Məhkəmə qərarları › İş №2(060)-5145/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5145/2023

27.07.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5145/2023 27.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, Kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: Kreditor "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Borclu xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı “Alqı-satqı Müqaviləsi” üzrə 1340 manat əsas borcun, 134 manat cərimənin və ödənilmiş 35 mant dövlət rüsumunun əvəzinin tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, imtina üçün əsasdır. Belə ki, iş materiallarından göründüyü kimi kreditorun öz ərizəsində əsaslandırdığı hallar barədə mübahisə vardır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduğuna görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.3, 279.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar