Məhkəmə qərarları › İş №2(060)-5215/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5215/2020

06.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5215/2020 06.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ HakimTanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2nа qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X3 və Cavabdeh2nа qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3047/2020 saylı, xx.xx.2020-ci il tarixli və Qəbələ Rayon Məhkəməsinin 2(025)-964/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamələri ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2003-cü təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay qazancının yarısı miqdarında, yəni 289,22 manat (iki yüz səksən doqquz manat 22 qəpik) alimentin tutularaq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilməsi, xx.xx.2003-cü təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı əmək haqqının yarısının 1/3 hissəsi - 96,40 manat (doxsan atı manat 40 qəpik) tutularaq Cavabdeh1 verilməsi, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay İddiaçı əmək haqqının yarısının 2/3 hissəsi (hər uşağa 1/3 hissəsi) - 192,80 manat (bir yüz doxsan iki manat 80 qəpik) tutularaq Cavabdeh2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlmədikləri üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X3 və Cavabdeh2nа qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar