Məhkəmə qərarları › İş №2(060)-5132/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5132/2020

19.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5132/2020 19.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı xx.xx.2016-cı il tarixli və ********* saylı xx.xx.2016-cı il tarixli payçı müqavilələrinin ləğv edilməsi və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metrdən ibarət 2 otaqlı 207 və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv. metrdən ibarət 2 otaqlı 208 saylı mənzillərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı xx.xx.2016-cı il tarixli və ********* saylı xx.xx.2016-cı il tarixli payçı müqavilələrinin ləğv edilməsi və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metrdən ibarət 2 otaqlı 207 və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv. metrdən ibarət 2 otaqlı 208 saylı mənzillərdən Cavabdeh və onun ailə üzvləri X2 və X1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metr-dən ibarət 2 otaqlı 207 saylı və Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv. metrdən ibarət 2 otaqlı 208 saylı mənzillərini almaq üçün Cavabdeh ilə Maraqlı şəxs2 ASC Sumqayıt filialı arasında xx.xx.2016-cı il tarixli 3-xx-xx-2016-QR-S2 № li və xx.xx.2016-cı il tarixli 3-xx-xx-2016-QR-S2 № li iki ayrı-ayrı təminatlı kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdehə ayrı 57.600.00 ( əlli yeddi min altı yüz ) və 53.500.00 (əlli üç min beş yüz ) manat məbləğində kredit üzrə faizləri hər ayın 25-dən gec olmayaraq, 240 ay müddətinə kredit verilmişdir. Cavabdeh, İddiaçı MTK və Maraqlı şəxs2 ASC arasında bağlanmış olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqavilələrinə əsasən aldığı kredit vəsaitlərini hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələr ilə cavabdeh müqavilədə nəzərdə tutulan kredit vəsaitlərindən istifadə etmişdir. Lakin uzun müddətdir ki, cavabdeh artıq ev üçün heç bir ödəniş etməmişdir. Belə ki, cavabdeh 207 saylı mənzil üçün son ödənişi xx.xx.2019-cu il tarixdə etmişdir, 250 gün gecikməsi yaranmışdır və həmin mənzilə hal-hazırki borcu 4500 AZN və 208 saylı mənzili üçün son ödənişi xx.xx.2020-ci il tarixdə etmişdir, 330 gün gecikməsi yaranmışdır və bu mənzilin üçün borcu 5000 AZN, ümumilikdə borcu isə 9500 AZN təşkil edir. Bununla əlaqədar olaraq Maraqlı şəxs2 ASC MTK-ya və cavabdehə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metr-dən ibarət 2 otaqlı 207 saylı mənzilə dair PK- İİ-077 saylı, xx.xx.2020-ci il tarixli və Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv. metr-dən ibarət 2 otaqlı 208 mənzilinə dair isə PK- İİ- 0554 saylı, xx.xx.2019-cu il tarxili kreditinə tutmanın yönəldilməsi haqqında iki ayrı bildirişlər göndərmişdir. Həmçinin müqavilələrin 4.2.7-ci bəndində də qeyd edilmişdir ki, payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya Maraqlı şəxs2 ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu zaman MTK Maraqlı şəxs2 ASC və payçı arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirir. Bundan başqa eyni müqavilənin 8.11-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni bir tərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda MTK həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır. Yuxardakılara əsasən payçı müqavilələri ləğv edilməli, mənzillər dərhal boşaldılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (poçt bildirişinin təqdim edilməsi barədə SS668934965AZ saylı xəbərnaməyə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv. metrdən ibarət 2 otaqlı 208 saylı mənzil almışdır. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metr-dən ibarət 2 otaqlı 207 saylı mənzil almışdır. İşdə olan xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 2 otaqlı 208 saylı mənzil üçün 53500 AZN borc xx.xx.2016-cı il tarixdə müştəriyə verilmiş kredit hesabına tam ödənilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 2 otaqlı 207 saylı mənzil üçün 57600 AZN borc xx.xx.2016-cı il tarixdə müştəriyə verilmiş kredit hesabına tam ödənilmişdir. Maraqlı şəxs2 ASC tərəfindən İddiaçı MTK-ya və Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metr-dən ibarət 2 otaqlı 207 saylı mənzilə dair PK- İİ-077 saylı, xx.xx.2020-ci il tarixli və Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv. metr-dən ibarət 2 otaqlı 208 mənzilinə dair isə PK- İİ- 0554 saylı, xx.xx.2019-cu il tarxili kreditinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərərək bildirmişdir ki, tələb olunan müddətdə borcu ödəməyəcəyi təqdirdə ona qarşı bankla aralarında bağlanmış xx.xx.2016-cı il tarixli 3-xx-xx-2016-QR-S2 N-li X3 və Zaminlik Müqaviləsinin ləğv edilməsi (müqavilələr ləğv edildikdə istifasində olan "İddiaçı" MTK-dan aldığı mənzillər boşaldılaraq Zaminə təhvil verilməlidir), barədə İddiaçı MTK-ya müraciət olunacaqdır. Zamin İddiaçı MTK-nın isə müqavilənin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı olan mənzilləri öz sahibliyinə keçirərək, Maraqlı şəxs2 ASC qarşısında borcu bağlamaq hüququna malikdir. "İddiaçı" MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1777 saylı arayışa əsasən Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinə əsasən Maraqlı şəxs2 ASC-yə 5200 AZN borcu və 295 gün gecikməsi yaranmışdır. Cavabdeh "İddiaçı" MTK-ya isə 840 AZN kommunal borcu və 7189 AZN debitor borcu yaranmışdır. Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinə əsasən isə Maraqlı şəxs2 ASC-yə 5880 AZN borcu və 385 gün gecikməsi yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli iki ədəd Payçı müqaviləsinə əsasən Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 10-cu mərtəbədə yerləşən 207 və 208 saylı mənzillər almışdır. Cavabdeh bir müddət ödəniş etsə də, sonradan ödənişləri dayandırmış, nəticədə iddiaçıya borcu yaranmışdır. Hazırda iddiaçı tərəflər arasında bağlanmış payçı müqavilələrinin ləğv edilməsini və mübahisəli mənzillərin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Tərəflər arasında bağlanmış payçı müqavilələrinin 4.2.7-ci maddəsinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "Maraqlı şəxs2" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında "MTK"xxxx"MTK" "Maraqlı şəxs2" ASC və “Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn "Payçı"-nın öhdəliklərini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə arasında bağlanmış payçı müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia həmin hissədə təmin edilməli, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı xx.xx.2016-cı il tarixli və ********* saylı xx.xx.2016-cı il tarixli payçı müqavilələri ləğv edilməlidir. Digər tərəfdən tərəflər arasında bağlanmış payçı müqavilələrinin 8.11-ci maddəsinə əsasən payçı tərəfindən "Maraqlı şəxs2" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrıayrılıqda 2 ay müddətində aparılmadıqda və ya lazmınca aparılmadıqda Payçı qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metrdən ibarət 2 otaqlı 207 saylı və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv. metrdən ibarət 2 otaqlı 208 saylı mənzillərdən Cavabdeh və onun ailə üzvləri X2 və X1 çıxarılması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı xx.xx.2016-cı il tarixli və ********* saylı xx.xx.2016-cı il tarixli payçı müqavilələri ləğv edilsin. Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metrdən ibarət 2 otaqlı 207 saylı mənzil və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv.metrdən ibarət 2 otaqlı 208 saylı mənzildən Cavabdeh, ailə üzvləri X2 və X5 ilə birlikdə çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar