Məhkəmə qərarları › İş №2(103)-161/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-161/2021

02.03.2021 · Müqavilələrin ləğv edilməsi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-161/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X17 oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndələri (vəkilləri) X8 və X2, Şahid3, Cavabdeh Sadıqov Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Sadıqov Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair ilk, həmçinin Sadıqov Cavabdeh1 cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(004)-3439/2019 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Həmçinin, İddiaçı cavabdehlər Sadıqov Cavabdeh1, Şahid2 və X6 qarşı «müqavilələrin etibarsız hesab edilməsi, payın müəyyən olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(004)- 2309/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasında birləşdirilmiş mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sadıqov Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, (iddianın dəyişdirilmiş formasında) «MERCEDES BENZ G55» markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 55000 manat və «SPYDER» markalı 10-B-292 dövlət qediyyat nişanlı motosiklin satışından əldə olunmuş 12000 manat pulun yarısının cavabdehdən alınaraq ona verilməsi, cavabdehin adına qeydiyyatda olan «NİSSAN TEANA» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair onunla Sadıqov Cavabdeh1 1/2 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Sadıqov Cavabdeh1 cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddia verərək (iddianın dəyişdirilmiş formasında), birgə nikah dövründə «xxxx» ASC-də cavabdehin adına əmanət qoyulmuş və onun tərəfindən çıxarılmış 40695 ABŞ dollarının və 49800 manatın 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(004)- 3439/2019 saylı qətnaməsi ilə (hakim Emin Mehdiyev) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, qarşıqlıqlı iddianın təmin olunmamasını, «MERCEDES BENZ G55» markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 55000 manat və «SPYDER» markalı 10-B-292 dövlət qediyyat nişanlı motosiklin satışından əldə olunmuş 12000 manat pulun yarısının, yəni 33500 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Bununla yanaşı, İddiaçı cavabdehlər Sadıqov Cavabdeh1, Şahid2 və X6 qarşı «müqavilələrin etibarsız hesab edilməsi, payın müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Sadıqov Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş 2008-ci il buraxılışlı, WDCYR70F77X169319 ban nömrəli, «MERCEDES BENZ G55» markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Sadıqov Cavabdeh1 ilə Şahid2 arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli və 2010-cu il buraxılışlı 2BXJAEC11AV000140 şassi nömrəli «SPYDER» markalı 10 B 292 dövlət qeydiyyat nömrə nişanlı motosiklə dair Sadıqov Cavabdeh1 ilə Şahid2 arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli, habelə həmin nəqliyyat vasitələri barədə X10 ilə bağlanmış 08 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında aparılmış bütün qeydiyyatların ləğv edilməsi, «MERCEDES BENZ G55» markalı ** CV *** (sonrakı ** EX ***) dövlət qeydiyyat nömrə nişanlı avtomobilə və «SPYDER» markalı 10 B 292 dövlət qeydiyyat nömrə nişanlı motosiklə İddiaçı ilə Sadıqov Cavabdeh1 1/2 hissədə barabər paylarının (mülkiyyət hüquqlarının) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(004)- 2309/2020 saylı qətnaməsi ilə (hakim Rəşad Cavadzadə) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərardadı hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri – iddia ərizələrində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamələrinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, iddiaların təmin olunmalı olması, qarşılıqlı iddianın isə əsassız olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən İddiaçı nümayəndələri apellyasiya şikayətlərini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdikləri izahatlara uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən cavabdeh Sadıqov Cavabdeh1 və onun nümayəndəsi apellyasiya şikayətlərini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdikləri izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(004)-3439/2019 saylı qətnaməsi ilə ilk iddia təmin olunmamış, lakin iddiaçı həmin qətnaməni qismən mübahisələndirərək, məhkəmə kollegiyasından birgə nikah dövründə əldə olunmuş «MERCEDES BENZ G55» markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «SPYDER» markalı 10-B-292 dövlət qediyyat nişanlı motosiklin satışından əldə olunmuş müvafiq pul vəsaitlərinin yarısının, yəni 33500 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayətləri həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, İddiaçı ilə Sadıqov Cavabdeh1 arasında 16.10.2014cü il tarixdə rəsmi nikahın bağlanması, nikahlarından bir azyaşlı uşaqlarının (29.05.2015-ci il təvəllüdlü Sadıqov Elmir Cavabdeh1 oğlu) olması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.05.2018-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması, uşağın anasının yanında saxlanılması işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinin 14.05.2019-cu il tarixli, 43485-1219 saylı arayışından görünür ki, kompyuter uçot bazasına görə Sadıqov Cavabdeh1 adında 15.09.2014-cü il tarixdən «Nissan Teana» markalı, **-ZP-*** dövlət qeydiyyat nisanlı avtomobil qeydiyyatdadır. Nəqliyyat vasitələrinin ilkin və sonrakı qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışına əsasən «Mercedes Benz G55» markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil 05.04.2017-ci il tarixdə Sadıqov Cavabdeh1 adına, 01.11.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına qeydiyyata alınmışdır. «Spyder» markalı, 10-B-292 dövlət qediyyat nişanlı motosikl 26.08.2017-ci il tarixdə adıqov Cavabdeh1 adına, 01.11.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Şahid2 adına qeydiyyata alınmışdır. İşdə olan «xxxx» QSC tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış 13.08.2018-ci il tarixli, 11220-13 saylı məktubdan görünür ki, X7 adına açılmış hesaba 21.10.2014-cü il tarixdə 40695 ABŞ dolları əmanət qoyulmuş və 21.10.2016-cı il tarixdə çıxarılmışdır. X7 adına açılmış hesaba 21.10.2016-cı il tarixdə 49800 manat əmanət qoyulmuş və 28.12.2017-ci il tarixdə çıxarılmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)-3736/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Şahid3 Sadıqov Cavabdeh1 qarşı «pul tələbinə dair» iddiası qismən təmin olunmuş, Sadıqov Cavabdeh1 29500 ABŞ dolları pul vəsaitinin Şahid3 xeyrinə tutulması qət olunmuşdur. Birinci instansiya məhkəməsi ilk iddianı yoxlanılan hissədə rədd edərkən göstərmişdir ki, ilk iddia üzrə «MERCEDES BENZ G55» markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 55000 manatın və «SPYDER» markalı, 10-B-292 dövlət qediyyat nişanlı motosiklin satışından əldə olunmuş 12000 manatın yarısı cavabdehdən tələb olunsa da, Bakı Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Sadıqov Cavabdeh1 ilk iddia üzrə iddiaçının atası Şahid3 mənzilə görə aldığı 100000 ABŞ dolları puldan 41000 ABŞ dollarını qaytardığı və həmin vəsaitin onun iddiaçı Əsmər Sadıqova ilə birgə nikahda olduğu dövrdə qaytarılmış borc kimi qəbul olunduğu müəyyən edildiyindən, cavabdeh Sadıqov Cavabdeh1 həmin 41000 ABŞ dolları pul vəsaitini qeyd edilən avtomobillərin satışından əldə edilmiş ümumi vəsait hesabına 2017-ci ilin oktyabr ayının sonunda iddiaçının atasına ödəməsi barədə onun nümayəndəsinin izahatı həmin avtomobillərin özgəninkiləşdirilməsi tarixi və satış dəyəri, həmçinin iş üzrə dindirilmiş şahidlər Şahid1 və Şahid2 ifadələri ilə təsdiq edildiyindən ilk iddia tələbi üzrə iddiaçı həmin avtomobillərin satışından əldə edilmiş pul vəsaitinin yarısını cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi dolayısı ilə mübahisə predmeti olan nəqliyyat vasitələrinin satışından əldə olunmuş pul vəsaitlərinin yarısının cavabdehdən tələb olunması istiqamətində iddiaçının subyektiv hüququnun tanısa da, cavabdehin nəqliyyat vasitələrinin satışından əldə olunmuş müvafiq pul vəsaitləri hesabına iddiaçının atasına olan borcdan 41000 ABŞ dolları hissəsinin ödənilməsi qənaətinə gəlmiş, bu səbəbdən də ilk iddianın təmin etməmişdir. Halbuki, işdə qeyd edilən halları təsdiq edən mötəbər və təkzibolunmaz sübutlar mövcud deyildir. Birinci instansiya məhkəməsi şahid ifadələrinə istinad etsə də, işdən görünür ki, Şahid1 cavabdehin qohumu (xalası oğlu) olmaqla sonuncunun mənafeyi üzrə ifadə vermiş, lakin məhkəmə şahid ifadəsinin işdə hər hansı digər sübutla təsdiq olunmadığı halda onu mötəbər sübut kimi qəbul etmiş, bununla da prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Digər Şahid2 isə ifadəsində yalnız cavabdeh tərəfindən nəqliyyat vasitələrinin satılmasının şahidi olmasını qeyd etmiş, lakin satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçının atasına borcunu ödəyib-ödəməməsi ilə bağlı ifadə verməmişdir. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, İddiaçı atasıdır. Onun qızı İddiaçı ilə cavabdeh Sadıqov Cavabdeh1 arasında 16.10.2014cü il tarixdə nikah qeydə alınmışdır. O, keçmiş kürəkəni olan Cavabdeh1 Sadıqova ev alması üçün 100000 ABŞ dolları vermişdir. Sonradan Cavabdeh1 Sadıqov anasının adına olan evini satıb ona həmin puldan 2017-ci ilin avqust ayında 41000 ABŞ dolları pulu qaytarmış, qalan pulu qaytarmamışdır. Göründüyü kimi, şahid ifadələrindən, həmçinin işdə olan digər sənədlərdən cavabdeh tərəfindən iddiaçının atasına qaytarılmış 41000 ABŞ dolları pulun məhz mübahisə predmeti olan nəqliyyat vasitələrinin satışından əldə olunmuş pul vəsaitləri hesabına həyata keçirilməsi müəyyən olunmur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. İşin faktiki hallarından göründüyü kimi, mübahisəli nəqliyyat vasitələri tərəflərin birgə nikah dövründə əvəzli əqd əsasında əldə olunaraq cavabdehin adına rəsmi reyestrdə qeydə alınmışdır. Belə olan halda həmin nəqliyyat vasitələrinin üzərində iddiaçının ½ hissədə payı mövcud olumuşdur. Eyni zamanda, nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinin surətlərindən görünür ki, «MERCEDES BENZ G55» markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil 55000 manata, «SPYDER» markalı 10-B-292 dövlət qediyyat nişanlı motosikl isə 12000 manata satılmışdır. İddiaçı birgə nikah dövründə əldə olunmuş həmin əmlakların onun razılığı olmadan satılması nəticəsində (cavabdeh bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir) əldə edilmiş pul vəsaitindən payına düşən hissəsini tələb etmək hüququna malikdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AMnin) 32.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM-nin) 225.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. MM-nin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. AM-nin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. AM-nin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. AM-nin 36-cı maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir və mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. AM-nin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qeyd edilən hissədə əsaslı olduğundan təmin olunmalı, tərəflərin birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitələrinin cavabdeh tərəfindən özgəninkiləşdirilməsi (satılması) nəticəsində əldə olunmuş pul vəsaitlərinin («MERCEDES BENZ G55» markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 55000 manat və «SPYDER» markalı 10-B-292 dövlət qediyyat nişanlı motosiklin satışından əldə olunmuş 12000 manat) yarısı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh həmin pul vəsaitinin zəruri ailə ehtiyaclarına sərf olunması və ya iddiaçıya payının verilməsi istiqamətində məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin qarşılıqlı iddianın təmin olunması ilə bağlı hissədə əsassızdır. Belə ki, işdə olan sübutlara əsasən birgə nikah dövründə X7 adına «xxxx» ASC-də açılmış hesaba 21.10.2016-cı il tarixdə 49800 manat əmanət qoyulmuş, həmin pul vəsaiti onun tərəfindən 28.12.2017-ci il tarixdə çıxarılmışdır (bu hal mübahisələndirilmir). Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı cavabdehlə münasibətlərinin 2017-ci ilin oktyabr ayından pozulmasına baxmayaraq münasibətlərinin davam etdiyini, bankda olan hesabdan tərəfindən 28.12.2017-ci il tarixdə çıxarılmış 49800 manatın elə həmin gün cavabdeh Sadıqov Cavabdeh1 verildiyini iddia etsə də, etirazının əsası kimi istinad etdiyi həmin hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı birgə nikah dövründə əldə edilmiş müvafiq pul vəsaitini bankdan çıxartdığı halda, onu cavabdeh Sadıqov Cavabdeh1 verməsini (iddiaçı etirazının əsası kimi pul vəsaitini bankdan çıxartdıqdan sonra, onu cavabdehə verməsini göstərir) sübut etmək yükünü daşıyır. İşdə isə bu istiqamətdə hər hansı mötəbər sübut mövcud deyildir. Bununla yanaşı, işin faktiki hallarından və işdə olan sənədlərdən (cinayət təqibi zamanı verilmiş izahatlar və s.) görünür ki, tərəflər 28.12.2017-ci il tarixdə (pul vəsaiti bankdan çıxarılan vaxtı) faktiki olaraq ayrı ünvanlarda yaşamışlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(004)-3439/2019 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilk iddia ilə bağlı yoxlanılan hissədə ləğv olunmalı, «MERCEDES BENZ G55» markalı, **-CV- *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 55000 manat və «SPYDER» markalı 10-B-292 dövlət qediyyat nişanlı motosiklin satışından əldə olunmuş 12000 manat pulun yarısı, yəni 33500 manat pul vəsaiti cavabdeh Sadıqov Cavabdeh1 alınaraq İddiaçı verilməli, qətnamə yoxlanılan qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(004)-2309/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, həmin qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həmin iddia üzrə iddiaçı aşağıdakı tələbləri irəli sürmüşdür: - birgə nikah dövründə əldə edilmiş 2008-ci il buraxılışlı, WDCYR70F77X169319 ban nömrəli, «MERCEDES BENZ G55» markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Sadıqov Cavabdeh1 ilə Şahid2 arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, - birgə nikah dövründə əldə edilmiş 2010-cu il buraxılışlı 2BXJAEC11AV000140 şassi nömrəli «SPYDER» markalı 10 B 292 dövlət qeydiyyat nömrə nişanlı motosiklə dair Sadıqov Cavabdeh1 ilə Şahid2 arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, - həmin nəqliyyat vasitələri barədə X10 ilə bağlanmış 08 may 2019-cu il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında aparılmış bütün qeydiyyatların ləğv edilməsi, - «MERCEDES BENZ G55» markalı ** CV *** (sonrakı ** EX ***) dövlət qeydiyyat nömrə nişanlı avtomobilə və «SPYDER» markalı 10 B 292 dövlət qeydiyyat nömrə nişanlı motosiklə İddiaçı ilə Sadıqov Cavabdeh1 1/2 hissədə barabər paylarının (mülkiyyət hüquqlarının) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin olaraq qeyd edilməlidir ki, İddiaçı yuxarıda qeyd edilən, birləşdirilmiş digər iş üzrə iddia tələbində eyni nəqliyyat vasitələri ilə bağlı əqləri mübahisələndirməyərək, onların satışından əldə olunmuş pul vəsaitlərinin payına duşən hissəsini tələb etmişdir. Məhkəmə kollegiyasının vaxt verməsinə baxmayaraq iddiaçı hansı tələblərini müdafiə etməsi (yəni, birgə nikah dövründə əldə olunmuş nəqliyyat vasitələrinin satışından əldə olunmuş pul vəsaitlərinin payına düşən hissəsinin cavabdehdən onun xeyrinə tutulması, yoxsa həmin nəqliyyat vasitələrinin özdəninkiləşdirilməsi ilə bağlı əqdlərin etibarsızlığı və nəqliyyat vasitələri üzərində mülkiyyət payının müəyyən olunması) ilə bağlı mövqeyini dəqiqləşdirməmişdir. Halbuki, iddia tələbləri bir-birini təkzib etməklə, bir tələbin təmin olunması digərini istisna edir. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə kollediyası iddiaçının ilk iddia tələbinin yoxlanılan hissədə təmin olunması nəticəsinə gəldiyindən hazırki iddia tələbinin əhəmiyyəti aradan qalxmış olur. Buna baxmayaraq, məhkəmə kollegiyası iddiaçının tələblərinə hüquqi qiymət verməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi həmin iddia tələblərini rədd edərkən haqlı olaraq göstərmişdir ki, iddiaçı nəqliyyat vasitələrinə dair bağlanmış alqı-satqı müqavilələrinin uydurma əqd olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı sözügedən alqı-satqı müqavilələri bağlandıqdan dərhal sonra, yəni 06 noyabr 2017-ci il tarixdə alıcı tərəfindən Sadıqov Cavabdeh1 uzunmüddətli etibarnamə verilməsini alqı-satqı müqaviləsinin formal olaraq bağlanmasını sübut edən hal kimi qeyd etsə də, həmin etibarnamənin verilməsi heç də alqı-satqı müqavilələrinin uydurma əqd olmasını əsaslandıran hal deyildir. Belə ki, etibarnamənin verilməsi şəxsin qanunvericiliklə qadağan olunmayan şəxsi hüququdur. Bununla yanaşı, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 17 aprel 2020-ci il tarixli məktubdan aydın olur ki, «MERCEDES BENZ G55» markalı ** CV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 08 may 2019-cu il tarixdə alqısatqı müqaviləsi ilə ** EX *** dövlət qeydiyyat nişanı ilə əvəz olunaraq X4 adına keçirilmişdir. Həmin nəqliyyat vasitəsinə müxtəlif tarixlərdə X4, X5 və X3 adına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən müvafiq qərarlar tərtib olunmuşdur. Şahid2 mülkiyyətində olan «SPYDER» markalı 10 B 292 dövlət qeydiyyat nömrə nişanlı motosikl isə 26.08.2017-ci il tarixdə Sadıqov Cavabdeh1 tərəfindən texniki baxışdan keçirilmiş, 26.08.2019-cu il tarixdən 15.09.2019-cu il tarixədək isə Şahid2 tərəfindən texniki baxışdan keçirilməli idi. Eyni zamanda, məhkəmənin sorğusu əsasında «İcbari Sığorta Bürosu» tərəfindən verilmiş 17 mart 2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş icbari sığorta müqavilələrinin surətindən də aydın olur ki, «MERCEDES BENZ G55» markalı ** CV *** (sonrakı ** EX ***) dövlət qeydiyyat nömrə nişanlı avtomobil 2017-2018-ci illərdə Sadıqov Cavabdeh1 adına, 2019-cu ildə isə X4 adına, «SPYDER» markalı 10 B 292 dövlət qeydiyyat nişanlı motosikl isə Şahid2 adına sığortalanmışdır. Göründüyü kimi, iddiaçı tərəf göstərilən nəqliyyat vasitələrinə dair Sadıqov Cavabdeh1 ilə Şahid2 arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli alqı-satqı müqavilələrinin uydurma əqd olmasını iddia etsə də, yuxarıda qeyd edilənlər bu iddianı təkzib edir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında həmçinin müəyyən olunmuşdur ki, 01 noyabr 2017-ci il tarixli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinə əsasən, Sadıqov Cavabdeh1 tərəfindən «MERCEDES BENZ G55» markalı ** CV *** (sonrakı ** EX ***) dövlət qeydiyyat nömrə nişanlı avtomobil 55000 manat, «SPYDER» markalı 10 B 292 dövlət qeydiyyat nömrə nişanlı motosikl isə 12000 manat müqabilində Şahid2 satılmışdır və sonuncu hal-hazırda «SPYDER» markalı 10 B 292 dövlət qeydiyyat nömrə nişanlı motosiklin mülkiyyətçisidir. Məhkəmə hesab edir ki, mübahisəli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələri əsasında mülkiyyət hüququ ilə əldə edən Şahid2 və X10 həmin nəqliyyat vasitələrini vicdanlı əldə etmişdir və onların nəqliyyat vasitələri üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqısatqı müqavilələrinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Bununla yanaşı, iddiaçı nəqliyyat vasitələrinin alqı-satqısı müqavilələrinin etibarsızlığı barədə iddianı qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri də nəzərə alaraq, həmçinin birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(004)-2309/2020 saylı qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri həmin qətnamənin ləğvinə əsas ola bilməz. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçı tərəfin izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin qeyd edilməlidir ki, İddiaçı nümayəndələri apellyasiya baxışı zamanı iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə verərək, əvvəlki iddia tələbləri ilə yanaşı, həmçinin mübahisə predmeti olan nəqliyyat vasitələrinə dair 08 may 2019-cu il tarixdən sonra bağlanmış bütün alqı-satqı müqavilələrinin də etibarsız hesab olunmasını xahiş etmiş, lakin həmin əqdləri konkret olaraq göstərməmiş, tələbi ümumi formada irəli sürmüşlər. Bununla yanaşı qeyd edilməldiir ki, apellyasiya instansiyası məhkəməsində birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblərin irəli sürülməsinə yol verilmir. Belə ki, MPM-in 372.4-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və ona baxılmır. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddianın həm predmetinin, həm də əsasının dəyişdirilməsi yeni iddianın verilməsi kimi qiymətləndirilir. Belə iddia isə birinci instansiya məhkəməsinin baxışının predmeti olmadığı üçün apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin olmasını əsas gətirərək işi yeni iddia üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir. Məhz buna görə də MPM-in 372.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(004)- 3439/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilk iddianın təmin olunmaması hissədə ləğv edilməli, ilk iddia təmin olunmalı, cavabdeh Sadıqov Cavabdeh1 İddiaçı xeyrinə 38500 manat pul vəsaiti tutulmalı, qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalı, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(004)-2309/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin olunmamalı, həmin qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı cavabdeh Sadıqov Cavabdeh1 və qeyrilərinə qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair ilk, həmçinin Sadıqov Cavabdeh1 cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(004)-3439/2019 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(004)- 3439/2019 saylı qətnaməsi ilk iddianın təmin olunmaması ilə bağlı yoxlanılan hissədə ləğv edilsin, ilk iddia həmin hissədə təmin olunsun, cavabdeh Sadıqov Cavabdeh1 İddiaçı xeyrinə 33500 (otuz üç min beş yuz) manat pul vəsaiti tutulsun, qətnamə yoxlanılan qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. İddiaçı cavabdeh Sadıqov Cavabdeh1 və qeyrilərinə qarşı «müqavilələrin etibarsız hesab edilməsi, payın müəyyən olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(004)-2309/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar