Məhkəmə qərarları › İş №2(060)-5167/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5167/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5167/2024 26.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinin cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Abşeron rayonu Ceyranbatan Bələdiyyəsi cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X2 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 noyabr 2023 il tarixdə Sumqayıt şəhər 4 saylı notariat idarəsində bağlanmış AN-İ ******* N- li alqı-satqı müqaviləsinin etibarsız sayılması və onun əsasında X1 adına verilmiş qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir. İddiaçı Abşeron rayonu Ceyranbatan Bələdiyyəsi iddia ərizəsində həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X2 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, mübahisələndirilən çıxarış iddia ərizəsinə əlavə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanına görə hazırki iddia ərizəsinə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində (ünvan: ünvan 2ikası MPM-in 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi cavabdeh qismində qeyd edilsə də, onun iddia ərizəsində qeyd edilən tələblərə aidiyyəti olması barədə ərizəyə hər hansı sənəd (alqı-satqı müqaviləsi və s.) əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinin cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddasinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinin cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X2 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar