Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5293/2020 16.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqavilələrinin ləğvi və birgə nikah dövründə əldə edilmiş əmlaklardan payların müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “bağışlama müqavilələrinin ləğvi və birgə nikah dövründə əldə edilmiş əmlaklardan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, eləcə də ərizə ilə müraciət edərək mübahisə predmeti olan Sumqayıt şəhəri, 1-ci mkr, ev 122-də yerləşən 86 saylı mənzilin, Masallı şəhəri, Qarabağ küçəsi, 9 saylı binanın 43 saylı mənzilinin, Masallı şəhəri, H.Əliyev prospekti, 38a ünvanında yerləşən 4 saylı mənzilin üzərinə həbsin qoyulması və həmin mənzillərlə bağlı əməliyyatların aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsi və icra olunması üçün AR ƏMDK yanında DƏDRX-nə (Sumqayıt və Masallı ərazi idarələrinə) göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-5293/2020 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiadan imtina etməsinə dair məhkəməyə ərizə göndərdiyini və həmin ərizəni müdafiə etdiyini bildirdi, mülki iş üzrə icraata xitam verilməsini, eləcə də məhkəmə qərardadı ilə mübahisə predmeti olan mənzillər üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanunazidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 15-ci bəndində izah edilmişdir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “bağışlama müqavilələrinin ləğvi və birgə nikah dövründə əldə edilmiş əmlaklardan payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli və icraata xitam verildiyindən işüzrə qəbul edilmiş iddianı təmin etmək tədbiri barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-5293/2020 saylı qərardadı ilə görülmüş tədbirlər ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 266-269-cu maddələrinirəhbərtutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “bağışlama müqavilələrinin ləğvi və birgə nikah dövründə əldə edilmiş əmlaklardan payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-5293/2020 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb həll edilənədək, mülkiyyət hüququ ilə Cavabdeh məxsus Sumqayıt şəhəri, 1-ci mkr, ev 122-də yerləşən 86 saylı, Masallı şəhəri, Qarabağ küçəsi, 9 saylı binanın 43 saylı və Masallı şəhəri, H.Əliyev prospekti, 38a ünvanında yerləşən 4 saylı mənzillər üzərinə həbs qoyulması, həmin mənzillərlə bağlı hər hansı hərəkətləri etmək cavabdehə və başqa şəxslərə qadağan edilməsi növündə görülmüş iddianı təmin etmək tədbirləri ləğv edilsin. Qərardadın icrası AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt və 8 saylı X1 həvalə edilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlikedən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5293/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5293/2020
16.10.2020 · Müqavilələrin ləğv edilməsi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver