Məhkəmə qərarları › İş №2(060)-5283/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5283/2025

14.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5283/2025 14.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X12 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 900/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında tutulan və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-316/2025 saylı qərardadı ilə indeksasiya olunmuş aliment məbləğinin hər ay hər uşağa 100 manat olmaqla, hər ay cəmi 200 manat pul məbləğinə dəyişdirilərək cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-316/2025 saylı qərardadı ilə tələbkar Cavabdeh iddiaçıya qarşı aliment məbləğinin indeksasiyasına dair ərizəsi təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X12 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 900/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində indeksasiya olunmuşdur. İddiaçı X2 ilə xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə yeni ailə qurmuşdur. Tərəflərin xx.xx.2020-ci ildə anadan olmuş X13 oğlu və xx.xx.2022-ci ildə anadan olmuş X3 adlı övladları var. Halhazırda həyat yoldaşı X2 Azərbaycan Respublikası “TƏBİB” PHŞ “3 nömrəli Ailə Sağlamlıq Mərkəzi” PHŞ-nin vermiş olduğu xx.xx.2025-ci il tarixli, 15 saylı arayışa əsasən hamilədir, Sumqayıt şəhəri 3 nömrəli ASM-də 34/35 həftəlik 3-cü hamiləliklə qeydiyyatdadır. Artıq 3-cü övladları olacaqdır. İddaçının yeganə qazanc mənbəyi əlilliyə görə aldığı aylıq 220 manat pensiyadır. Belə ki, iddiaçının bir gözü protezdir, ümumiyyətlə görmür, o birisi gözü isə görmə qabiliyyəti cəmi 30%-dir. Bundan başqa, ailə vəziyyəti olduqca ağırdır. Belə ki, iddiaçının anası X4 Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Sumqayıt Tibb Mərkəzi” Pİ İŞ 1 nömrəli Xəstəxana Poliklinika şöbəsinin vermiş olduğu xx.xx.2025-ci il tarixli, 170936 nömrəli sənədə əsasən, şəkər xəstəsi kimi qeydiyyatdadır və dövlət hesabına dərmanlarla təmin edilir. İddiaçının həmin pensiya məbləğimdən 130 manat aliment tutularaq hər ay Cavabdeh qızma ödənilir. Sağlamlıq durumunda problem olduğuna görə işə qəbul etmirlər. Pensiyasından qalan 90 manat hesabına özü, həyat yoldaşı və 2 uşağı dolanırlar. Xəstə anası da iddiaçı ilə birlikdədir. Həyat yoldaşı X2 hamilədir və 2 azyaşlı uşaqla olduğu üçün işləyə bilmir. Əvvəldən də işləməmişdir, evdar qadın olmuşdur. İddiaçının keçmiş arvadı Cavabdeh isə Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində müəllimə işləyir və ilk peşə-ixtisas təhsili müəssisəsində müəllimə vəzifəsində çalışır və aylıq əmək haqqı alır. İddiaçı Cavabdeh ilə rəsmi nikahları olmamış, faktiki nikah münasibətində olmuşlar. Faktiki nikah münasibətdən 22 sentyabr 2012-ci il təvəllüdlü X14 oğlu və 23 sentyabr 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2014-cü il tarixli, 2(060)- 1514/2014 saylı qətnaməsi ilə Cavabdeh iddiaçıya qarşı aliment tələbi barədə iddiası qismən təmin edilərək, 29 yanvar 2014-cü il tarixdən başlayaraq faktiki nikahlarından anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa 75 manat olmaqla, ümumilikdə 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. Qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 900/2014 saylı mülki iş üzrə 23 iyun 2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2014-cü il tarixli qətnaməsi dəyişdirilərək alimentin məbləği 65 manat müəyyən edilmişdir. Odur ki, iddiaçı aliment miqdarının azaldılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-316/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X12 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-900/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi (Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 900/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Quliyev Mehdi Eldar oğlunun apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2014-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdeh Quliyev Mehdi Eldar oğlundan xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 65 manat olmaqla, cəmi 130 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2012-ci il tarixdə doğulmuş X12 oğlunun və xx.xx.2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Cavabdeh verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.) əsasında tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində indeksasiya olunması qərara alınmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, İddiaçı müddətsiz İİ qrup əlildir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, İddiaçı İİ qrup əlilliyə görə 250 manat məbləğində müavinət alır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X12 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-900/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2014-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdeh Quliyev Mehdi Eldar oğlundan xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 65 manat olmaqla, cəmi 130 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2012-ci il tarixdə doğulmuş X12 oğlunun və xx.xx.2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonar Cavabdeh aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-316/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X12 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 900/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində indeksasiya olunması qərara alınmışdır. Hazırda İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-900/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında tutulan və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 316/2025 saylı qərardadı ilə indeksasiya olunmuş aliment məbləğinin hər ay hər uşağa 100 manat olmaqla, hər ay cəmi 200 manat pul məbləğinə dəyişdirilərək cavabdehin xeyrinə tutulmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıə sas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşdən görünür ki, hazırda iddiaçının iki uşağa görə faktiki ödədiyi aliment 496 manat təşkil edir. Onun təqdim etdiyi arayışa görə aylıq olaraq İİ qrup əlilliyə görə 250 manat müavinət alır. İddiaçı özünün ailə və ya maddi vəziyyətində mənfiyə doğru dəyişiklik barədə sübut təqdim etməsə də, işin faktiki hallarından görünür ki, Cavabdeh aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə verərkən alimentin miqdarının hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,625 misli miqdarına (250 manat) qaldırılmasını məqbul hesab etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-316/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,62 misli miqdarında tutulması qərara alınmışdır. İş materiallarından göründüyü kimi İddiaçı aylıq qazancı İİ qrup əlilliyə görə aldığı 250 manat məbləğindəki müavinətdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıdan tutulan alimentin bu həddə qaldırılması onun gəlirlərinə uyğun deyil. Buna görə də alimentin məbləğinin azaldılması barədə onun iddiası qismən əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-900/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş, 8(060)-316/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılmalı, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X12 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmənin fikrincə, iddianın bu şəkildə təmin edilməsi həm tərəflərin maddi vəziyyətlərinə, həm də azyaşlıların mənafelərinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, bu miqdarda alimentin tutulmasının əvvəli, hazırki qətnamə qanuni qüvvəsini aldığı tarix qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-900/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş, 8(060)-316/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılsın. Hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X12 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar