Məhkəmə qərarları › İş №2(060)-5172/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5172/2023

22.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5172/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ HakimTanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlə birgə nikahdan anadan olmuş yetkinlik yaşma çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment, eləcə də uşağın hər ay müalicə və müayinə olunması üçün 300 (üç yüz) manat pulun Cavabdeh tutularaq İddiaçı qızna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı, Cavabdeh ilə xx.xx.2018ci ildə rəsmi nikaha daxil olmuşdurlar. Birgə nikahdan bir övladları - xx.xx.2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə artıq uzun müddətdir ayrı yaşayırlar. Lakin rəsmi nikahları pozulmayıb. Cavabdeh uşağına laqeyd yanaşır. Onun qayğısına qalmır. Uşaqla maraqlanmır, nə də onun saxlanılmasına köməklik etmir. Hətta uşaq ilə ünsiyyət qurmur, görüşünə belə gəlmir. Bir ata kimi heç bir vaxt övladına diqqət, ata qayğısı göstərməyib. O, tək qadındır. Uşaq günü-gündən böyüyür, onun ehtiyaclarını geyimlərini qarşılamaq artıq ona çox çətin gəlir. Atasının dəstəyinə ehtiyac vardır. Hal-hazırda işləmir. Uşaq böyüdükcə xərcləri çoxalır, bir ana kimi uşağının ehtiyaclarını qarşılaya bilmir. Cavabdeh isə məsuliyyətsizlik edir. Övladı ilə ümumiyyətlə maraqlanmır. Qeyd edir ki, övladı xəstədir, həkimlər isə bildirir ki, uşaq 4 yaşına çatanda xəstəliyinin proqnozunu deyə bilərlər. Hal-hazırda uşağın autizm xəstəliyinə tutulma ehimalının olduğunu həkimlər bildirir. Cavabdeh isə bu çətin anlarda belə övladının yanında deyil, heç bir köməklik etmir. Uşağın müalicə və müayinə xəsrcləri isə həttindən artıq bahadır. Hal-hazırda uşağın müalicəsi ilə ciddi məşğul olmasa da, gələcəkdə uşağın xəstəliyi ilə əlaqədar problemləri çoxalar. Uşaq günü-gündən müalicəsi vaxtında olunmasa geriləyir. Həkimlər isə artıq nitq geriliyinin olduğunu bildirir. Bütün bunları nəzərə alaraq uşağın alimentlə təmin olunması üçün məhkəməyə müarciət etmək qərarına gəldi. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, qaynanası onu Saatlı rayonuna qeydiyyata salıb. Qeydiyyat ünvanının dəyişdiriməsi üçün müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə əsasən) bildiriş göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş baxılması üçün aidiyyatı Saatlı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsinə versə də, iddia ərizəsindən görünür ki, Cavabdeh Saatlı rayonu, M.S.ünvan 2 ünvanında yaşayır. Azərbaycan Respublikası MPM-in 36.5-ci maddəsinin tələbinə görə iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlara əsasən İddiaçı da ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, məhkəmə işi iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi aidiyyəti üzrə Saatlı rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim həmin Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar