Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5220/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X6 İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə” dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 01.07.2013-cü il təvəllüdlü Səlimzadə Eldar Elbrus oğlu və 22.11,2018ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşağa görə tutulan 170 (yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində alimentin məbləğinin azaldılaraq hər ay hər uşağa görə 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək göstərdi ki, İddiaçı Cavabdeh ilə 29.09.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 01.07.2013-cü il təvəllüdlü Səlimzadə Eldar Elbrus oğlu və 22.11.2018-ci il təvəllüdlü X12 adlı iki övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5286/2020 saylı mülki iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment və maddi yardım tələbinə” dair iddiası qismən təmin edilərək 02.09.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı 01.07.2013-cü il təvəllüdlü Səlimzadə Eldar Elbrus oğlu və 22.11.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1082/2021 saylı mülki iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması tələbinə” dair iddiası təmin edilərək İddiaçı ilə Cavabdeh arasında 29.09.2012-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış 1608 nömrəli akt qeydli nikahın pozulması və boşanmadan sonra tərəflərin birgə nikahlarından anandan olmuş 01.07.2013-cü il təvəllüdlü Səlimzadə Eldar Elbrus oğlu və 22.11.2018-ci il təvəllüdlü X7 Cavabdeh yarımda qalması qət edilmişdir. İddiaçı 2018-ci ilin avqust ayından X10 ilə faktiki olaraq birlikdə yaşayır. Onların iki övladları vardır: 15.11.2019-cu il təvəllüdlü X13 və 05.03.2021-ci il təvəllüdlü X14. X4 əvvəlki nikahından iki övladı vardır: 18.08.2004-cü il təvəllüdlü X8 və 04.10.2005-ci il təvəllüdlü X11. İddiaçı hal-hazırda heç bir yerdə işləmir və heç bir əlavə gəlir yeri yoxdur. Himayəsində 4 övladı vardır. Faktiki olaraq birlikdə yaşadığı X10 N saylı hərbi hissədə rabitəçi vəzjfəsində işləyir. Aylıq əmək haqqısı 700 (yeddi yüz) manat təşkil edir. Bu məbləğ ilə dolanmaq eləcə də 4 uşağın gündəlik xərclərini qarşılamaq mümkün deyildir. Bu azmış kimi qeyd olunduğu kimi iddiaçı aylıq 340 (üç yüz qırx) manat aliment ödəyir. Alimenti ödəməkdə çətinlik çəkir. Alimentin hələ 7 aydır tutulmasına baxmayaraq artıq borc yaranmışdır. Bundan sonra da işləmədən və himayəsində ikisi azyaşlı olmaqla dörd uşaqla birlikdə aylıq 340 (üç yüz qırx) manat aliment ödəməyi heç cür mümkün deyildir. Cavabdeh Sumqayıt Dövlət Universitetində müəllimə vəzifəsində işləyir və kifayət qədər yüksək əmək haqqı alır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə nikahlarından olan 01.07.2013-cü il təvəllüdlü Səlimzadə Eldar Elbrus oğlu və 22.11,2018-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşağa görə tutulan 170 (yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində alimentin məbləğinin azaldılaraq hər ay hər uşağa görə 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, alimentin azaldılmasına razı deyil. Hətta hazırda ödənilən aliment məbləği uşağın saxlanılması üçün azdır. İddiaçı bu vaxta kimi ümumilikdə 2060 manat aliment ödəyib. İddiaçının 1340 manat aliment borcu vardır. Bundan əlavə uşaqlar böyüyür və böyüdükcə onların paltarına, digər xərclərinə görə lazım olan pul vəsaiti lazımdır. Özü işləsə də, çox az miqdarda maaş alır. Ona görə də hazırda iddiaçının belə bir iddia tələbinin irəli sürməsi onun uşağının saxlanılmasından boyun qaçırmasıdır. Göstərilənləri nəzərə alaraq, aliment məbləğinin azaldılmasına hər hansı bir zərurət olmadığını və iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassızdır və aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan AZ-İ № 677939 saylı, 13.10.2005-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 04.10.2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ata qrafasında-X9, ana qrafasında-X10 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ № 033791 saylı, 18.12.2007-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 18.08.2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ata qrafasında-X9, ana qrafasında-X10 qeyd edilmişdir. İş materiallarında olan AZ-İV № 577198 saylı, 31.03.2021-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X25 oğlu 05.03.2021-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ata qrafasında-İddiaçı, ana qrafasında-X10 qeyd edilmişdir. İş materiallarında olan AZ-İV № 383057 saylı, 10.12.2019-cu il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 15.11.2019-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ata qrafasında-İddiaçı, ana qrafasında-X10 qeyd edilmişdir. İş materiallarında AZ-İ № 387860 saylı, 31.03.2021-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı 05.03.2021-ci ildə X2 doğulmuş X5 atası hesab edilmişdir. İş materiallarında AZ-İ № 381825 saylı, 10.12.2019-cu il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı 15.11.2019-cu ildə X2 doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5286/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, 02.09.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı 01.07.2013-cü il təvəllüdlü Səlimzadə Eldar Elbrus oğlunun və 22.11.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1082/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, İddiaçı ilə Səlimova (Abbasova) Vəfa Vəli qızı arasında 29.09.2012-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış 1608 nömrəli akt qeydli nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olmuş 01 iyul 2013-cü il təvəllüdlü Səlimzadə Eldar Elbrus oğlu və 22 noyabr 2018-ci il təvəllüdlü X12 anası Cavabdeh yanında qalması qət edilmişdir. İş materiallarında olan İş yerinə dair arayışdan görünür ki, Cavabdeh Sumqayıt Dövlət Universitetində müəllim vəzifəsində çalışır və aylıq əmək haqqısı 600 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Cavabdeh ünlanladığı 01.07.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5286/2020 saylı, 02.10.2020-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 02.09.2020-ci il tarixdən başlayaraq 01.07.2013-cü il təvəllüdlü Səlimzadə Eldar Elbrus oğlunun və 22.11.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutularaq, ödənilməlidir. Hazırki icra materiallarına əsasən bu vaxta kimi İddiaçı tərəfindən cəmi 2060 (iki min altmış) manat aliment ödənilmiş, 1340 (bir min üç yüz qırx) manat aliment borcu qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 03.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 1, mənzil 24-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 03.05.2021-ci il tarixli arayışından görünür ki, Səlimova Elbrus Eldar oğlu Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 1, mənzil 24-də qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2021-ci il üçün “X18” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “X18” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumum uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyini və hazırki halda uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin atadan hər ay hər uşağa 100 manat məbləğində tutulmasının ananın marağını əhəmiyyətli dərəcədə pozacağını nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulması müəyyən olunmuş alimentin miqdarının azaldılması barədə iddiaçının tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri və 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edildiyini və 01.07.2013-cü il təvəllüdlü Səlimzadə Eldar Elbrus oğlu və 22.11.2018-ci il təvəllüdlü X7 Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinin tələblərinə əsasən, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun pozulması ilə nəticələnəcəyini nəzərə alaraq, məhkəmə İddiaçı Cavabdeh qarşı “Cavabdeh ilə birgə nikahlarından olan 01.07.2013-cü il təvəllüdlü Səlimzadə Eldar Elbrus oğlu və 22.11,2018-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşağa görə tutulan 170 (yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində alimentin məbləğinin azaldılaraq hər ay hər uşağa görə 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manat müəyyən edilməsi” barədə iddia tələbinin təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5220/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5220/2021
05.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver