Məhkəmə qərarları › İş №2(060)-5309/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5309/2023

03.08.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5309/2023 03.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin Hakimi X4, Kreditor X2 borclu X5 qarşı əmr icraatı qaydasında borcun qaytarılması tələbinə dair ərizəyə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Kreditor X2 borclu X5 qarşı əmr icraatı qaydasında ərizə ilə müraciət edərək, xx xxxxxxx 2001-ci il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində doğulmuş və həmin kənddə qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Sumqayıt şəhəri, Yataqxana 2 Dostluq küçəsi ev 32 yaşayan borclu X3 80 manat borcu və 6 manat cərimə borcunun onun xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, borclu X1 rayonu, Kürdmahmudlu kəndində doğulmuş və həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3, 149-152 və 263-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Kreditor X2 borclu X5 qarşı əmr icraatı qaydasında borcun qaytarılmasına dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar