Məhkəmə qərarları › İş №2(102)-5370/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5370/2021

01.11.2021 · Müqavilələrin ləğv edilməsi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5370/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” barədə ilk, Cavabdeh1 İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” barədə qarşılıqlı İddiaçı cavabdehlər Cavabdeh1, Şahid2 və X3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə QƏRARDADİ iş № 2(102)-5370/2021 (Açar sözlər: iddiadan imtina edilməsi, icraat xitam verilməsi) 01 noyabr 2021-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və mə ruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-161/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi İddiaçı X9 cavabdeh X12, X13, X1 qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, (iddianın dəyişdirilmiş formasında) «Mercedes Benz G55» markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 55000 manat və «SPYDER» mar kalı 10-B-292 dövlət qediyyat nişanlı motosiklin satışından əldə olunmuş 12000 manat pulun yarısının cavabdehdən alınaraq ona verilməsi, cavabdehin adına qeydiyyatda olan «Nissan Teana» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair onunla Cavabdeh1 1/2 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X12 cavabdeh X5 qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddia verərək (iddianın dəyişdirilmiş formasında), birgə nikah dövründə "xxxx" ASC-də cavabdehin adına əmanət qoyulmuş və onun tərəfindən çıxarılmış 40695 ABŞ dollarının və 49800 manatın ½ hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) 22 iyul 2019-cu il tarixli, 2(004)- 3439/2019 saylı qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin olunmuşdur. İddiaçı X9 birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, qarşılıqlı iddianın təmin olunmamasını, «Mercedes Benz G55» markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 55000 manat və «SPYDER» markalı 10-B-292 dövlət qeydiyyat nişanlı motosikletin satışından əldə olunmuş 12000 manat pulun yarısının, yəni 33500 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Bununla yanaşı, iddiaçı X9 cavabdehlər X10, Şahid2 və X3 qarşı «müqavilələrin etibarsız hesab edilməsi, payın müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) Bakı şəhəri Yasam al Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş 2008-ci il buraxılışlı, WDCYR70F77X169319 ban nömrəli, «Mercedes Benz G55» markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Şahid2 arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli və 2010-cu il buraxılışlı 2BXJAEC11AV000140 şassi nömrəli «Spyder» markalı 10 B 292 dövlət qeydiyyat nömrə nişanlı motosiklətə dair Cavabdeh1 ilə Şahid2 arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli, habelə həmin nəqliyyat vasitələri barədə X7 ilə bağlanmış 08 may 2019-cu il tarixli alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında aparılmış bütün qeydiyyatların ləğv edilməsi, «MERCEDES BENZ G55» markalı ** CV *** (sonrakı ** EX ***) dövlət qeydiyyat nömrə nişanlı a vtomobilə və «Spyder» markalı 10 B 292 dövlət qeydiyyat nömrə nişanlı motosikletə İddiaçı ilə Cavabdeh1 ½ hissədə bərabər paylarının (mülkiyyət hüquqlarının) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Rəşad Cavadzadə) 07 avqust 2020-ci il tarixli, 2(004)-2309/2020 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. İddiaçı X9 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərardadı hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Ziya Şirinov və Fuad Talışins ki) 02 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh X11 və qeyrilərinə qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair ilk, həmçinin X8 cavabdeh X5 qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(004)-3439/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(004)3439/2019 saylı qətnaməsi ilk iddianın təmin olunmaması ilə bağlı yoxlanılan hissədə ləğv edilmiş, ilk iddia həmin hissədə təmin edilmiş, cavabdeh X6 İddiaçı xeyrinə 33.500 (otuz üç min beş yüz) manat pul vəsaitinin tutulması, qətnamənin yoxlanılan qalan hissəd ə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması, İddiaçı cavabdeh Cavabdeh1 və qeyrilərinə qarşı «müqavilələrin etibarsız hesab edilməsi, payın müəyyən olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(004)-2309/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, qətnamənin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İddiaçı və Cavabdeh1 qətnamədən ayrı ayrılıqda kassasiya şikayəti vermişlər. İddiaçı məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək cavabdehlərlə aralarında olan mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll etdiklərini, buna görə də Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş avtomobillərin satışından əld ə olunmuş pul məbləğinin yarısını təşkil edən 33.500 (otuz üç min beş yüz) manat və müqavilələrin etibarsız hesab edilməsinə dair mülki iş üzrə iddia tələbindən imtina etdiyini qeyd edərək iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh Cavabdeh1 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək iddiaçı ilə aralarında olan mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll etdiklərini, buna görə də İddiaçı qarşı nikah dövründə "xxxx" QSC-də olan hesabdan çıxarılmış 49.800 (qırx doqquz min səkkiz yüz) manat məbləğində əmanətin ½ hissəsinə mülkiyyət hüququ tanınaraq 24900 (iyirmi dörd min doqquz yüz) manat məbləğində pulun verilməsinə dair mülki iş üzrə iddia tələbindən imtina etdiyini qeyd edərək iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Cavabdeh1 un vəkili Vəkil2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək hazırki iş üzrə tərəflər barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçın vəkili Nümayəndə tərəflərin barışması və notarial qaydada təsdiq edilmiş ərizələrinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hazırki işdə tərəflər iddialarından imtina etd iklərinə görə məhkəmə kollegiyası kasasiya şikayətləri üzrə hər hansı bir araşdırma aparmır. Məhkəmə kollegiyası qanunvericiliyin normalarına görə belə nəticəyə gəlir ki, tərəflərin iddiadan imtinalarının qəbul olunmaması üçün əsaslar yoxdur, iddiadan imtina tərəflərin iradəsinə uyğundur, ərizələr notarial qaydada təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hər əkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0 və 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası İddiaçı ilk və cavabdeh Cavabdeh1 qarşılıqlı iddiadan imtina etmələrinə dair ərizələrini nəzərdən keçirib, iş ma teriallarını araşdıraraq hesab edir ki, tərəflərin iddialardan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-161/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xit am verə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ilk və cavabdeh Cavabdeh1 qarşılıqlı iddiadan imtinaları qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-161/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar