4 misli (160 manat) məbləğində müəyyən olunmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıə sas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşdən görünür ki, hazırda iddiaçı uşağa görə faktiki ödədiyi aliment 472 manat təşkil edir. Onun təqdim etdiyi arayışa görə aylıq olaraq əlilliyə görə 421,45 manat əmək pensiyası alır. İddiaçı özünün ailə və ya maddi vəziyyətində mənfiyə doğru dəyişiklik barədə sübut təqdim etməsə də, işin faktiki hallarından görünür ki, Cavabdeh aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə verərkən alimentin miqdarının ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,7 misli miqdarına (280 manat) qaldırılmasını məqbul hesab etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-486/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2025-ci il tarixdən başlayaraq 12 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 16758/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materiallarından göründüyü kimi İddiaçı aylıq qazancı əlilliyə görə aldığı 421,45 manat əmək pensiyasıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıdan tutulan alimentin bu həddə qaldırılması onun gəlirlərinə uyğun deyil. Buna görə də alimentin məbləğinin azaldılması barədə onun iddiası qismən əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16758/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş, 8(060)-486/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılmalı, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmənin fikrincə, iddianın bu şəkildə təmin edilməsi həm tərəflərin maddi vəziyyətlərinə, həm də azyaşlının mənafelərinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, bu miqdarda alimentin tutulmasının əvvəli, hazırki qətnamə qanuni qüvvəsini aldığı tarix qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16758/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş, 8(060)-486/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılsın. Hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-5024/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5024/2025
30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver